Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Valideynlər 1-ci sinfə elektron qəbuldan niyə narazıdır - rəy

Tarix:15-08-2024, 11:30 Baxış Sayı:561

Valideynlər 1-ci sinfə elektron qəbuldan niyə narazıdır - rəy Ekspert: “Şagirdlərin elektron qaydada qəbulu prosesi asanlaşdırılmalıdır, çünki...”
Mayın 1-dən start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır.
Bu günə qədər ümumilikdə 126 mindən çox uşaq I sinfə qəbul edilib. 2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir.
Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.
Sosial şəbəkələrdə, mediada 1-ci sinfə qəbulla bağlı xeyli valideyn narazılıqlarına rast gəlinir. Bunların əksəri yaxın ətrafda olan məktəblərə düşə bilməməklə, yerləşmənin qəliz proses olması ilə bağlıdır. Valideynlər haqlıdırmı? Boşluq haradadır?

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “Yeni Müsavat”a mövzu ilə bağlı bunları deyib: “Uşaqların birinci sinfə qəbulu zamanı yaşanan əsas  problem texniki məsələlərlə bağlı olur. Burada müəyyən bir texniki çatışmazlıq, ümumiyyətlə, sistem çöküşü müəyyən hallarda öz sözünü deyir. Doğrudur, əvvəlki illərə nisbətdə bu proses qismən də olsa tənzimlənir. Elm və Təhsil Nazirliyi geniş auditoriyanı nəzərə alaraq daha tələblərə cavab verən müəyyən bir şəbəkə qurur. Biz bunun dəfələrlə fərqinə varmışıq və şahidi olmuşuq. Əvvəllər sistemdə yüklənmə, hətta çöküş baş verəndə, son bir neçə ildə bu məsələ tənzimlənmişdi. Şagirdlərin yerdəyişməsi və yerləşməsi prosesində texniki proseduralar valideynlər üçün çətin görünür. Doğrudur, təhsil sferasında olan adam üçün bu o qədər də mürəkkəb prosedur deyil. Şəxsi kabinetin yaradılması, eləcə də tələb olunan DATA-ların ora yerləşdirilməsi və təsdiq edilərək göndərilməsi məsələsi ilk baxışda asan görünə bilər. İnternetin əlçatanlığı baxımdan bölgələrdə çətinlik yarana bilər. Hansısa bir dağ kəndi ilə paytaxtda yaşayan valideyn arasında fərq çoxdur. Bu əsnada onu deyə bilərik ki, şagirdlərin elektron qaydada qəbul prosesində müəyyən sadələşmə olmalıdır. Həm şərtlərdə, həm də texniki əlçatanlıq baxımından qaydalar asanlaşdırılmalıdır. Bağçalara qəbulda ümumiyyətlə proses qəlizdir. Orada üç mərhələdən keçmək tələb olunur. Bu üç mərhələdən keçmək valideynlər üçün çox çətindir. Narazılıq etməyə haqları da var. Şəxsən mən özüm bu işi bilirəm, bir neçə valideynə kömək etmişəm, uşaqları məktəbə qeydiyyatdan keçirəndə bunun nə qədər çətin bir prosedur olduğunun şahidi olmuşam. Bu bizə çətin görünürsə, digərlərinə ikiqat çətin olacaq. O səbəbdən bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Hər məktəb daxilində ilin müəyyən hissəsində valideynlər üçün müəyyən seminarlar təşkil edilməlidir. Bilgiləndirici roliklərin sayını artırmaq, hər məktəbdə direktorun seçdiyi texniki işçiləri təlimatlandırmaq olar. Yüzlərlə metod deyə bilərik. Bu işləri sonraya saxlamaq olmaz. Artıq 4-5 ildir ki, şagirdlərin yerdəyişməsi, elektron qəbul, bağçalara qəbul zamanı problem yaşanır. Bu birdəfəlik həll olunmalıdır”.  
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən qeyd edilib ki, ümumi təhsil müəssisələrinin birinci sinfinə uşaqların qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Qeydiyyat valideyn (və ya digər qanuni nümayəndə) tərəfindən aparıla bilər. Ölkə üzrə 12 ümumi təhsil müəssisəsi istisna olmaqla ( lisey, gimnaziyalar, incəsənət yönümlü müəssisələr) dövlət ümumi təhsil müəssilərinə 1-ci sinfə qəbul prosesində heç bir müsabiqə həyata keçirilmir.
Yalnız bəzi lisey və gimnaziyalara uşaqların qəbulu prosesi onların  xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır.
Eyni zamanda bildirmək istərdik ki, 1-ci sinfə qəbul prosesi 1 may tarixində başladıqda Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq 1-ci sinfə qaldırılır. Bu da təxminən məktəbyaşlı uşaqların ümumi sayının 70%-ni təşkil edir.
Dövlət  ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata keçirilir.
1 may tarixindən 13 sentyabr tarixinə qədər məktəbəqəbul elektron sistemində valideynlər qeydiyyatdan keçərək şəxsi kabinet yarada biləcəklər.
03 may tarixindən 13 sentyabr tarixinə qədər Azərbaycan bölməsi üzrə məktəb seçimi aparılacaq;
3 may- 17 may tarixlərində tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrə qeydiyyat aparılıb;
7 may - 30 may tarixlərində tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələr təşkil olunub;
12 iyun tarixindən 13 sentyabr tarixinə qədər rus  bölməsi üzrə məktəb və müəllim seçimi aparılacaq.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL