11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu
10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı
9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu
9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi
9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır
9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var
9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı
9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA
27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib
16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı
15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!
14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb
12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!
12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?
12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu
12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..
Əziz Oxucular!
Atalar sözü var ki, “Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Nəriman oğlu Əhmədovdir.
Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Nəriman oğlu Əhmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli və məsuliyyətli bir vəzifəyə yiyələnən Sərdar Əhmədov rəhbərlik etdiyi idarədə məsilliyyətlə peşəkarlığını qoruyub saxlayır. Sərdar Əhmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insandır.
Bərdədə sovetlər dönəmindən istismar olunan beton kanalda təmir işləri aparılır. Uzunluğu 21 kilometr olan kanal vasitəsilə hazırda 9 min hektardan artıq əkin sahəsi suvarıla bilir. Suvarılmanın daha itkisiz aparılması üçün kanala yeni beton üzlük çəkilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC - nin Bərdə rayon suvarma sistemləri idarəsinin rəisi Sərdar Əhmədov bu günədək kanalın 4,4 kilometr hissəsi beton üzlüyə alınıb. Bu il suvarılmada önəmli yeri olan kanalda 1,5 kilometr əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur. İşlərin böyük bir hissəsi artıq görülüb.
Sərdar Əhmədov bildirib ki, Bərdə Suvarma Sistemləri İdarəsi 63 min hektardan çox suvarılan sahələrə xidmət edir. Bunun 55 min hektara yaxını əkin üçün nəzərdə tutulmuş torpaq sahələridir. Rayonda suvarma kanallarının ümumi uzunluğu 1366 kilometr təşkil edir. İdarənin texnikaları vasitəsilə sahələrin su təminatının bir hissəsini həyata keçirən torpaq məcralı kanallarda 519 min kubmetr lildəntəmizləmə işləri görülüb. Bundan başqa balansda olan nasos stansiyaları saz vəziyyətə gətirilib. Bu il 115 ədəd hidrotexniki qurğuda cari təmir işləri aparılıb, 24 ədəd hidropostlar təmir olunub.
Bu il Bərdə rayonunda 11 min hektara yaxın sahədə pambıq əkilib. Fermerlər əkdikləri sahələrdən yüksək məhsuldarlıq gözləyirlər. Bu günə kimi pambığın suvarılması ardıcıl aparılıb. Rayonda əvvəllər pambıq əkilməyən sahələr də su ilə təmin edildiyindən əkinəyararlı olub.
Ölkəmizdə meliorasiya sahəsində mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu da ondan irəli gəlir ki, meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və bu sahə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır.. Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Rauf oğlu Mikayılovun rəhbərliyi ilə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində görülən işlər danılmazdır.
Qeyd etmək lazımdır ki, ötən illər Bərdə rayonunda qazanılmış nailiyyətlər bu il də uğurla davam etdirilir. Dövlət başçısının ölkə melioratorlarının əməyinə və bu sahənin roluna verdiyi yüksək qiymət melioratorlarımızı daha səylə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir.
Sərdar Nəriman oğlu Əhmədovun rəhbərliyi altında Bərdə Suvarma Sistemləri İdarəsində görülən böyük işlər və uğurlar göz qabağındandır.