Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Tarix:28-05-2026, 21:19 Baxış Sayı:82

Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi” “QHT işi” üzrə ittiham olunan Mehriban Rəhimli məhkəmədə çıxış edərək ona qarşı irəli sürülən ittihamları əsassız saydığını bildirib və fəaliyyətinin yalnız məsləhətçi kimi məhdudlaşdığını deyib
Aprelin 27-də “QHT işi” üzrə ittiham olunan ABŞ-nin “German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Azadlıq Radiosu”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Mehriban Rəhimli təqsirləndirilən şəxs qismində ifadə verib.
O, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
Bu ittihamların hər birinin əsassız olduğunu vurğulayan Rəhimli ifadəsində öncə təhsili və fəaliyyəti haqqında məhkəməni ətraflı məlumatlandırıb. Onun sözlərinə görə, 2005-ci ildən beynəlxalq təşkilatlarda çalışmağa başlayıb. 2005-2006-cı illərdə Henrix Böll Fondunun tədqiqatçısı olub, 2007-2008-ci illərdə "World Vision" beynəlxalq humanitar təşkilatında ictimai vəkillik üzrə menecer işləyib. 2008-ci ilin noyabrından ABŞ Alman Marşal Fondunun Azərbaycan üzrə məsləhətçisi kimi fəaliyyət göstərib.
Cinayət işindəki ittihamlar Alman Marşal Fondu ilə bağlıdır. Mehriban Rəhimli vurğulayıb ki, bu təşkilatla xidmət müqaviləsi bağlayıb və bunun əsasında məsləhətçi kimi xidmət göstərib. Fəaliyyəti Fondun Buxarest ofisinə təqdim edilən layihələrlə bağlı ilkin rəy bildirməkdən ibarət olub.
“İlkin rəydən sonra hər bir layihəni əvvəlcə Fondun Buxarest ofisi, daha sonra Vaşinqtondakı baş ofis və İdarə Heyəti təhlil edir və yekun qərar qəbul olunurdu. Mən heç bir müqavilənin tərəfi olmamışam, Fond tərəfindən heç bir sənədi imzalamamışam və maliyyənin köçürülməsində rolum olmayıb”, - Mehriban Rəhimlinin dilə gətirdiyi sözlərdir.
O, ABŞ Alman Marşal Fondu ilə xidməti müqavilə əsasında əməkdaşlıq etdiyi müddətdə gəlirlərinin rəsmi şəkildə Beynəlxalq Bankdakı hesabına köçürüldüyünü söyləyib. Həmin gəlirlər vergisi ödənilməklə rüblük və illik hesabat şəklində açıqlanıb.
Mehriban Rəhimli onu da bildirib ki, məsləhətçi olduğu 2008-2024-cü illərdə Alman Marşal Fondu Azərbaycanda orta hesabla hər il 8-10 layihəyə maliyyə ayırıb. Bunlar əsasən qadınların iqtisadi cəhətdən gücləndirilməsi, erkən və məcburi nikahların qarşısının alınması, maarifçilik və sosialyönümlü təşəbbüslər olub: “Davamlı və ən irihəcmli maliyyə dəstəyi Autizm Mərkəzinə ayrılıb, eyni zamanda ölkə boyu icma quruculuğuna, qadın sahibkarlığına, ekoloji təşəbbüslərə və maarifləndirmə işlərinə yönəldilib. Məsələn, Fondun dəstəyi ilə Azərbaycanın ən ucqar kəndlərində 27 kitabxana açılıb”.
Mehriban Rəhimli sərbəst ifadəsindən sonra prokurorun suallarını cavablandırıb. Dövlət ittihamçısı ondan hazırda həbsdə olan vətəndaş cəmiyyəti fəallarından kimləri tanıdığını, əlavə gəlir əldə etmək üçün kimlərlə əvvəlcədən razılaşmaya gedib-getmədiyini soruşub.
“Azərbaycanda heç kim mənə rüşvət verməyə, bunu təklif etməyə belə cəsarət edə bilməzdi”, - Mehriban Rəhimli prokurora belə cavab verib. O, bunu da bildirib ki, indi həbsdə olan vətəndaş cəmiyyəti fəallarının çoxunu tanıyır və işlə bağlı onlarla ünsiyyətdə də olub.
Məhkəmə prosesi mayın 18-də davam edəcək.
“QHT işi” üzrə indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsinin cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir. Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdə saxlanılır.
“Sosial Hüquqlar Mərkəzi”nin rəhbəri Sübhan Həsənli və fəal Aytac Ağazadə ölkə xaricində olduqları üçün axtarışa verilib. Digər təqsirləndirilən şəxslər barəsində isə alternativ qətimkan tədbirlərinin seçildiyi bildirilir.
İş üzrə təqsirləndirilən şəxslər irəli sürülən ittihamları əsassız və siyasi motivli hesab etdiklərini bəyan ediblər.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL