Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Azərbaycanda yaşayan Adıgözəlov Fidail Xalik oğlu qardaşı Adıgözəlov Dilqəm Xalik oğlunun Avropada həyata keçirdiyi siyasi fəaliyyətə görə polis tərəfindən təzyiqlərə məruz qaldığını bildirir.
Fidail Adıgözəlovun sözlərinə görə, hadisə 13 iyul 2026-cı il tarixində, saat 10:00 radələrində Mingəçevir şəhəri, 1-ci Günəş döngəsi, ev 25 ünvanında baş verib. O iddia edir ki, polis əməkdaşları məhkəmə qərarı və qanuni əsas olmadan yaşadığı evə daxil olublar.
Onun sözlərinə görə, polis əməkdaşları qardaşı Dilqəm Adıgözəlovun Avropada keçirilən etiraz aksiyalarında iştirakına dair görüntüləri izlədiklərini bildirərək həmin videoları ona da göstəriblər.
Fidail Adıgözəlov iddia edir ki, polis əməkdaşları ondan qardaşının hansı ölkədə və hansı şəhərdə yaşadığını bildiklərini söyləyərək, Dilqəm Adıgözəlovun siyasi fəaliyyətini dayandırmasını və onun Azərbaycana qaytarılmasına nail olmasını tələb ediblər. O bildirir ki, bu tələblərin yerinə yetirilməyəcəyi təqdirdə özü və ailə üzvləri hədələniblər.
Fidail Adıgözəlovun sözlərinə görə, daha sonra o, qanunsuz şəkildə Mingəçevir Şəhər Polis İdarəsinə aparılıb və təxminən 24 saat orada saxlanılıb. O iddia edir ki, saxlanıldığı müddətdə psixoloji və fiziki təzyiqlərə məruz qalıb.
Adıgözəlov həmçinin bildirir ki, evə edilən basqın zamanı ailə üzvlərindən biri baş verənləri gizli şəkildə videoya çəkə bilib. Onun sözlərinə görə, həmin videogörüntülər hazırda onların əlindədir və polis əməkdaşlarının qanunsuz hərəkətlərini təsdiqləyən sübut kimi saxlanılır.
Fidail Adıgözəlov hadisənin ictimailəşdirilməsini, məsələ ilə bağlı müstəqil araşdırma aparılmasını və hüquqi qiymət verilməsini tələb etdiyini bildirib.