Anons

11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu

10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu

9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi

9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan

9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır

9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var

9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı

9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA

27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı

15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!

14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb

12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!

12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu

12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..

Haqqımızda Əlaqə

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nuriyev Seymur Malik oğlunun rəhbərliyi ilə Abşeron rayon fermerləri DAİM - nin fəaliyyətindən maksimum yararlanır.

Tarix:1-12-2021, 11:56 Baxış Sayı:508

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nuriyev Seymur Malik oğlunun rəhbərliyi ilə Abşeron rayon fermerləri DAİM - nin fəaliyyətindən maksimum yararlanır.

Rayonlarda Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradılmasını ölkədə aqrar islahatların yeni mərhələsi də hesab etmək olar. Bu mərkəzlərin fəaliyyəti aqrar sektorda xidmətlərin göstərilməsində çox üstünlüklər yaradıb. Necə deyərlər, fermerlərin və kəndlilərin torpağa bağlılığını daha da artırıb. Elə bunun nəticəsidir ki, Masallı rayonunda Mərkəzə müraciət edən fermerlər buradan əliboş qayıtmırlar.

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi 2018-ci ilinnoyabırayından fəaliyyət göstərir. İlk gündən rayonda kənd təsərrüfatının bütün sahələrinə yaxından köməklik göstərən Mərkəzin əməkdaşları bu gün də fermerlərlə sıx əlaqədədirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı marifləndirmə işləri aparmaqdır.

Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılması ilə ölkədə aqrar islahatların yeni mərhələsi başlayıb. DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar. Bundan başqa, Dövlət Aqrar İnkişaf mərkəzlərinin nəzdində Fermer və Koordinasiya şuraları da yaradılır. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunur. Şuraların əsas vəzifələri problemləri öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək.

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları (Baş Dövlət Texniki Nəzarət Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Fitosanitar Xidməti) tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə 68 növ xidmət göstərilir.

Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qısaca (EKTİS) fermerlərin qeydiyyatdan keçirilməsi Masallı DAİM-də də uğurla davam etdirilir. Rayonda fermerlər üçün elektron xidmət kabinetləri yaradılıb.

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nuriyev SeymurMalikoğlununrəhbərliyi ilə Abşeron fermerlərə göstərilən elektron xidmətlər aqqında məlumat verərək xüsusi olaraq qeyd edib: “Elektron sistemlə bağlı Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzində işlər yekunlaşıb. On beş mindən çox fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. On mindən çox fermer əkinlərini bəyan ediblər. Həmin fermerlərin 1500-dən çoxu üçün plastik kartlar sifariş verilib. Fevral ayından fermerlər ardıcıllıqla yeni fermer kartlarını banklardan əldə edəcəklər. Sonra fermerlər yeni qaydalara əsasən subsidiya alacaqlar”.

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində üç sektor fəaliyyət göstərir. Bunlar maliyyə - təsərrüfat, bitkiçilik və heyvandarlıq sektorlarıdır. Burada, həmçinin baytarlıq, informasiya və fermerlərə müxtəlif xidmətlər üçün otaqlar da ayrılıb. Bu sektorlarda 20 - dən çox əməkdaş çalışır. Fermerlərlə söhbət zamanı onlar dövlət tərəfindən yaradılan imkanlardan lazımınca faydalandıqlarını qeyd edərək bu qurumdan razılıqlarını bildiriblər.


Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyətindən sevinclə danışan digər fermerlər şəxsi təsərrüfatııyla bağlı müraciət edərək Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarının məsləhəti ilə işlərimizni yoluna qoyaraq elektron sistemdə qeydiyyatdan keçdiklərindən sonra kartları aldıqlarını bildiriblər.

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Fermerlərin Koordinasiya Şurası da yaradılıb. Şuranın üzvləri təcrübəli və qabaqcıl fermerlərdən ibarətdir. Eyni zamanda, buraya könüllülər də cəlb olunub. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində müntəzəm olaraq könüllülərlə görüşlər keçirirlir.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nuriyev Seymur Malikoğlu başda olmaqla DAİM - nin bütün kollektivinə işlərində müvəffəqiyyətlər arzu edirik.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL