Anons

11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu

10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu

9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi

9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan

9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır

9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var

9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı

9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA

27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı

15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!

14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb

12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!

12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu

12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..

Haqqımızda Əlaqə

Sabirabad rayonunda olan őz başınaliqdan dovlət başçısının xəbəri var?

Tarix:24-08-2021, 12:54 Baxış Sayı:214

Sabirabad rayonunda olan őz başınaliqdan dovlət başçısının xəbəri var?

Sraqəddin Cabbarov Sabirabad rayonununa təyinat alandan bəri Sabirabadlıların çözülməyən problemlərinin üstünə bir problemdə əlavə olundu. Söyüş ritorikasına üstünlük verən, xasiyyətcə çox kobud, işçilərini və rayonsakinlərinidaim təhdid altında saxlayan,qəbula gələn insanları istehza ilə qarşılayanqəbul etsə belə,onlarla ironiya ilə danışan ən əndazəli icra başçılarından biridir. Saatlıdan Sabirabada transfer edilən zaman öz köməkçisi Zaur müəllimidə özü ilə gətirməyi unutmadı. İnsanlarla necə rəftar etməyi özünəməxsus tərzdə bacaran Zaur müəllim Saatlı -Sabirabad camaatının psixologiyasına çox yaxşı bələddir. Mətbuatı vecinə almayan,qəbula gələnləri elə gəldikləri kimidə narazı halda yola salmağı bacaran Zaur bəy artıq xeyli vaxtdır ki, püxtələşərək əsil bürokratik məmura çevrilib. Obrazlı şəkildə desək başçının xususi "tapşırıqlarını"canfəşanlıqla yerinə yetirən Zaur müəllim sözün əsil mənasında Sabirabadda at oynadır. Sabirabad xanı Sraqəddin Cabbarovun hökmran mövqeyindən,statusundan  məharətlə istifadə etməyi bacaran Zaur müəllim Sabirabadlıların əsil "sevimlisinə"çevrilmişdir. 

Bu gün Sabirabadda həyat sanki sönüb. Şikayətçilərin şikayətlərini qulaqardına vurur. Onlar təyinatı üzrə qəbul olunmur. İllərlə icra hakimiyyətinə ayaq döyən vətəndaşlar bürokratik əngəl yaradan məmurların məsuliyyətsizliyindən əziyyət çəkirlər. Ev problemi, torpaq dərdi, işsizlik problemi olan vətəndaşlar, saatlarla - günlərlə hətda aylarla qəbula düşə bilmirlər.

Bu günlərdə redakşiyamıza daxil olan bir şikayəti araşdırmaq üçün Sabirabad rayon icra hakimiyyətinin məsul şəxsləri ilə əlaqə saxladıq. Söhbət başsız xəstə uşağı olan bir qadına kirayə yaşadığı Heydər Əliyev prospektindəki 15 - saylı binanın həyətində qaraj tikintisi üçün yer ayrılmasıdır. Təssəvvür edirsinizmi qeydiyatı -aidiyyatı olmayan, kirayə qaldığı binanın həyətində?..

Sabirabad rayon icra hakimiyyətinin arxitektura şöbəsinin müdiri Müşfiq müəllim əsil humanistlik donuna girərərək bizə mərhəmət hisslərini həm aşılamaq həm də sıramaq istədi. Əlbəttə biz xəstə uşağı olan Naibə Hüseynovaya qaraj tikintisi üçün yer verilməsinin əleyhinə deyilik, əksinə bu addımı alqışlayırıq. Amma nədən həmin yerdə?Olmazmı ki icra hakimiyyəti Naibə xanıma ev tikintisi üçün torpaq ayırsın, maddi dəstək göstərib, evinin tikintisinə yardımçı olsun!..

Bax burda xoruzun quyruğu görsənməyə başlayır. Biz isə timsahın göz yaşlarına, Müşfiq müəllimin arqumentlərinə inanmırıq.

Araşdırmamız davam edir.

Ardı var.

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…

 

Niyaməddin Şahsuvarlı

 

Əlaqə telefonu: 055 263 46 13  

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL