Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Netanyahunun siyasəti İsraili zəiflətdi

Tarix:31-10-2023, 16:12 Baxış Sayı:1 202

Netanyahunun siyasəti İsraili zəiflətdi Rəşad Əliyev
Son 2 həftədə İsrailin aparıcı qəzetlərin bir xeyli yazılarını, nüfuzlu İsrail siyasətçilərinin yazı və müsahibələrini, o cümlədən Netanyahunun 10-dan çox geniş müsahibəsini dinləmişəm. Çıxardığım bəzi nəticələri paylaşıram.
İsraildə Fələstin-İsrail münaqişəsinin həllinə iki yanaşma var. İfrat sağçı, şovinist düşərgəni təmsil edən Netanyahu iki dövlət variantını qəbul etmir, yəni regionda Fələstin dövlətinin yaranmaması üçün illərlə əlindən gələni edib. O cümlədən Qəzzaya nəzarət edən Həmas təşkilatının güclənməsinə dəstək verib – məntiq budur ki, Qəzzada Həmas nə qədər güclü olarsa, Qərb Sahilini idarə edən Fələstin Azadlıq Təşkilatının Qəzzada nəzarəti həyata keçirməsi və deməli bütün fələstinlilər adından danışması da mümkün olmayacaq. Dolayısıyla Fələstin torpaqlarında bir-biriylə rəqabət aparan, hətta düşmənçilik edən bu iki təşkilat mövcud olduqca, yəni iki hakimiyyətlilik davam etdikcə, Fələstin dövlətinin yaradılması planı da gerçəkləşməyəcək. Yəni bildiyiniz klassik “parçala və hökm sür” siyasəti. İsrailin aparıcı siyasi-akademik dairələrində belə bir fikir geniş yayılıb ki, Həması bugünkü kimi güclü edən əsas səbəblərdən biri məhz Netanyahunun uzun illər ərzində aparmış olduğu Həması dəstəkləmə və gücləndirmə siyasəti olub.
Elə həmin siyasi dairələrdə o fikir də mövcuddur ki, Həmasın İsrailə son hücumu hər şeydən əvvəl elə Netanyahunun öz hakimiyyətini qoruyub saxlamasına kömək edəcək, ən azından yaxın gələcək üçün (Haaretz-dən sitat: “The pogrom of October 7, 2023, helps Netanyahu, and not for the first time, to preserve his rule, certainly in the short term.”). Bu məqamda bizim ölkənin son üç ildəki siyasi vəziyyəti ilə bəzi oxşarlıqlar var.
Nəzərə almaq lazımdır ki, bu ilin əvvəllində İsrail hökumətinin irəli sürdüyü məhkəmə islahatı təşəbbüsü (tənqidçilərə görə bu islahat məhkəmə hakimiyyətini zəiflətmək, əvəzində isə icra hakimiyyətini gücləndirmək, yəni faktiki olaraq İsraili demokratiyadan avtoritarizmə sürüşdürmək məqsədi daşıyır) cəmiyyətdə çox ciddi parçalanmaya səbəb olmaqla yanaşı, Netanyahuya qarşı aylardır səngiməyən, getdikcə güclənən kütləvi etirazlara səbəb olmuşdu və bu proses onun nüfuzunu xeyli zəiflətmişdi. Ən nüfuzlu siyasətçilərdən tutmuş, yüksək rütbəli hərbçilərə, Mossadın keçmiş rəhbərlərinə və hətta N-nun müttəfiqlərinə kimi yüzlərlə şəxs onun istefasını tələb edirdi. Etiraz əlaməti olaraq minlərlə ehtiyatda olan hərbçi və xüsusi xidmət əməkdaşı xidmətə qayıtmayacağını elan etmişdi. Yəni Netanyahunun özünün siyasi karyerası ciddi təhlükə altında olmaqla yanaşı, bütün bunlar İsrailin təhlükəsizlik sistemində də boşluqlara gətirib çıxarmışdı. Bu səbəbdən çoxları hesab edir ki, İsrailin təhlükəsizlik sistemində yaranmış boşluğun və Həmasın bu boşluqdan yararlanaraq belə bir hücumu gerçəkləşdirə bilməsinin səbəbi məhz N-nun daxili siyasəti və cəmiyyətdə yaratdığı dərin ideoloji parçalanmadır. Maraqlıdır ki, Netanyahu özü belə hesab etmir və özünü təmizə çıxarmaq üçün şənbə günü bir tvit atıb, baş verənlərə görə təhlükəsizlik xidmətlərinin rəhbərlərini günahlandırsa da, bir neçə saat sonra, görünür ciddi təzyiqlər altında, həmin tvitini silib, onlardan üzr istədi.
Başqa maraqlı məqam odur ki, Netanyahunun apardığı siyasət təkcə onun özünün nüfuzuna xələl gətirməyib. Çoxları üçün inanılmaz görünsə də, Amerikada yaşlı nəsildən fərqli olaraq, gənclərin (18-22 yaş) daha çox hissəsi İsraili deyil, Fələstini dəstəkləyir. Üstəlik demokratlar arasında da İsrail təəssübkeşliyi əhəmiyyətli dərəcədə azalıb. Gallup’un 2023-ün martındakı sorğu nəticələri göstərir ki, ilk dəfə olaraq demokratların daha çox hissəsi (48%) Fələstinə, 38% isə İsrailə dəstək verir. Bunun da əsas səbəblərindən biri Netanyahu komandasının radikal mövqeyi və apardığı barışmaz siyasət, həmçinin İsraildə demokratiyanı diktaturaya çevirmək cəhləridir (Netanyahunun özünə qarşı olan korrupsiya ittihamlarıyla bağlı davam edən məhkəmə işini də siyahıya əlavə etmək olar). Amerika cəmiyyətində İsrailə olan münasibətin bu cür dəyişməsi (ən azından son hücumlara qədər belə idi) İsrail üçün narahatverici olmaya bilməzdi.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL