Anons

Bu gün, 06:49- Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Zaur Qasımov ilə müsahibə

Dünən, 08:52- Bu gün onların anım günüdür

26-09-2022, 19:28- “Dərsdən qalmaq üçün direktora ildə 2500 manat rüşvət verirlər” - Şok ittiham

26-09-2022, 18:10- Əvəz Zeynallının həyat yoldaşı: “Fuad Ələsgərovun sifarişilə həbs olunub”

26-09-2022, 14:04- Əli Kərimli: 'On minlərlə azərbaycanlının işğalçı müharibədə ölməsi riski yaranıb'

26-09-2022, 09:16- Ailəsi Əvəz Zeynallı ilə nə görüşə, nə də danışa bilir

26-09-2022, 08:57- İran öz içindən çökür !

26-09-2022, 08:55- Elçin Sadıqov ona və Əvəz Zeynallıya qarşı işin saxta olmasından yazdı

25-09-2022, 09:23- 21 yaşlı gənc: “Uğrunda yaralandığım ölkəmdə mənə yer yoxdur”

25-09-2022, 04:26- Qarabağ döyüşçüsünün prezidentə müraciəti.

24-09-2022, 18:21- Rusiyada çoxuşaqlı azərbaycanlı qadın "rusofobiya" maddəsi ilə məhkəmədə... - FOTO

24-09-2022, 16:43- Putin generallardan Xersonu tərk etməməyi tələb edib

24-09-2022, 14:41- Rusiyada səfərbərlik: təmizlik işinə də miqrant, orduya da?

24-09-2022, 14:25- Belarusda da səfərbərlik olacaq?

24-09-2022, 12:23- Sergey Şoyqunun müavini vəzifəsindən azad edilib

24-09-2022, 11:20- Ramiz Mehdiyevin mirzəsindən faşistcəsinə çağırış

24-09-2022, 10:19- MN: Kəlbəcərdə üç Azərbaycan əsgəri yaralanıb

24-09-2022, 08:33- İlon Mask İran hökumətinə qarşı: “İnterneti aktivləşdirdim”

23-09-2022, 15:07- ABŞ və Fransa vətəndaşlarını Azərbaycanla sərhədə getməməyə çağırıb

23-09-2022, 14:35- Ərdoğan Paşinyanla oktyabrda Praqada görüşəcəyini istisna etmir

Haqqımızda Əlaqə

İlham getsə, nə olacaq?

Tarix:6-09-2022, 11:55 Baxış Sayı:12

İlham getsə, nə olacaq?

Vəziyyətimiz çox ağırdı. Təkcə iqtisadi-siyasi vəziyyəti deyil, düşüncəmizin aldığı xəsarətləri nəzərdə tuturam. İnanın ki, ən böyük faciə, ən böyük məğlubiyyət də budur. Ən adi məsələlərdə çaşırıq, ən sadə situasiyalarda ilişirik. Düşüncəmizin sərhədlərini o qədər daraltmışıq ki, reallıqlardan kənar düşmüşük. Məsələn, ABŞ-da Buş, Klinton, Obama, Tramp, Bayden ard-arda prezident seçildi. Yaxud, bugünlərdə Liz Trass İngiltərənin baş naziri oldu. Sizcə, Amerikalılar “Klinton getsə, məhv olacağıq”, “Obamadan başqa ölkəni heç kim idarə edə bilməz” düşüncəsinə qapıldılar? Yaxud, İngiltərə xalqı “Conson getsə, yerinə gələn ölkəni çökdürəcək” uzaqgörənliyi sərgilədilər? “Olland yeyib doymuşdu, Makron ac gələcək” primitivliyini təsəvvür edə bilirsiz?

Beynində bu fikirləri gəzdirən istənilən şəxs normal vətəndaş ola bilməz. Bu düşüncə təslimçilikdi, vətəndaş kimi “ağ bayraq” qaldırmaqdı. Daha dərindən düşünsək, bu düşüncə xalqı aşağılamaqdı, xalqı qısır hesab etməkdi. “İlham Əliyev getsə, ölkəni idarə edə biləcək ikinci siyasətçi var” sualını verən adamlara yazığım gəlir. Bu qədər savadsızlıq, bu qədər qısır düşüncə faciədir. Adamlar bu “ölçü vahidi”ni hardan tapırlar? Bu qədər təfəkkür çatışmazlığı məcburi müalicəni zəruri edir.

İdarəçilik dəyənək gücüylə dövlətin sərvətini talan etməkdirsə, seçkini saxtalaşdırmaqdırsa, fərqli fikri boğmaqdırsa, bunu hamı edə bilər və tarixdə yüzlərlə belə nümunə var. Məsələn, Şimali Koreya xalqı da hesab edir ki, Kim Çen İn əvəzedilməzdi. Türkmənlər də Sərdar Berdiməhəmmədova günəş, ay kimi baxırlar. Avtoritar rejimlər o qədər düşüncə böhranı yaradır ki, insanlar alternativləri real qəbul edə bilmir. İllərlə eyni adamları vəzifədə görürlər və düşünürlər ki, bu vəziyyəti dəyişmək olmaz. Reallıq isə budur ki, dövlət idarəçiliyi üçün ən uyğunsuz hökumət bizim bəxtimizə düşüb. Biz “dövlət” anlayışını tam dərk edə bilmədiyimizə görə, hər şeyi idarəçilik kimi qəbul edirik. Azərbaycanda dövlət idarəçiliyi yoxdur, bir qrup adamın öz biznesini idarə etməsi var.

Dünya dəyişir, elm-texnologiya əsridi, düşüncənin sərhədləri genişlənir və belə bir vaxtda biz “belə gəlib, belə də gedəcək” şüarına sadiq qalmışıq. Bu gün Avropaya, Amerikaya mühacirət etmək üçün yollar axtaran yüzminlərlə vətəndaşımız var. Əgər həmin Avropalılar “bunlar yeyib doyublar”, “bundan sonra gələn lap pis olacaq” şüarına bürünsəydilər, indi heç kim oralara üz tutmaq istəməzdi. Korrupsiyanın, hüquqsuzluğun, saxtakarlığın əsas ilhamvericisi eyni komandanın onillərlə hakimiyyətdə qalmasıdır, eyni adamların vəzifə kürsüsünə kleylənməsidir. Tam əminliklə deyirəm ki, bundan sonra kim gəlsə, bu hökumətdən min dəfə yaxşı olacaq. Bundan sonra Azərbaycana bundan pis hökumət gəlməyəcək. Bundan sonra Azərbaycan korrupsiyaya, hüquqsuzluğa, saxtakarlığa şahidlik etməyəcək. Bütün neqativlər bu hökumətlə bitəcək. Bundan sonra heç bir komanda dövlətə pul qazanmaq yeri kimi baxa bilməyəcək. Bundan sonra kim gəlsə, vətəndaşı əzməkdən zövq almayacaq. Bundan sonra gələn hökumətin heç bir məmuru milyarder ola bilməyəcək.

Bütün problemlər, bütün faciələr mövcud idarəçiliklə, yürüdülən anti-xalq siyasətiylə bağlıdı. Bundan sonra bu dövləti layiqincə təmsil edə biləcək yüzlərlə dəyərli insan var. Düşüncəmizi itiləyək, ətrafa diqqətlə baxaq, 21-ci sərdə yaşayıb, 12-ci əsrin labirintində qalmayaq. Bundan sonra hər şey yaxşı olacaq. Yetər ki, bundan canımızı qurtaraq. Yetər ki, kiflənmiş analizlərdən imtina edək, illərlə beynimizdə kündələdiyimiz qənaətlərdən yaxa qurtaraq.

Mustafayev Tərlan

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL