11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu
10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı
9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu
9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi
9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır
9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var
9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı
9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA
27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib
16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı
15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!
14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb
12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!
12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?
12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu
12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..
Ulu Öndər Heydər Əliyev deyirdi ki, meliorasiya və su təsərrüfatı bizim sərvətimizdir və bu sərvətdən SƏMƏRƏLİ istifadə etməliyik.
Mərhum Prezident bir cümlədə 2 mühüm məsələyə toxunub.
Birincisi, suyun milli sərvət olması barədə fikrini bildirib.
Görəsən, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şabran Suvarma Sistemləri İdarəsinin rəisi Adil Şamilovbaşa düşmür ki, milli sərvəti dağıtmazlar, talan etməzlər?
İkincisi, Ulu Öndər bildirb ki, sudan səmərəli istifadə edərlər.
Adil Şamilov isə sudan nəinki səmərəli istifadə edir, əksinə başını açıb fermerlərə, sahibkarlara su sataraq milyonlar qazanır.
Təsadüfi deyil ki, Şabranda gəlib-gedən icra başçılarının “rüşvət dəftəri”ndə həmişə 1-ci yerdə Adil Şamilovun adı olub.
Adil Şamilov neçə illərdir ki, idarənin balansında olan texnika, avadanlıq və mexanizmləri köhnəlmiş adı ilə balansdan çıxardaraq satır və bu yolla yüz minlər qazanır.
Adil Şamilov eyni zamanda idarənin keçirdiyi tenderləri “sataraq” tenderlərdən külli miqdarda “otkat” alır və dövlətin ayırdığı vəsaiti təyinatı üzrə deyil, şəxsi maraqları üçün istifadə edir.
Adil Şamilovfermerlərin idarə ilə bağladığı müqaviləni bir kənara tullayıb, dövlət rüsumundan əlavə xeyli miqdarda pul tələb edir. Torpaq sahələrini əkmək istəyən rayon sakinləri ərazilərini suvarmaq üçün mütləq Adil müəllimin maraqlarını nəzərə almalıdır.
Yəni Adil Şamilovun özünün müəyyən etdiyi “su rüsumları” var. Bu “rüsum” ödənilməsə heç kimə su verilmir.
Adil Şamilovköhnə avadanlıqları, nasosları “kraska”layaraq təzə adı ilə sənədləşdirir və milyonları mənimsəyir. Və su kanallarını təmizləmədiyi üçün su itkisi Prezident İlham Əliyevin dediyi kimi 40-50 faizə çatır. Buna görə də əkin sahələrində ciddi problem yaranır.
Bunlardan əlavə cənab rəis kanalların təmizlənməsi üçün ayrılan yanacaq və sürtkü yağlarının da pulunu mənimsəyir.
Dövlət yeni su kanalalrının çəkilməsi üçün milyonlar ayırır. Ancaq Adil Şamilovdan soruşan yoxdur ki, bu pullar hara xərclənib ?
Adil Şamilovkimiləri başa düşmür ki, milli təhlükəsizliyin əsas elementlərindən biri də ərzaq təhlükəsizliyidir. Əgər əkin sahələri normal su ilə təmin olunmursa, biz hansı ərzaq təhlükəsizliyindən danışa bilərik?
Adil Şamilovhəm də qohum-əqrəbasını dövlət qurumuna dolduraraq özünün korrupsiya əməllərinə münbit şərait yaradır.
Şabran Suvarma Sistemləri İdarəsində transformatorların, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında yüksək məbləğlər hesabdan çıxarılaraq şəxsi ciblərə gedir.
Rayon sakinləri Adil Şamilovun əlindən beziblər. Vətəndaşlar konkret olaraq müxtəlif orqanlara yazır ki, Adil Şamilovidarəyə ayrılan tonlarla yanacağı kənar adamlara sataraq milyonlar qazanır.
Və Adil Şamilovqazandığı milyonların hesabına Bakıda və Şabranda möhtəşəm villalara sahibdir.
Vətəndaşlar bildirir ki, Adil Şamilovrüsumdan əlavə hər hektara 200 manat pul tələb edir, bu isə camaatı dövlətdən narazı salır.
Beləcə, Prezidentimizin dediyi aqrar sektorun inkişafı məsələsi nəticə vermir.
Çünki Adil Şamilovlar üçün Prezidentin tapşırığı deyil, öz cibləri və maraqları daha önəmlidir.
Bir sözlə, Şabranda Adil Şamilovun zülmü ərşə dirənib.
Görəsən, dövlət orqanları bunu görmür ?
Araşdırmamız davam edir.
Qarşı tərəfində mövqeyini dərc etməyə haziriq
Ardı var…