29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Gundemxeberinfo "Liberte Azərbaycan" təşkilatına istinadən xəbər verir ki, Avropada yaşayan bir sıra mühacirlər, o cümlədən siyasi fəaliyyətinə görə təqiblərlə üzləşən və buna görə də uzun müddətdir ki, ailəsi ilə birlikdə Avropada yaşayan mühacir Yusif Rəsulov (fotoda sağ tərəfdən dördüncü şəxs) Azərbaycandakı siyasi məhbusların azad olunmasına dəstək məqsədilə, Fransada yaşadıqları şəhərdə 26 aprel 2025-ci il tarixdə dinc aksiya keçirmişlər.
Aksiya iştirakçıları Azərbaycanda son dövrlər get-gedə artan, jurnalist və azad fikir sahiblərinin qanunsuz və şərlənərək cinayət məsuliyyətinə cəlb edilmələri və həbs olunmalarına qarşı şüarlar səsləndirmişlər.
Siyasi mühacir Yusif Rəsulov, ona qarşı hələ də Azərbaycanda davam edən təzyiqlərə, ailə üzvlərinə qarşı olan təhdidlərə baxmayaraq, öz əqidəsinə sadiq qalıb qanunsuz olaraq həbs olunmuş bütün siyasi məhbusların azad olunması ilə bağlı sosial media vasitəsilə Azərbaycan hökümətinə çağırışlar etmişdir.
Bununla bağlı Y.Rəsulov özünün Facebook hesabında da paylaşım etmişdir.
Xatırladaq ki, Yusif Rəsulov Azərbaycan hakimiyyəti tərəfindən üzləşdiyi təzyiqlərə görə,ailəsi ilə bir müddətdir ki, Avropada mühacir həyatı yaşayır. Həmçinin o, hal-hazırda yaşadığı ölkədə mütəmadi olaraq keçirilən, Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb edən dinc aksiyaların fəal iştirakçısıdır.