Anons

11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu

10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu

9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi

9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan

9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır

9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var

9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı

9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA

27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı

15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!

14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb

12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!

12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu

12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..

Haqqımızda Əlaqə

İmamzadə ziyarətgahının axundu Hacı Tahir Abbaszadə: Heydər Əliyev və Milli-mənəvi dəyərlərimiz...

Tarix:28-07-2021, 14:29 Baxış Sayı:142

İmamzadə ziyarətgahının axundu Hacı Tahir Abbaszadə: Heydər Əliyev və Milli-mənəvi dəyərlərimiz...

Bizim hamımızın bir vətəni var - bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək,mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır. 4 GĠRĠġ Mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Milli-mənəvi dəyərlər nədir?- “Mənəvi dəyərlər” insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması prosesi nəticədə dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xysusiyyətlər yaranır. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olmuşdur ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalaşmış və göründüyü kimi, o vaxtdan bəri çox az dəyişmişdir. Azərbaycanlıların çox vaxt türk-islam dəyərləri adlandırılan əxlaq qaydaları toplusunun özəyi orta əsrlərdəki türk hərbi-feodal şərəf kodeksinin təsiri altında formalaşmışdı. Bu kodeks haqqında məlumatı “Dədə Qorqud” (XI əsr) və “Koroğlu” (XVI əsr) kimi türk dastanlarından almaq olar: Ya hər şey - ya heç nə; Məğlubiyyət - ölümdən pisdir; Kömək diləmək - ayıbdır; Şücaət xeyirdən yeydir; Qənaət - xəsislikdir; Ehtiyatlılıq - qorxaqlıqdır; Qonaq - Allahındır; 5 Ailə - müqəddəsdir; Söz verdinsə - əməl elə; Qadının namusu - toxunulmazdır. Qədim dövrlərdə “Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Koroğlu” dastanları, xalqımıza mənsub olan dahi şairlərimiz, yazıçılarımız - Nizami, Yunus Əmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay və digərləri tariximizi, mənəvi dəyərlərimizi əks etdirən, bizi dünyada tanıdan ölməz əsərlər yaratmışlar və bunlar nəsillərdən-nəsillərə xalqlarımızı özünəməxsus milli-mənəvi dəyərlər o cümlədən, ümumbəşəri dəyərlər əsasında tərbiyə etmiş, hazırlamış, vətənpərvərlik, Vətənə sədaqət hisslərini daim gücləndirmişdir. Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq əsrimizə, yeni yüzilliyə qədər gəlib çatmışdır. Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri, yas mərasimləri, İslam dininin təmizlik, düzlük, insanlıq, kimi bəşəri, ali hissləri tərbiyə edən dəyərləri onun milli-mənəvi dəyərlərini özündə yaşadır. Bütün bunların kontekstində Azərbaycan vətəndaşının varlığı göstərilir. Uzun illərin yolu və əsrlərin, qərinələrin sorağı bu ənənələrə bizi bağlamış, dövrümüzə körpü salmışdır. Müasir insanın formalaşması və özünü təsdiqi, məhz milli-mənəvi dəyərlərin aşılanması prosesi ilə bağlıdır. Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır. Azərbaycan xalqı azad və suveren dövlət quraraq mədəni iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik ölkələrin təcrübələrindən istifadə edir. Deyilənləri nəzərə alaraq sizə təqdim edilən bu metodik vəsaitdə milli-mənəvi dəyərlərin qorunmasında ulu öndər Heydər Əliyev şəxsiyyətinin rolundan, milli-mənəvi dəyərlərin 6 təbliği məqsədilə kitabxanalarda həyata keçirilən kütləvi tədbir formalarından, milli-mənəvi dəyərlərin mühafizəsi və gələcək nəsillərə ötürülməsində əhəmiyyət kəsb edən beynəlxalq hüquqi sənədlərdən və mövzu ilə əlaqədar əlavə materiallardan bəhs edilmişdir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL