Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır

Tarix:9-05-2025, 17:00 Baxış Sayı:297

Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır Macarıstan iki ukraynalı diplomatı casusluqda ittiham edərək ölkədən çıxardığını açıqlayıb.
Macarıstanın xarici işlər naziri Peter Siyarto "Facebook" sosial şəbəkəsində paylaşdığı videoda bildirib: "Bu gün Ukraynanın Budapeştdəki səfirliyində diplomatik pərdə altında işləyən iki casusu Macarıstandan çıxardıq".
Bu açıqlama Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin ölkə ərazisində Macarıstana bağlı casus şəbəkəsini ifşa etməsi ilə bağlı məlumat yaydıqdan sonra verilib.

Ukrayna da macar diplomatları ölkədən çıxarır
Ukrayna Macarıstanın iki diplomatını ölkədən çıxarır. Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib ki, bu addım Macarıstanın müvafiq qərarına cavab olaraq atılıb.

Ukrayna Macarıstanla bağlı casus şəbəkəsini ifşa etdiyini bildirir

Ukrayna Macarıstanla həmsərhəd olan və xeyli etnik-macar əhalinin yaşadığı qərbi Zakarpatya bölgəsində hərbi müdafiə və ictimai rəyə dair həssas məlumatları toplamağa çalışan Macarıstana bağlı casus şəbəkəsini aşkarladığını bildirib.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) mayın 9-da bəyan edib ki, Zakarpatyada iki şübhəli agent saxlanılıb. SBU bu agentlərin kuratorunun Macarıstan hərbi kəşfiyyatının əməkdaşı olduğunu iddia edib. SBU bildirib ki, Ukrayna ilk dəfədir ki, ölkənin təhlükəsizliyini pozmağa çalışan Macarıstan casus şəbəkəsi tapıb.
Bu açıqlama Ukrayna ilə Macarıstan arasında gərginlik fonunda verilib. Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə isti münasibətlərini saxlayır və Moskvanın Ukraynaya qarşı müharibəsinə baxmayaraq, Kremlə qarşı sanksiyaların əleyhinə çıxır. Macarıstan Avropa İttifaqı (Aİ) və NATO-nun əksər ölkələri ilə müqayisədə Ukraynanın müdafiə səylərinə xeyli az dəstək verib.
Bu hadisə həmçinin Zakarpatyada yaranmış mürəkkəb vəziyyətə təsir edir. Kreml tənqidçilərinin sözlərinə görə, Rusiya burada etnik macarlarla Ukrayna hakimiyyəti arasında gərginlik yaratmağa çalışıb.
SBU-nun yaydığı açıqlamada deyilir ki, iddia edilən agent şəbəkəsinin məqsədləri "Zakarpatya vilayətinin hərbi müdafiəsi haqqında məlumatların toplanması, bölgənin quruda və hava hücumundan müdafiə sistemlərində zəif nöqtələrinin müəyyən olunması, həmçinin yerli sakinlərin sosial-siyasi baxışlarının öyrənilməsi", o cümlədən Macarıstan qüvvələrinin bölgəyə daxil olacağı təqdirdə onların necə reaksiya göstərə biləcəyidir".скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL