Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

Tarix:7-05-2026, 11:38 Baxış Sayı:92

İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik" İran rəsmisi ölkəsinin iyunda ABŞ-də keçiriləcək futbol üzrə dünya çempionatında iştiraka hazırlaşdığını, lakin boykot ehtimalının qüvvədə qaldığını deyib. 
İran Futbol Federasiyasının prezidenti Mehdi Tacın mayın 6-da dövlət mediasına dediyinə görə, İran ABŞ-dən ölkə rəsmilərinə qarşı hörmətsizlik edilməyəcəyinə dair zəmanət istəyir. 
“Əgər amerikalılar bizim hərbi qurumlarımızı və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) hörmətsizlik etməyəcəklərinə zəmanət versələr, biz gedəcəyik. Əgər Kanadadakı kimi bir insidentin baş verməyəcəyinə dair belə bir zəmanət və qəti təminat versələr, gedəcəyik", - o qeyd edib. 
Ötən həftə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) Kanadanın Vankuver şəhərində təşkil etdiyi tədbirə yollanan, Tacın da daxil olduğu İran nümayəndə heyəti vizaları olmasına baxmayaraq ölkəyə buraxılmayıb.
Kanada hökuməti bunu nümayəndə heyətində SEPAH-la əlaqəsi olan şəxslərin olması ilə izah edib. Kanada 2024-cü ildə SEPAH-ı terror təşkilatı kimi tanıyıb. 
İran milli komandası gələn həftə təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. 
ABŞ dövlət katibi Marko Rubio daha öncə demişdi ki, ölkəsi İranın dünya çempionatında iştirakına etiraz etmir, lakin SEPAH-la əlaqəli şəxslər ölkəyə buraxılmayacaq. 
İranın iyunun 15-də Los-Ancelesdə Yeni Zelandiyaya və 21-də Belçikaya, 26-da isə Sietlda Misirə qarşı oynaması planlaşdırılır. 
ABŞ-dən başqa Meksika və Kanada da dünya çempionatına ev sahibliyi edəcək. 
Fevralın 28-də ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirməyə başlayıb. Hazırda tərəflər arasında atəşkəs hökm sürsə də, münaqişə başa çatmış sayılmır.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL