Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumuna məruz qalan “Atlas Bey” mülki ticarət gəmisinin azərbaycanlı kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq Odessa şəhərinə gətirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Nazirlik bildirib ki, müvafiq prosedurlar başa çatdırıldıqdan sonra kapitanın cənazəsi Azərbaycana göndəriləcək.
İyulun 14-də yerli vaxtla saat 15 radələrində Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” gəmisi Odessa sahilləri yaxınlığında dron hücumuna məruz qalıb.
Hücumdan sonra kapitan istisna olmaqla, gəminin digər ekipaj üzvləri təxliyə edilərək Odessa şəhərində sahilə çıxarılıblar. Dənizçilərin İctimai Birliyinin sədri İlham Nəsirov daha sonra kapitan Səməd Nəsrullayevin həlak olduğunu açıqlayıb.
Azərbaycan XİN-in məlumatına görə, gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub.
Gəminin ikinci kapitanı İsmayıl Axundov hadisədən sonra “Azərtac”a bildirib ki, yük boşaldıldıqdan sonra gəmi Odessa sahillərindən Türkiyə istiqamətində hərəkət edib.
“Gəminin azərbaycanlı heyətinin 11 üzvü göyərtəyə düşmüşdük, gəmini yuyurduq. Yuxarıda yalnız kapitan qalmışdı. Bu zaman güclü partlayış baş verdi, sonra yanğın başladı. Yaxınlıqda olan gəmilər köməyə gəldi və təxliyə başladı”, - Axundov deyib.
Hadisədən sonra Azərbaycan XİN vətəndaşlara hərbi əməliyyatların davam etdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə işləməkdən, eləcə də bu marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, o cümlədən dəniz gəmilərində əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb.
Bundan əvvəl iyunun 5-də də heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə Azov dənizində dron hücumları həyata keçirilmişdi. XİN hücum nəticəsində ümumilikdə 5 nəfər Azərbaycan vətəndaşının həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə məlumat yaymışdı.