Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Mehdi Miriyevin rərbərliyi ilə Neftçala Mənzil - Kommunal Təsərrüfatı İstehsalat Birliyi və “DOST İŞ MƏRKƏZİ” MMC vətəndşlara maksimum xidmət göstərir.

Tarix:22-02-2022, 17:02 Baxış Sayı:88

Mehdi Miriyevin rərbərliyi ilə Neftçala Mənzil - Kommunal Təsərrüfatı İstehsalat Birliyi  və “DOST İŞ MƏRKƏZİ” MMC   vətəndşlara maksimum xidmət göstərir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər zaman qeyd edib ki, görülmüş bütün tədbirlərin məqsədi  Azərbaycan vətəndaşlarına xidmət etməkdik. Xalqımızın ən böyük xidmətçisi kimi məndən nümunə götürün... "

Artiq uzun müddətdirki ölkədə pandemiya ilə bağlı müxtəlif istiqamətlərdə mübarizə aparılır. Bu mübarizə bütün dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan, o cümlədən bütün insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir. Nefçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun rəhbərliyi ilə Prezident İlham Əliyevin tapşırığına əsasən Neftçala rayonunda bütün istiqamətlərdə, işlər öz axarı ilə davam edir. Vətəndaşların müraciətlərinin və problemlərinin öyrənilməsi istiqamətində Neftçala Rayon İcra Hakimiyyəti Mirhəsən Seyidov tərəfindən növbəlilik prinsipi əsasında vətəndaşların müraciətinə baxılaraq, qaldırılan məsələləri nəzarətə götürülərək problemlərinin həlli istiqamətində tədbirlər görülür.  

Azərbaycan Respubliaksının Prezidenti İlham Əliyevin tikinti - quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılılır.

Artıq Neftçala rayonunda iməciliklər ənənəvi xarakter alıb. Həftəsonu keçirilən iməciliklər zamanı şəhərin bütün küçə və meydanlarında, park və xiyabanlarda, ayrı - ayrı məhəllələrdə səliqə - sahman işləri aparılır, ağac və dekorativ bəzək kolları əkilir, mövcud yaşıllıqlara məhəbbətlə qulluq göstərilir. Neftçala rayonunda aparılan abadlıq - quruculuq və yenidənqurma işləri, kommunal sahədə həyata keçirilən tədbirlər bu gün də davam etdirilir.

Haqqında bəhs etdiyimiz, hansı ki, xarakterik xüsusiyyətinin bir çox göstəriciləri, həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksər vəzifə sahiblərindən fərqlənən və hal - hazırda Neftçala Mənzil - Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və “DOST İŞ MƏRKƏZİ” MMC-nin rəisi Mehdi Miriyev, əsl xalq məhəbbətini qazanmış vəzifə sahibidir. Adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi tam əksəriyyət tərəfindən qəbul edilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. Neftçala Mənzil - Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi vəzifəsini daşıyan Mehdi Miriyev, bu gün öz peşəkarlığı və qayğıkeşliyi ilə ad - san çıxarıb. Adı çəkilən bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə, o da bəlli olur ki, Mehdi müəllim özündə elə bir xarakterik xüsusiyyətləri cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, hər kəsə qarşı xeyirxah addımlar atmağı özü üçün əsas amal hesab edir. Bir sözlə, bu şəxs qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, sanki hər kəsin problemini özünün şəxsi problemi hesab edən vəzifə sahibidir.Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və “DOST İŞ MƏRKƏZİ” MMC-nin rəisi vəzifəsini daşıyan Mehdi Miriyev , yaradıcı və qurucu vəzifə sahibidir, mehribançılığı sevən bir şəxsdir.

Hələ gənc yaşlarında halal zəhmətlə çörək qazanan, dos - tanışa qarşı etibar nümayiş etdirən, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, onun zaman - zaman kamil bir şəxs kimi formalaşmasına təsir edib. Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və “DOST İŞ MƏRKƏZİ” MMC-nin rəisi vəzifəsinin öhdəsindən layiqincə gələn Mehdi Miriyev hər kəsin rəğbətini qazanıb. Mehdi Miriyev ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sədaqətini əməli addımları ilə də sübuta yetirən vəzifə sahibidir. Mehdi Miriyev Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sədaqəti hər kəsə məlumdur.

Bir qayda olaraq, soyuq qış aylarında mənzil-kommunal təsərrüfatlarının işi də xeyli artır və çətinləşir. Etiraf edək ki, soyuq hava şəraiti özü artıq fiziki işi, xüsusən də açıq küçə şəraitində görülməsi tələb olunan işləri xeyli çətinləşdirir. Lakin Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mehdi Miriyev qurumun bütün strukturların səmərəli işini təmin edə bilib.

Unutmaq olmaz ki, hələ bir neçə ay bundan əvvəldən başlayaraq, Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi qışın soyuq günlərində bir kimsənin hansısa problemlə üz - üzə qalmaması üçün, vaxtında qabaqlayıcı tədbirlərini görüb. Görülmüş tədbirlər bu gün də öz nəticəsini verir. Tam əminliklə qeyd edə bilərik ki, Mehdi Miriyevin rəhbərlik etdiyi Neftçala Mənzil - Kommunal Təsərrüfatı İstehsalat Birliyi və tabeliyində olan qurumlar, məhz onlara aid olan vəzifələrinin öhdəsindən bacarıqla gəliblər. Hələ qış aylarında qurumun işini kənardan müşahidə edərkən aydın olurdu ki, departamentin rəisi Mehdi Miriyev və onun tabeçiliyində çalışan əməkdaşlar qarşıya qoyulmuş vəzifələrin icrasını yüksək səviyyədə təmin edəcəklər. Bu gün isə artıq tam səmimi şəkildə deyə bilərik ki, Neftçala sakinləri heç də gözləntilərində yanılmayıblar.
Məlum olduğu kimi, Neftçala Mənzil - Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əsas fəaliyyəti əhalinin mənzil - kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil - kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin olunması, əsaslı tikinti və təmir sahəsində Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi, qurulması, şəhər və kənd yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və keçidlərin istismarı və təmiri,rayonun və kəndlərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaların icrasından ibarətdir. Nefçala rayon İcra həkimiyyətinin Başçısı Mirhəsən Seyidovun dəstəyi ilə Mehdi müəllim xalqın ona olan inamını bir daha doğruldur. Faktiki olaraq rayon sakinləri Mehdi müəllimin gördüyü bu uğurlu işlərdən tamamilə razıdır. Rayon İcra Hakimiyyəti ilə birlikdə mütəmadi olaraq, xüsusi reydlər keçirilir və əhalinin qaldırdığı problemləri dinləyərək onların qısa zaman kəsimində həllinə çalışılır. Ona görə də, Mehdi müəllim rayonda böyük hörmət sahibi kimi, xalq tərəfindən çox sevilir. Neftçala rayonu ərazisində yeni salınan parklar və yaşıllıq zolaqları göz oxşayır.

Neftçala rayonunun gün-gündən çiçəklənməsinin sirri də bundadır. Ona görə ki, Mehdi Miriyev kimi işinin öhdəsindən bacarıqla gələ bilən idarə rəhbəri burada çalışır.
Mehdi müəllim keçmişdən miras qalmış steorotiplərdən uzaq bir şəxsiyyətdir. O, daim yeniliyə can atır. Məsul olduğu sahənin inkişafı istiqamətində daim yeni planlar qurur və yerli İcra Hakimiyyəti və bələdiyyənin dəstəyi ilə onları həyata keçirir. Çünki, kollegial iş prinsipi ilə çalışamaqla bütün bu uğurlara imza atır.
Fikrimizcə, digər rayonların mənzil kommunal təsərrüfatı idarələrinin işçilərinin Mehdi müəllimin təcrübəsini öyrənmələrinə böyük ehtiyac vardır. Neftçala rayonunu lap əvvəldən tanıyan adamlar indi özləri də mat - mətəəl qalırlar ki, qısa bir zaman kəsimində bu uğurlara necə nail olundu. Halbuki, Mehdi Miriyev öz işini dərindən bilən və yerli sakinlərdən ibarət iş qaydalarını tətbiq etməklə buna nail ola bilibdir. Çünki rayon sakinləri doğma rayonlarının sürətli inkişafında daha maraqlı tərəf olduqları üçün Mehdi müəllimin daim tövsiyələrinə əməl edirlər. İnanırıq ki, Mehdi Miriyev Neftçala rayonunda bundan sonra daha böyük uğurları əldə edəcəkdir. Bu gün əldə olunan uğurlar həm onun, həm də rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidovun birgə səyləri nəticəsində baş vermişdir. Mehdi müəllim yorulmaq bilmədən çalışması həm də dövlət quruculuğumuza olan inamı daha da artırır. Başdan başa abadlaşan Neftçala rayonu indi hamı üçün bir örnək mənbəyidir. Əlbəttə ki, belə bir işlərin öhdəsindən yüksək səviyyədə gələ bilmək üçün, bu qurum təcrübəli və səriştəli şəxs tərəfindən idarə olunmalıdır. Məhz, bu baxımdan da qeyd edə bilərik ki, Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mehdi Miriyevin fəaliyyəti, məhz bu gün hər kəsin nəzər - diqqətini cəlb etməkdədir.

Bu gün su çərşənbəsidir. Bu fürsətdən Mirhəsən Seyidova və Mənzil - Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mehdi Miriyevlə yanaşı bütün xalqımızı bu gözəl ənənəvi bayramımız münasibəti ilə təbrik edirik. Redaksiyamızın adından başda Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidova və Mənzil - Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mehdi Miriyevə təşəkkür edir, dövlətimizə, xalqımıza şərəfli xidmətində nailiyyətlər və uğurlar arzu edirik.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL