29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Almaniya prezidenti Frank Valter Ştaynmayerin Güney Qafqaza ilk rəsmi səfəri korlanmış sayıla bilər. Uğursuz ziyarət yəqin ki, hələ uzun müddət müzakirə predmeti də olacaq.
Ştaynmayerin bölgə səfərinə regionun əsas və açar ölkəsi Azərbaycandan deyil, “dalan” Ermənistandan başlamasının özü yanlış olmaqla yanaşı, bəri başdan ölkəmizə qarşı bir sayğısızlıq idi. Bu azmış kimi, Almaniyanın başçısı İrəvanda ikən, yəni martın 31-də – azərbaycanlıların soyqırımı günü (!) X platformasında faktiki xalqımızı aşağılayan paylaşım etdi. Tarixin zibilliyində olan mifik qurumun əski parçasının fonunda, “Dağlıq Qarabağ” ifadəsinin də keçdiyi statusa imza atdı.
Sonrası məlum. Səfir Azərbaycan XİN-ə çağırıldı. Haqlı olaraq, Almaniya dövlətindən rəsmən üzr istənilməsi və paylaşımın dərhal silinməsi tələb edildi. Doğru, elə həmin gün paylaşım prezidentin X-dəki səhifəsindən çıxarıldı, ertəsi gün isə rəsmi Berlin bunu “texniki səbəbə” bağlayaraq, Azərbaycan dövlətindən rəsmən üzr istədi.
Ancaq münasibətlərdə “çöküntü” qaldı və qalacaq. Çünki təxribat öz işini görmüşdü...
Avropanın, “köhnə qitə”nin, ümumən Qərbin aparıcı dövlətlərindən olan Almaniyaya bu lazım idimi? Erməni felinə uyub özünü bunca naqolay, rüsvayçı duruma soxmaq Berlinə yaxşı nə qazandıra bilər? Cənubi Qafqazın hər mənada həlledici dövləti ilə aranı soyutmaq gerçəkdənmi alman xalqının mənafeyinə uyğundur? “Qaşınmayan yerdən qan çıxarıb oranı yara emək” kimə lazım?
Bəli, biz Bakıdakı alman səfirin vaxtilə Şuşaya baş çəkməsini dəyərləndiririk. Həmçinin Ştaynmayerin İrəvanda “Çox istərdik ki, Bakı və İrəvan məqamdan yararlanıb tezliklə sabit və uzunmüddətli sülhə nail olaydı, sülh müqaviləsi imzalanaydı” sözləri də qulağa xoş gəlir. Amma və lakin...
Daimi və ədalətli sülh əlbəttə, mümkündür, özü də elə bu il, əgər Qərbdəki, o sırada Almaniyadakı antitürk və islamofob çevrələr revanşist ermənilərin dəyirmanına su tökməyi dayandırsa. Kollektiv Qərb “ikili standart” siyasətindən imtina edib Ermənistanı öz konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmağa vadar eləsə, nəinki “xristian təəssübkeşliyi”nə söykənib mağara həmrəyliyi nümayiş etdirsə. Qısası, ermənidən çox erməni olmaq istəməsələr.
Rəsmi üzrxahlığın səmimiliyinə necə inanaq ki, səfər ərəfəsində “Alman dalğası” (Deutsche Welle) radiosu, hansı ki, dövlət tərəfindən maliyyələşir (!) Azərbaycanı əleyhinə son dərəcə təxribatçı, birtərəfli, erməni revanşizmini qızışdıran qərəzli veriliş yayımlayıb. Həmin verilişdə üstəlik, köhnə erməni bayatısı təkrarlanır və iddia edilir ki, guya “Dağlıq Qarabağ”ı vaxtilə Stalin Azərbaycana hədiyyə verib. Halbuki bu, ağ yalandır. Qarabağ adından da göründüyü kimi, həmişə Azərbaycanın ayrılmaz parçası olub. Onun nə aranı, nə də dağlıq hissəsi heç vaxt Ermənistanın tərkibində olmayıb. Tarix var, xəritələr var, daşdan keçən başqa faktlar var...
Sözü ona gətiririk ki, cənab Ştaynmayerin ermənilərə 31 mart tarixli olduqca yersiz və axmaq reveransı qətiyyən texniki xarakterli deyil. Bu, yetərincə düşünülmüş, erməni maraqlarına hesablanmış və erməni lobbisinin diktəsi ilə hazırlanmış, Azərbaycan xalqının heysiyatı ilə oynamaq məqsədi güdən avantüra olub. Almaniya kimi bir dövlətin, bunca köməkçiləri və məsləhətçiləri olan bir dövlətin rəhbərinin belə hərəkətləri təsadüf sayıla bilməz. Heç kim çörəyi qulağına yemir.
44 günlük müharibədən sonra bu qələti heç Nikol Paşinyan eləməyib. Hər şey qırağa, bəs alman dəqiqliyi, alman ədaləti nə oldu?..