Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Cəlliləbad Rayon Təhsil Şöbəsi, Ağaxan Çapar oğlu Ağayevin caynağında…

Tarix:3-03-2022, 15:28 Baxış Sayı:107

Cəlliləbad Rayon Təhsil Şöbəsi, Ağaxan Çapar oğlu Ağayevin caynağında…

Sizə kimdən deyim, Cəlliləbad Rayon Təhsil Şöbəsinin müdürü Ağaxan Ağayevdən.

Gözəl vətənpərvər insan. Mətbuatın və rayon sakinlərinin göstərdiyinə görə nəfsinə sahib ola bilməyən dövlət mənuru, Ağaxan Çapar oğlu Ağayev.
1976-cı ildə Cəlilabad rayonunda anadan olub.
1997-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 2011-2014-cü illərdə Lənkəran Dövlət Universitetində riyazi analiz ixtisası üzrə magistr təhsili alıb. 1997-2003-cü illərdə Cəlilabad rayonu Abazallı kənd tam orta məktəbində riyaziyyat müəllimi, 2003-cü ildən Cəlilabad Rayon Təhsil Şöbəsində metodist, 2014-cü ildən isə aparıcı məsləhətçi vəzifəsində çalışıb.
Təhsil nazirinin 21 yanvar 2021-ci il tarixli, K-52 nömrəli əmri ilə "2-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsi verilib.
Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının 26 may 2021-ci il tarixli, 84 nömrəli əmri ilə Cəlilabad RTŞ-nin müdiri vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti verilib.
Bax, əsas SİRR burda gizlənib.
Axı, Cəlilabadın icra başçısı kimdir ki, Rayon Təhsil Şöbəsinə müdir təyin edir ?
Məgər icra başçısı Təhsil Nazirinin səlahiyyətini mənimsəyib ?
Cəlilabadda təhsil sistemində idarəetmə sisteminin pozulub, məcrasından çıxdığını  başa düşmək o qədərdə çətin deyil.
Artıq 9 – aydır ki, Çaparoğlu Ağaxan Ağayev Cəlilabad Təhsil Şöbəsinin müdiridir.

 

Fizika müəllimi, Cəlilabad rayon Babalı kənd sakini Məlikov Elməddin Əliqulu oğlu Prezidentə ünvanladığı şikayət məktubunun bir nüsxəsinidə redaksiyamıza göndərib. Şikayətçi 12.12.2021 – tarixdə Prezidentə və Təhsil Nazirinə ünvanladığı məktubda

qeyd edilir.

 

 

Cəlilabad rayon Babalı kənd sakiniyəm. Bayxanlı kəndində məktəbində fiziki tərbiyə müəllimi işləyirəm. Müəllimlərin Diaqnostik Qiymətləndirməsində iştirak edərək ixtisasımdan yüksək bal toplamışam. Kəndimizdə dərs saatı az olduğundan qonşu məktəblərin məktəblərində vakant qalan yerlər üçün əvvəlcə Cəlilabad RTŞ müdiri Ağaxan Ağayevə dəfələrlə müraciət etmişəm. Hər dəfəsində müxtəlif bəhanələrlə məni aldadaraq vakant yerlərin dərslərin məndən aşağı bal toplayan müəllimlərə verib. Yuxarı orqanlara etdiyim şikayətlərdən sonra RTŞ müdiri Ağaxan Ağayev məni çağıraraq bildirdi ki, hələlik vakant yer yoxdur vakant yer tap mənə bildir sənə dərs verim. Mən isə maraqlanaraq ona bir neçə boş qalan vakant yerlər haqqında məlumat versəmdə həmin yerlərdə mənə dərs verilmədi. Ağaxan Ağayev belə bəhanə etdi ki, RTŞ-nin kadrlar şöbəsinin müdiri Orxan Əzimov həmin yerləri ondan xəbərsiz başqalarına verdiyini bildirdi. Mən ona “Siz necə müdirsiniz ki, sizdən xəbərsiz yerlərin başqalarına verdiyini dedikdə mənə bildirdi ki, Orxan Əzimovun atası önəmli bir şəxsin yanında işlədiyinə görə ondan çəkindiyini bildirdi. Ancaq mənə bildirdi ki, yenidən vakant yer taparamsa işlə təmin olunacağıma söz verdi. Ancaq tapdığım məktəbin direktoru mənə bildirdi ki, Ağaxan Ağayev məndən həmin yerlər üçün 500 manatdan pul alıb və məndə onu kimdən pul almışamsa onlara verəcəm. RTŞ müdiri öz bibisi oğlu Mahiri direktor təyin etdiyi məktəbdə fiziki tərbiyə müəllimi ərə gedib çıxıb getməsinə baxmayaraq onun adını məktəbə saxlayıb, jurnalı başqasına yazdıraraq kartındakı pulunu mənimsəyirlər. RTŞ müdiri Cəlilabad təhsilini əməlli başlı bazara çevirib. Kim pul verirsə ona dərs verir. Vətən müharibəsində iştirak etdiyi üçün özünü tam toxunulmaz hesab edir. Deyir ki, get kimə şikayət edirsən et. Bu barədə 14 saylı ƏMHM-dən tutumuş bütün orqanlara şikayət etmişəm. Məktubum Ağaxan Ağayevə göndərildiyin şikayətimi bildikləri kimi bağlayıb.Məni şikayətdən vaz keçməyəcəyimi görüb haqqımda anonim məktublar yazdıraraq mənə şantaj edir. Anonim məktubda yazdırıb ki, guya mən hansısa şagirdi vurmuşam, ruhi xəstəliyim var.
Hörmətli Cənab Prezident,
Hörmətli Cənab Nazir,
Sizdən xahiş edirəm ki, məni və Cəlilabad əhalisini mafioz təfəkkürlü RTŞ müdirindən qurtarıb, onun haqqında tədbir görəsiniz.

Gördüyünüz kimi, rayonun bəxti təhsil sahəsində heç gətirmir. Bir-birini əvəzləyən təhsil şöbəsinin müdirləri korrupsiyanın ən nadir, ən inanılmaz növlərini özləri ilə gətirir və məhz bunada Cəlilabad təhsilində rast gəlmək olur.
Bu gün ölkə mediası yazır ki, Cəlilabadın Təhsil şöbəsinin müdiri xidməti avtomobillə belə qaydaları pozur.
Belə yerdə deyiblər ki, hara çapırsan, ay Çaparoğlu..?
Hələ bu harasıdır ?
Cəlilabad müəllimləri qan ağlayır. Niyə ?
Cəlilabada yeni təyin edilmiş icra başçısı Rafiq Cəlilov məktəblərdə kitab və qəzetləri məcburi qaydada satdırır. Direktorlardan və müllimlərdən pul yığılılır.
Yerdə qalanlar təfərrüatlardır. Özünüz nəticə çıxardın. Hərə təhsil şöbəsinə ayrılan vəsaətin və interyerlərin taleyi olduqca qaranlıq qaldığını hər kəsə məlumdur. Gələn saımızda bu məsələnidə araşdıraraq diqqətinizə çatdıracağıq.

Aaşdırma davam edir.

Qarşı tərəfində mövqeyini dəc etməyə hazırıq.

Ardı var.

 

 

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL