Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Tarix:Dünən, 13:54 Baxış Sayı:2

Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz Azərbaycanda sənaye istehsalının artımı 2026-cı ilin ilk yarısında demək olar ki, dayanıb. Yanvar-iyun aylarında ölkədə 33,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə cəmi 0,1 faiz artım deməkdir.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Rəsmi rəqəmlər sənayedə artım tempinin ilin əvvəlindən tədricən zəiflədiyini göstərir. Yanvarda illik müqayisədə 2,5 faiz olan artım yanvar-may aylarında 0,2 faizə, ilin ilk yarısında isə 0,1 faizə düşüb.
Hesabat dövründə emal sənayesində 10 milyard 912,6 milyon manatlıq məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib. Bu sahədə ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artım qeydə alınıb.
Ən yüksək artım avtomobil, qoşqu və yarımqoşqu istehsalında müşahidə olunub. Bu sahədə istehsal 2,2 dəfə artıb. Əczaçılıq məhsullarının istehsalında 35,5 faiz, toxuculuq sənayesində 34 faiz, dəri məmulatları və ayaqqabı istehsalında 20,6 faiz, qida məhsullarının istehsalında isə 9,9 faiz artım qeydə alınıb.
Bununla belə, emal sənayesinin ayrı-ayrı sahələrindəki artım ümumi sənaye sektorunda nəzərəçarpacaq böyümə yaratmağa kifayət etməyib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov daha əvvəl iqtisadi artım tempinin gözləntilərdən aşağı qalmasını neft-qaz sektorundakı azalma və dövlət investisiya layihələrinin vaxtının dəyişdirilməsi ilə əlaqələndirib. Nazir qeyri-neft-qaz sənayesindəki artımı qənaətbəxş saydığını, hökumətin tikinti və digər sahələrdə fəallığı artırmağı planlaşdırdığını bildirib.
Müstəqil iqtisadçılar isə zəif sənaye artımını ölkə iqtisadiyyatının hələ də neft-qaz hasilatından ciddi asılı olması, neft hasilatının azalması, özəl sektorun struktur zəifliyi və investisiya fəallığının aşağı düşməsi ilə izah edirlər. Onların fikrincə, qeyri-neft emal sənayesinin ayrı-ayrı sahələrindəki artım hasilat sektorundakı geriləməni kompensasiya edəcək həddə çatmayıb.
 скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL