Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
“Meydan TV işi” üzrə 2024-cü ilin dekabrından həbsdə saxlanılan jurnalist Aytac Tapdıq (Əhmədova) Bakı İstintaq Təcridxanasındakı tibbi xidmətin vəziyyəti barədə yazı qələmə alıb.
Jurnalist şəxsi sağlamlıq problemlərindən bəhs etməklə yanaşı, təcridxanada saxlanılan məhbusların ixtisaslı həkim müayinəsinə çıxışının məhdud olduğunu bildirir. O, Penitensiar Xidmətin tibb müəssisələrində qulaq-burun-boğaz həkimi, uroloq, dermatoloq və digər ixtisaslı mütəxəssislərin çatışmadığını, məhbusların müalicəsinin əsasən ağrıkəsici iynələrlə məhdudlaşdığını yazır.
Aytac Tapdığın yazısını olduğu kimi təqdim edirik:
Həbsdə olduğum 20 ay ərzində 80 qutu burun damcısından istifadə etmişəm. Nəfəs darlığına görə bu dərmandan tam asılı vəziyyətdəyəm. Hər həftə sərasər 1 qutu bitirirəm. Demək olar ki, onu bir parçam kimi üzərimdə daşıyıram. Asılılığı olanlar bilir, əgər damcı istifadə etməsən, boğulma başlayar, nəfəsin dayanacaq kimi hiss edərsən. Azadlıqda olarkən damcıdan bu qədər intensiv şəkildə istifadə etməsəm də, təcridxana şərtləri, uzun müddət qapalı məkanda yaşamaq nəfəs almağımı çətinləşdirərək istifadəni zəruri edib.
Üstəlik, saxlanıldığım təcridxananın məhbuslar üçün daha ağır şərtlər vəd etsin deyə göl qurudularaq tikilməsi, rütubətli mühit nəfəs darlığının artmasında rol oynayır.
Vəkilim Cavad Cavadov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tibb Baş İdarəsinə, eləcə də Penitensiar Xidmətə müraciət edərək mənim LOR həkiminin (otorinolarinqoloq) müayinəsindən keçməyimi və digər zəruri tibbi müdaxilələrin göstərilməsini istəyib. Lakin vəkilimə heç bir rəsmi cavab verilməyib.
Müraciətdən sonra saxlandığım Tibbi Sanitar Hissənin birinci mərtəbəsinə düşərək baş həkim Vüqar Həsənovun qəbulunda olmuşam. O bildirib ki, Ədliyyə Nazirliyində ştatlı çalışan LOR həkimi yoxdur. Yəni, sağlamlığımla bağlı tibbi müdaxilədən məhrum qalacam. O zaman bu mövzu məni daha çox maraqlandırmağa başlayıb. Deməli, Penitensiar Xidmətin balansında həbsxanalarda saxlanılan minlərlə məhkum və məhbusa xidmət göstəcək bir qulaq-burun-boğaz həkimi yoxdur?
Bu, dövlətin onların yaşamaq hüququnu özündə saxlayıb-saxlamadığına dair yanaşmasını mübahisəli edən amildir.
Çünki dövlət insanları həbs edərək təkcə azadlıqlarını əlindən almır, tibbi müayinə kimi ən təməl hüquqlarını da qəsb edir.
Biz - “Meydan TV işi” üzrə həbs olunmuş 6 qadın jurnalist həkimlərin çalışdığı korpusun ikinci mərtəbəsində saxlanılsaq da, bu, bizi tibbi müayinəyə çatımlı etmir. Faktlar isə göstərir ki, Penitensiar Xidmətin Tibb Baş İdarəsində bir çox sahə üzrə həkim çatışmazlığı var. Baxmayaraq ki, Tibb Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş Cəmil Kamillinin həkim olduğu, bu sahədəki boşluqları yaxşı bildiyi söylənilir. Ancaq rəhbərlik etdiyi bu iki il ərzində kadr islahatları ilə bağlı heç bir irəliləyiş görünmür. Beləcə, Ədliyyə Nazirliyi minlərlə məhbusun can ağrılarını görməzdən gəlir.
Biz saxlandığımız müddət ərzində cəmi bir dəfə baş redaktor Aynur Elgünəşin müraciəti əsasında ginekoloq müayinəsindən keçmişik. Ancaq korpusda saxlanılan yüzlərlə qadın məhbus bu müayinədən məhrum buraxılıb. Həmçinin bu günlərdə məhbusların şikayətləri əsasında tələb etdiyi uroloq və dermatoloqun da baş idarənin balansında olmadığı deyilir.
Müxtəlif xəstəliklərdən əziyyət çəkən məhbuslar növbətçi həkimi çağıraraq onun vurduğu ağrıkəsici iynələrlə sakitləşirlər. Təcridxana bununla müvəqqəti həll yolu tapıb işini bitmiş hesab edir. Bir kamera yoldaşım var idi ki, böyrək ağrısından əziyyət çəkirdi və istisnasız hər gün vurulan iynələrlə yaşayırdı.
Həbs olunan insanlar burada sağlamlığını itirmək təhlükəsi ilə üz-üzədirlər. Daim stress və gərginlik, həbsxana şəraiti insan orqanizmini xəstəliklərə qarşı müdafiəsiz hala gətirir.
Ədliyyə Nazirliyi məqsədli biganəliyə son qoymalı, Tibb Baş İdarəsinə ixtisaslı, peşəkar həkimlər işə götürülməlidir.
Azərbaycan hakimiyyətinin qoşulduğu beynəlxalq konvensiyalar, BMT-nin Məhbuslarla Rəftarın Minimal Standart Qaydaları (Nelson Mandela Qaydaları), eləcə də İşgəncənin Qarşısının Alınması üzrə Avropa Komitəsinin standartları saxlanılan şəxslərin lazımi tibbi yardım almaq hüququnu nəzərdə tutur.
***
Aytac Tapdıq 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində saxlanılıb. İş üzrə ümumilikdə 12 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Əvvəlcə onlara Cinayət Məcəlləsinin 206.3.2-ci - qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - maddəsi ilə ittiham irəli sürülüb. 2025-ci il avqustun 28-də isə ittihamlar ağırlaşdırılıb.
Hazırda onlar qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması da daxil olmaqla bir neçə ağır maddə ilə mühakimə olunurlar.
Jurnalistlər ittihamları rədd edir, hədəfə alınmalarını siyasi sifariş və peşə fəaliyyətləri ilə əlaqələndirirlər.