29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Müsavat Partiyası və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun hələ də karantində saxlanıldığı bildirilir. Bu barədə siyasətçinin qızı Nigar Həzi məlumat yayıb.
Onun sözlərinə görə, Tofiq Yaqublu mayın 7-də ailəsi ilə telefonla danışıb və vəkili Nemət Kərimli ilə görüşüb. Nigar Həzi siyasətçinin dizində yaranan şiddətli ağrılardan əziyyət çəkdiyini bildirib.
“Bu gün 18 gündür ki, artıq karantindədir. Dizindəki şiş ona dəhşətli ağrılar verir. O dərəcədə ağrılar ki, dözülməsi çox çətindir. Ağrıdan nə uzana bilir, nə də otura bilir. Ata yalnız ayaq üstə durub ayağını sallayanda bir az ağrısının azaldığını dedi”.
Ailənin sözlərinə görə, Yaqublu dizindəki problemlə bağlı müəssisə rəhbərliyinə məlumat versə də, ona yalnız 10 gün sonra tibbi müdaxilə olunub. Nigar Həzi qeyd edib ki, müəssisənin həkimi Elman Abdullayev siyasətçiyə sadəcə dizini isti saxlamağı tövsiyə edib.
Nigar Həzinin dediyinə görə, Tofiq Yaqublu ona gətirilən dizliyin geri qaytarıldığını bildirib. O, vəziyyətinə münasibəti “laqeyd və məsuliyyətsiz” adlandırıb.
“Mən Qarabağda döyüşəndə, yaralı erməni əsirini yarasını sarımışam, ona su, siqaret, yemək vermişəm. O əsir düşmən də olsa, bir insandır və bunu humanizm naminə etmişəm. İndi mən burada günlərdir dəhşətli ağrılar içindəyəm, həkim isə o qədər laqeyd və məsuliyyətsizdir ki, bilə-bilə gəlib maraqlanmır. Halbuki ağrının ilk günündən səhhətimdəki problemlə bağlı məlumatı varıydı. Mənim kimliyimi qoyuram bir kənara, heç olmasa humanizm naminə gəlib bir maraqlanmır ki, durum necədir.
Üstəlik, mənə qoltuq ağacının yalnız birini veriblər. Ayağımı yerə basa bilmirəm. Tək ağacla da yerimək çətindir. Tibb məntəqəsinə də aparanda yeriyə bilmədiyimi bilə-bilə mənə nə cüt qoltuq ağacı verdilər, nə də ki, təkərli arabayla apardılar. Bildiyiniz tam bir işgəncə. Açıqca görünür ki, mənə qarşı bu davranışın tapşırığı PA-dan gəlib”, - Nigar Həzinin sözlərinə görə, Tofiq Yaqublu deyib.
Ailəsinin məlumatına görə, Yaqublu vəkillə görüşə nəzarətçilərin köməyi ilə gəlib.
Nigar Həzi bildirib ki, son günlər ağrılar qismən azalsa da, atasının vəziyyəti hələ də ağır olaraq qalır. O, Ədliyyə Nazirliyi və Ombudsman Aparatını Tofiq Yaqublunun təcili müayinə və müalicəsinin təmin olunmasına çağırıb.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyi və digər rəsmi qurumlar açıqlama verməyib.
Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi 2025-ci il martın 10-da onu dələduzluq və saxta sənəd hazırlama ittihamları ilə 9 il müddətinə azadlıqdan məhrum edib. İttihamları qəbul etməyən siyasətçi hökmə etiraz olaraq 40 günlük aclıq aksiyası keçirib.
Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
Yaqublu ittihamların saxta olduğunu bildirir. O, uzun illərdir hakimiyyətin tənqidçilərindən biri kimi tanınır və müxtəlif illərdə bir neçə dəfə həbs olunub. Bir sıra beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıdıqlarını bəyan ediblər.