29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
“Artıq evimdə satmağa heç nə qalmayıb”
“Oğlum uşaqlıqdan şəkərli diabet xəstəsidir. Onu müalicə etdirmək üçün banklardan bir neçə dəfə kredit götürmüşəm, külli miqdarda borcum yaranıb. Özüm də şəkər xəstəsiyəm”.
Bunu Meydan TV-yə Şəmkir rayonu Qaçaq Nəbi küçəsi 73-də yaşayan Vüqar Əliyev bildirib. Onun sözlərinə görə, 2005-ci il təvəllüdlü Kənan Əliyev şəkərli diabetdən əziyyət çəkir.
“İnsulin də daxil olmaqla dərmanları, o cümlədən hər gün şəkəri yoxlamaq üçün lazım olan alətləri özüm alıram. Artıq evimdə satmağa heç nə qalmayıb. Şəmkir Mərkəzi Xəstəxanasından deyirlər ki, Bakıdan dərmanlar göndərilmir. Uşaq 3 yaşından bəri yalnız dərmanlarla yaşayır. Çıxılmaz vəziyyətdəyik”,- Əliyev deyib.
“Ayda tək dərmanlara 300 manat lazımdır. Əgər dərmanlar vaxtı-vaxtında verilməsə, bizim kimi xəstələr necə yaşaya bilərlər? Ayda 3 dəfə dərman alırıq”.
İcbari Sığorta üzrə Dövlət Agentliyindən Meydan TV-yə bildiriblər ki, şəkərli diabet xəstəliyinə düçar olmuş şəxslərin müalicəsi və dərman preparatları ilə təminatı “Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Proqram üzrə agentlik TƏBİB-dən daxil olan siyahıya əsasən dərman və tibbi sərflərin satınalmasını həyata keçirir. Dərman vasitələri dövlət tibb müəssisələrinə, o cümlədən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına da paylanılır və şəkərli diabetdən əziyyət çəkən vətəndaşlar xəstəxanaya müraciət edərək ödənişsiz olaraq dərman və tibbi sərfləri əldə edirlər.
Kənan Əliyevin dərmanla təminatı ilə bağlı xəstəxanaya məlumat verilib. Xəstəxananın direkor köməkçisi Liliya Məmmədova bildirib ki, K.Əliyev 2021-ci ilin dekabrın 22-də qeydiyyata alınıb. Həmim tarixdən bu ilin iyulun 4-nə qədər hər ay ona təyin olunan dərman preparatları (İnsulin Novorapid, İnsulin Deqludek) və şəkər çöpləri ilə ödənişsiz təmin olunur.