29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağəli Yəhyayevin bacısı Elnarə Eldar qardaşının saxlanma şəraitindən şikayətlənib.
O bildirib ki, Ağəli Yəhyayevin saxlanıldığı həbsxanada tibbi xidmət zəifdir və məhkumların sağlamlıq vəziyyətinə nəzarət aparılmır. Elnarə Eldar penitensiar müəssisələrdə “köklü islahatlara ehtiyac olduğunu” deyib.
O, bununla bağlı sosial şəbəkədə paylaşım edib.
Elnarə Eldar bildirib ki, qardaşı uzun illərdir müxtəlif həbsxanalarda saxlanılıb və bu müddətdə penitensiar müəssisələrdə tibbi xidmətin vəziyyətini yaxından müşahidə etmək imkanı olub.
“Bu şərtlərdə insan saxlanırsa, asta ölümə tərk edilmişdir deməkdir”, – deyə o yazıb.
Onun sözlərinə görə, Ağəli Yəhyayev hazırda ölkənin xüsusi rejimli həbsxanalarından birində saxlanılır və səhhətində ciddi problemlər yaranıb.
“Adamın xəstəliyi göz önündədir. Üzünə baxdıqda bədənindəki xəstəliyin sürətlə artdığını görə bilmək olur. Qaraciyərində intensiv piylənmə gedir. Qardaşım hələ indiyə kimi şikayət etməyib. Hərçənd ən ağır şərtlərdə ən ağır xəstələrlə saxlanıb”, – Elnarə Eldar qeyd edib.
O bildirib ki, həbsxanalarda tibbi xidmət “formal xarakter daşıyır”, məhkumların xəstəlik tarixçəsi aparılmır və müalicələr qeydə alınmır.
“Bu yaxında dişi ağrıyıb, ağrıkəsici içib, lakin həkimə getməyib. Niyə? Çünki həkimin formal olaraq adı var. Dərmanları qarışıq verirlər. Xəstəlik kitabçası yoxdur, aparılan müalicələr qeydə alınmır ki, məhkuma nəsə olsa, məsuliyyət daşıyan olsun”, – paylaşımda deyilir.
Elnarə Eldar həmçinin məhkumların ağır xəstəlik daşıyıcıları ilə eyni kamerada saxlanıldığını iddia edib.
“AİDS xəstəsi ilə bir kamerada saxlandıqlarını bu yaxında biliblər. Ən azından məhkumlara bildirilməli deyildimi ki, bu adam ağır xəstədir?” – o bildirib.
Onun sözlərinə görə, penitensiar müəssisələrdə mütəmadi tibbi yoxlamalar aparılmır, məhkumlara analiz nəticələri təqdim edilmir, MRT və USM kimi müayinələr isə əlçatan deyil.
“Yoxlama yoxdur. Analiz vermək, MRT və USM kimi ən adi müayinələr yoxdur. Verilən analizlərin cavabı xəstələrə bildirilmir deyə, AİDS xəstəsi heç özü də bilməyib ki, xəstədir. Əsəb xəstəsi bir məhkum bu yaxında qaynar suyu məhkumların üzərinə töküb. Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb. Bundan çıxartdığım nəticə budur ki, mənim qardaşım və digərləri sakit ölümə tərk ediliblər”.
Elnarə Eldar Penitensiar Xidmət rəhbərliyinə müraciət edərək həbsxanalarda islahat aparılmasına çağırıb.
“Biz Ağəli Yəhyayevin ailəsi olaraq əzizimizin həyat və sağlamlığından nigaranıq. Bu insanlar cəmiyyətdən təcrid olunub, yoxsa ölümə məhkum edilib?” – deyə o vurğulayıb.
Ağəli Yəhyayev 2023-cü ilin avqustunda həbs edilib, 2024-cü ilin sentyabrında isə 7 il müddətinə azadlıqdan məhrum olunub.
O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə – narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. Yəhyayev ittihamı qəbul etmir.
Ağəli Yəhyayev bundan əvvəl də 2015-ci ildə “Nardaran işi” üzrə həbs edilmiş və 15 il azadlıqdan məhrum olunmuşdu. O, 2021-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.