Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

Tarix:17-05-2026, 21:08 Baxış Sayı:101

Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib ABŞ Prezidenti Donald Tramp mayın 15-də Çinə üç günlük dövlət səfərini başa vurub. Həm Vaşinqton, həm də Pekin danışıqları uğurlu qiymətləndirərək, görüşlərin qarşılıqlı anlaşmanın və ikitərəfli münasibətlərin möhkəmlənməsinə töhfə verdiyini açıqlayıb.
Bununla belə, Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə keçirdiyi danışıqların detalları hələlik açıqlanmır.
Tramp səfəri “möhtəşəm” adlandıraraq bildirib ki, görüşlər “çox yaxşı nəticələr verəcək”. ABŞ prezidenti xüsusilə “fantastik ticarət razılaşmalarından” və İran ətrafındakı gərginliyin aradan qaldırılmasının vacibliyi ilə bağlı əldə olunan qarşılıqlı anlaşmadan danışıb. O, həmçinin ABŞ-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.
Tramp “Fox News” telekanalına müsahibəsində deyib ki, Si Cinpin Çinin İrana silah göndərməyəcəyini və Hörmüz boğazının açıq qalmasının tərəfdarı olduğunu bildirib. Çin Xarici İşlər Nazirliyi isə İranla bağlı yaydığı açıqlamada tərəfləri qarşılıqlı faydalı sülhə tezliklə nail olmağa çağırıb.
ABŞ prezidentinin sözlərinə görə, Çin ABŞ-dən daha çox neft və kənd təsərrüfatı məhsulları almağa razılaşıb. Bundan əlavə, tərəflər Çinə 200 ədəd “Boeing” sərnişin təyyarəsinin tədarükü barədə anlaşma əldə ediblər. Bu, uzun illərdən sonra bağlanan ilk belə müqavilə olsa da, analitiklər daha böyük - 500 təyyarəlik sifariş gözləyirdilər.
Danışıqlarda iştirak edən dünyanın ən varlı iş adamı İlon Mask da görüşləri yüksək qiymətləndirsə də, detalları açıqlamayıb.
Çin tərəfi isə bildirib ki, Si Cinpin danışıqlarda Tayvan məsələsini də gündəmə gətirib. Pekin Tayvanı özünün “üsyankar əyaləti” hesab edir. Çin lideri xəbərdarlıq edib ki, Tayvan məsələsi “münasib şəkildə” həll olunmasa, bu, Çinlə ABŞ arasında “münaqişələrə” səbəb ola bilər. Ağ Ev və Donald Tramp isə Tayvan mövzusuna münasibət bildirməyib.
Şərhçilər qeyd edirlər ki, Trampın Çinə səfəri böyük təmtəraq və rəsmi mərasimlərlə müşayiət olunub. Çin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanıb ki, “iki lider arasında aparılan danışıqlar qarşılıqlı anlaşmanı artırıb, etimadı möhkəmləndirib, əməkdaşlığın inkişafına və dünyada sabitliyin güclənməsinə töhfə verib”.
Donald Tramp Si Cinpini sentyabr ayında ABŞ-yə səfərə dəvət edib.
Səfər çərçivəsində Ukraynadakı müharibənin müzakirə olunub-olunmadığı barədə məlumat verilməyib. Rusiya mediasının yazdığına görə, yaxın günlərdə Rusiya prezidenti Vladimir Putin də bir günlük səfərlə Çinə gedəcək.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL