Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

Tarix:29-05-2026, 21:20 Baxış Sayı:77

Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək Parlamentdə müzakirəyə çıxarılan yeni dəyişikliklər gömrük borclarının yığılması mexanizmlərini sərtləşdirməyi nəzərdə tutur və bu çərçivədə borclu şəxslərin ölkədən çıxış hüququnun məhdudlaşdırılması gündəmə gətirilir
Gömrük orqanlarının vəzifələrinin genişləndirilməsi təklif olunur. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, gömrük orqanları gömrük borcunu müəyyən edilmiş müddətdə ödəməyən xarici ticarət iştirakçıları ilə bağlı məhkəməyə müraciət edə biləcək. Məqsəd hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır.
Təklif edilən dəyişikliklərə görə, yalnız bu məhdudiyyətə səbəb olan əsaslar aradan qalxdıqdan sonra dərhal qadağanın götürülməsi barədə qərar qəbul ediləcək.
Məsələyə iqtisadçı Natiq Cəfərli münasibət bildirərək təklifləri sərt tənqid edib. O qeyd edib ki, son qərarlar biznes mühitində gözləntilərlə ziddiyyət təşkil edir:
“Hökumət, deyəsən, qərar verib ki, insanların, biznesin, sahibkarların pozitiv gözləntilərinin əksinə olan nə varsa, həmin addımları atsın. Uzun zamandır müzakirə olunurdu ki, Azərbaycanda Gömrük Komitəsinin ayrıca, müstəqil, özü də rütbəli məmurlardan ibarət olan qurum kimi fəaliyyətinə ehtiyac yoxdur. Çoxdan təklif var ki, Komitə ya Maliyyə, ya da İqtisadiyyat nazirliyinə birləşdirilsin, hərbi rütbələr ləğv edilsin, Gömrük gözə görünməz, iş adamlarına mane olmayan, nazirliklərin birinin tərkibində departament kimi fəaliyyət göstərsin, bir çox səlahiyyətləri azaldılsın. Bəzi hökuməti dəstəkləyən deputatlar da bu təklifə isti baxdıqlarını publik çıxışlarında söyləyirdilər”.
Onun sözlərinə görə, yeni dəyişikliklər əks istiqamətdə addım kimi qiymətləndirilə bilər:
“Amma Gömrük komitəsinin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir. Komitə bundan sonra iş adamlarına ölkədən çıxışa “stop” qoya biləcək”.
Cəfərli əlavə edib ki, paralel olaraq gömrük sistemində yeni mexanizmlər də nəzərdə tutulur:
““Brokerlər” anlayışını rəsmiləşdirərək, adını “dolayı gömrük təmsilçiliyi” qoyacaqlar, onların Komitə daxilində reyestri yaranacaq, Gömrük Komitəsi kimi istəsə həmin siyahıya salacaq, kim istəsə o siyahıdan çıxaracaq və fəaliyyətləri Gömrük komitəsinin iki dodağı arasından keçəcək”.
İqtisadçı həmçinin Konstitusiya ilə bağlı məqamlara diqqət çəkib:
“Azərbaycan Respublikasının Konstitusiyası var, orada insanların səyahət sərbəstliyi maddəsi, bu maddənin Dövlət tərəfindən qorunması öhdəliyi var. 5 ildir quru sərhədləri bağlı saxlanılır, bir neçə dövlət-hökumət qurumuna Konstitusiyada təsbit olunan hüququ məhdudlaşdırma səlahiyyəti tanıyıblar, indi də belə bir “stop” düyməsini Gömrük Komitəsinə verirlər”.
Məsələ ilə bağlı komitə iclasında çıxış edən deputat Vüqar Bayramov da layihədə bəzi boşluqların olduğunu bildirib. O, borcun məbləği ilə bağlı konkret meyarın müəyyənləşdirilməsini vacib sayır. Deputat kiçik məbləğlərə görə belə məhdudiyyətlərin tətbiqini məqsədəuyğun hesab etmir:
“Layihəyə əsasən, xarici ticarət iştirakçısının borcu onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcək. Layihə borc məbləğlərində minimum həddlər müəyyənləşdirmir. Burada xüsusi meyara ehtiyac var və minimum əməkhaqqı məbləği ilə əlaqələndirilə bilər. Məsələn, 1000 manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?”
Layihədə gömrük nəzarətinin digər istiqamətlərdə də gücləndirilməsi nəzərdə tutulur. Belə ki, gömrük orqanlarının vəzifələrinə beynəlxalq avtomobil daşımaları üçün buraxılış kartlarının, xarici daşıyıcılara verilən icazə blanklarının, eləcə də iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinə dair icazələrin mövcudluğunu yoxlamaq da əlavə edilir. Bu yoxlamalar müəyyən edilmiş hallarda dövlət sərhədindən buraxılış məntəqələrində aparılacaq.
Bununla yanaşı, səyyar gömrük auditinin nəticələri üzrə tərtib edilən aktın və qəbul olunan qərarların surətinin 3 iş günü ərzində audit aparılan şəxsə və ya onun nümayəndəsinə yazılı və ya elektron formada təqdim edilməsi də gömrük orqanlarının vəzifələri sırasına daxil edilir.
Vüqar Bayramov audit müddətlərinin uzunluğunu da tənqid edib. O əlavə edib ki, bu müddət sahibkarlar üçün əlavə çətinlik yarada bilər:
Səyyar gömrük auditi 20 iş günü müddətində aparılır. Əlavə araşdırma tələb olunduqda gömrük orqanının əsaslandırılmış qərarı ilə səyyar gömrük auditinin aparılması müddəti 30 iş gününədək artırıla bilər. Proseslərin və sənədlərin əsaslı şəkildə elektronlaşdırıldığını nəzərə alsaq, 20 iş günü kifayət qədər uzun müddətdir. 20 iş günü təxminən bir ay deməkdir. Ona görə bu müddətə baxılıb azaldılmasına ehtiyac var. Dövlət qurumunun sahibkarın fəaliyyətini 1 ay müddətində yoxlaması heç də arzuolunan hal deyil”.
Layihə hələ müzakirə mərhələsindədir və lakin ekspertlərin fikrincə, qəbul olunacağı təqdirdə gömrük sistemində həm nəzarət mexanizmləri, həm də sanksiya alətləri əhəmiyyətli dərəcədə sərtləşəcək.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL