20-06-2022, 17:19- Dələduz qadını sizdə tanıyın...
14-06-2022, 20:47- Legionersiz millinin möhtəşəm uğuru – Onlar kimlərdir?
14-06-2022, 20:46- Venesiya Komissiyası Azərbaycanın Media haqqında qanununu müzakirə edəcək
14-06-2022, 20:45- MTN polkovniki: “Qaralov, Usubov göstəriş verib, icra eləmişəm…”
14-06-2022, 20:44- Dünyəvi dövlətə təhdid kimdir?
14-06-2022, 20:43- Bloqeri öldürmək üçün göndərilən killerlər kimlərdir?
14-06-2022, 20:42- Rusiyanın Ukraynaya qarşı müharibəsi dünyanı necə daha da yoxsullaşdırır: 10 fakt və proqnoz
12-06-2022, 17:27- Sabir
12-06-2022, 17:22- Azərbaycan Qran-prisinin kuboku Şuşa şəhərinə həsr olunub
12-06-2022, 17:18- İlham Əliyev Putini təbrik etdi
12-06-2022, 17:15- Lukaşenkonun oğlu Rusiyanı şoka saldı - VİDEO
12-06-2022, 17:13- İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artıb
12-06-2022, 17:10- DYP-dən valideynlərə “Son zəng”lə bağlı XƏBƏRDARLIQ
12-06-2022, 17:08- Türkiyədə yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var
12-06-2022, 16:52- Şoyqunun qızı azərbaycanlı məşhurun ad günündə: Görün nə hədiyyə etdi - "Dünyanın işləri"
12-06-2022, 16:48- Maks Ferstappen ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub
12-06-2022, 16:43- TƏCİLİ! Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu VƏFAT ETDİ
11-06-2022, 13:21- Gələcək parkinq işarəsi
11-06-2022, 13:16- Sizcə, troll rəssam nə demək istəyir?
11-06-2022, 13:13- İranda 8 nəfərin barmağı kəsilə bilər
ABC bildirir ki, 1979-cu il islam inqilabından bəri azı 356 amputasiya hökmü barədə məlumat yığıb, amma real rəqəmin xeyli böyük olduğu güman edilir
İki insan haqları təşkilatı xəbərdarlıq edir ki, oğurluqda təqsirli bilinərək hazırda Böyük Tehran Həbsxanasında saxlanan səkkiz nəfərin barmağı kəsilə bilər, bir məhbusun oxşar cəzası bu günlərdə icra olunub.
Vaşinqtonda yerləşən “Abdorrahman Boroumand Center for Human Rights in Iran” (ABC) və Fransada yerləşən “Kurdistan Human Rights Network” (KHRN) “etibarlı məlumatlar”a istinadla bildirirlər ki, Tehranın Evin həbsxanasındakı klinikada bir otaqda bu yaxınlarda quraşdırılmış cihaz ötən həftə azı bir amputasiya üçün istifadə olunub.
Cihaz hazır olan kimi…
Məlumata görə, səkkiz məhbusdan azı üçü İranın şimal-qərbindəki Urmiyədən Tehrana bu yaxınlarda transfer olunub, Böyük Tehran Həbsxanasına çatanda onlara deyilib ki, cihaz hazır olan kimi hökmlər icra ediləcək.
Hadi Rostami, Mehdi Şahivand və Mehdi Şarafyan adlı üç nəfər yoxsul ailədəndirlər. Onların 2020-ci ildə məhkum edildiyi deyilir, o zaman Amnesty International məhkəmələri “aşırı ədalətsiz” adlandırıb.
Daha bir məhbusun adı Yaqub Fazilidir.
Şəriət qaydalarına görə, təkrar oğurluğa görə barmaqlar kəsilir. Ancaq son 40 ildə amputasiya cəzaları nadir hallarda icra olunub.
“İran İslam Respublikası cəza ilk dəfə təqdim ediləndən 40 il sonra amputasiyaları davam etdirirsə, bu, universal insan haqları normalarının belə həyasızcasına pozmağa görə cüzi siyasi bədəl ödəməsinə görədir”, – ABC-nin İcraçı Direktoru Roya Buruman deyib.
Azı 356 amputasiya hökmü
ABC bildirir ki, 1979-cu il islam inqilabından bəri azı 356 amputasiya hökmü barədə məlumat yığıb, amma real rəqəmin xeyli böyük olduğu güman edilir.
İnsan haqları qrupunun mövqeyincə, amputasiyaya məruz qalanlarınm üzləşdiyi əlillik və stiqma onların işə götürülməsini, reabilitasiyasını, cəmiyyətə inteqrasiyasını mümkünsüz edir.
İnsan haqları fəalları İranda amputasiya və şallaq kimi cəzaları daim pisləyib, bunun beynəlxalq qanunları pozduğunu, işgəncə və qəddar rəftara bərabər olduğunu deyib.
2018-ci ildə bir neçə kənddən mal-qara və digər dəyərli şeylər oğurlamaqda təqsirli bilinən bir kişinin əli kəsilmişdi. AI amputasiyabnın işgəncəyə bərabər olduğunu, beynəlxalq qanunla cinayət sayıldığını bildirib.