29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Senator Elizabet Uorren ABŞ prezidenti Donald Trampın Təhsil Nazirliyini ləğv etməsinin qarşını almaq üçün “Məktəblərimizi Xilas edin” adlı kampaniyaya başladığını elan edib.
Xəbər verir ki, o, məqsədini “ABC News”a açıqlayıb:
“Federal hökumət bizim dövlət məktəblərimizə sərmayə qoyub. Bunu bir neçə milyarderin daha da varlana bilməsi üçün uşaqlarımızdan almaq, sadəcə dəhşətdir və mən buna qarşı əlimdə olan hər şeylə mübarizə aparacağam”.
Qanunvericinin sözlərinə görə, onun strategiyası təhsil sistemində islahatların aparılması adı altında nazirliyin ləğvi probleminə mümkün qədər çox insanın diqqətini cəlb etməkdir. Bu məqsədə çatmaq üçün o, həmçinin federal araşdırmalara başlamaq və məhkəmə iddiaları qaldırmaq niyyətindədir.
Xatırladaq ki, martın 20-də Tramp Təhsil Nazirliyinin ləğvinə başlamaq üçün sərəncam imzalayıb. Onun sözlərinə görə, “Birləşmiş Ştatlar təhsilə hər hansı digər ölkə ilə müqayisədə daha çox pul xərcləsə də, uğur baxımından siyahıda sonuncu yerdədir”.
Qeyd edək ki, 1979-cu ildə ABŞ Konqresi tərəfindən yaradılmış nazirlik dövlət məktəbləri üçün federal maliyyələşdirməyə nəzarət edir, tələbə kreditlərini idarə edir və aşağı gəlirli kollec tələbələrinə kömək etmək üçün proqramlar həyata keçirir. Tramp və Respublikaçılar nazirliyi “gənclərə irqi, cinsi və siyasi cəhətdən uyğun olmayan materialları təbliğ etməkdə” ittiham ediblər.
Tramp administrasiyasının nazirliyi ləğv etməsi yolunda ciddi maneələr var.
Belə ki, Konqres Təhsil Nazirliyini tamamilə bağlamaq üçün qanun layihəsini təsdiqləməlidir. Layihənin hüquqi qüvvə alması üçün Senatda qəbul edilməlidir. Burada yuxarı palataya nəzarət edən respublikaçılar ən azı yeddi demokratın dəstəyini almalıdırlar ki, bu da çətin ki, mümkün olsun.C