Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Qərb mediası Baydenin müşavirinin Kremllə kontaktlarından yazır

Tarix:7-11-2022, 08:58 Baxış Sayı:50

Qərb mediası Baydenin müşavirinin Kremllə kontaktlarından yazır

Kreml Vaşinqtonun Rusiyanın yüksək vəzifəli rəsmiləri ilə məzmunu açıqlanmayan danışıqlar apardığına dair ABŞ mediasında yayılan xəbərlərə şərh verməkdən imtina edib.

Bundan əvvəl Rusiyanıın Ukraynada müharibəni şiddətləndirəcəyinə və hətta nüvə silahına əl ata biləcəyinə dair xəbərlər yayılmışdı.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov noyabrın 7-də deyib ki, Rusiya danışıqlara açıqdır, lakin Kiyevin Rusiya ilə danışıqlardan imtina etdiyinə görə dialoqa başlaya bilmir.

Bu barədə Vaşinqton da heç bir şərh verməyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Reuters agentliyinə deyib:

“Biz bunu əvvəllər də demişik, yenə də deyirik: Əməllər sözlərdən daha çox şey deyir. Əgər Rusiya danışıqlara hazırdırsa, raketləri və bombaları dayandırmalı və öz qüvvələrini Ukraynadan çıxarmalıdır”.

***

‘The Wall Street Journal’ qəzeti ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Rusiya rəsmiləri ilə konfidensial danışıqlar apardığını yazır. Mənbələrin qəzetə dediyinə görə, söhbət Rusiya Prezidentinin Xarici siyasət üzrə köməkçisi Yuri Uşakov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevdən gedir.

Qəzet yazıb ki, danışıqların məqsədi Ukrayna münaqişəsinin eskalasiya riskini azaltmaq, kommunikasiya kanallarını açıq saxlamaq olub, yəni, Ukrayna müharibəsinə qon qoymağın şərtləri müzakirə olunmayıb.

Mənbələrin sözlərinə görə, Vaşinqton Moskvaya nüvə silahı, yaxud istənilən kütləvi qırğın silahı işlətməməklə bağlı xəbərdarlıq edib.

Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Edrien Uotson (Adrienne Watson) qəzetin informasiyasını nə təsdiq, nə təkzib edib.

+++

Bayden administrasiyası gizli şəkildə Ukrayna liderlərini həvəsləndirir ki, Rusiya ilə danışıqlara açıq olduqlarını göstərsinlər, Prezident Vladimir Putin hakimiyyətdən gedənəcən sülh danışıqlarından açıq şəkildə imtina etməsinlər. Bu haqda “The Washington Post” qəzeti müzakirələrlə tanış şəxslərə istinadla yazır.

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL