11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu
10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı
9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu
9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi
9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır
9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var
9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı
9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA
27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib
16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı
15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!
14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb
12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!
12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?
12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu
12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..
Avropa Parlamenti Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq xüsusi tribunalın yaradılmasına çağıran qətnamə qəbul edib.
Bu qətnamə yanvarın 19-da, leyhinə 472, əleyhinə 19 səs nisbəti ilə qəbul olunub. Daha 33 deputat bitərəf qalıb.
Sənəddə deyilir ki, Rusiya 2014-cü ilin fevralından bəri Ukraynaya qarşı qanunsuz və əsassız aqressiv müharibə aparır:
“Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar müharibəsi ilə BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn və müxtəlif beynəlxalq razılaşmalarının təməl prinsipləri pozulub”.
Qətnamədə habelə vurğulanır ki, Rusiya qüvvələri bu müharibədə Ukraynanın yaşayış məskənlərinə və mülki infrastrukturuna ağır raket zərbələri endirib, minlərlə ukraynalının ölümünə bais olan terror aktları həyata keçirib.
Aydın siqnal
Qətmanədə belə bir əminlik ifadə olunur ki, xüsusi tribunalın yaradılması həm Rusiya cəmmiyyətinə, həm də beynəlxalq icmaya Putinin, Rusiyanın siyasi və hərbi rəhbərliyinin Ukraynadakı təcavüzə görə məhkum edilə biləcəklərinə dair aydın siqnal olardı.
2022-ci ilin noyabrında Avropa Parlamenti Rusiyanı terrorun sponsoru kimi tanıyan qətnamə qəbul etmişdi.
Bu sənəddə Rusiya müharibədə terror metodlarından istifadə etməkdə ittiham edilir.
Avropa deputatları bunu da deyirlər ki, prezident Vladimir Putinin və onun hökumətinin beynəlxalq tribunala cəlb olunması üçün əsas hazırlanır.
Ötən ilin dekabrında Avropa Parlamenti Ukraynada 1932-1933-cü illərdə yaşanmış aclığı – Qolodomoru Ukrayna xalqına qarşı soyqırımı adlandıran qətnnamə qəbul etmişdi.
Qətnamədə deyilirdi ki, Rusiya həmin dövrdə Ukraynada bilərəkdən aclıq yaradaq Ukrayna xalqına qarşı soyqırım cinayəti törədib.
Azadlıq radiosu