Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Bizim İbrahim müəllim... Video reportaj

Tarix:1-04-2022, 15:55 Baxış Sayı:604

Bizim İbrahim müəllim... Video reportaj

İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar universitetinin rektoru təyin olunan il 2013 - cü ildən bu günə kimi, sosial şəbəkələrdə tələbələrələrin ADAU - nun rektoru İbrahim Cəfərovun ünvanına yazılmış səmimi və gözəl sözlərə rast gəlmək adi hala çevrilib.
Bir Azərbaycan müəllimi deyəndə təsəffürümüzdə bizim Cəbiş müəllim obrazı canlanır. Səbəbi isə bizim devirdə bizə dərs deyən müəllimlər xarakter etibarı ilə həmin Cəbiş müəllim obrazına yaxın xarakterə malik idilər.
Zamanımızın tələbələri isə Azərbaycan müəllimi dedikdə, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovu görürsə, bu İbrahim Cəfərovun timsalında Azərbaycan müəlliminin qələbəsidir.
Bizim rektor əsl şəxsiyyətdir! Var olun, hörmətli rektorumuz İbrahim Cəfərov...
Görəsən bu feyzbukda bu cur günün başlığını yazan tələbənin ürəyində Azərbaycan Dövlət Aqrar Uiversitetinin rektoru necə bir hörmətə, necə bir məhəbbətə sahib olmalıdır ki, universitetin gənc həyat dolu tələbəsi feyzbukda özünə məxsus şəkilləri və ya bir ayrı mövzuda hamı kimi şəxsi mövzunu paylaşmaq əvəzinə, rektor hakqında bu cür ağıla sığmaz səviyədə sadə və gözəl sözlər yazmasının səbəbi nədir?
Bu məsələnin araşdırılması belə normalhal kimi qəbul oluna bilməz. Səbəbi isə bu cür səmimi şəkildə bu qədər tələbənin öz şəxsi feyzbuk səhifəsidə rektor haqqında bu cür səmimi və sadə sözlərlə günün başlığı kimi təqdim etməz.
Yenədə Azərbaycan müəllimi kimi, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərlinin, XXI - əsirirdə tələbələrin ürəyində, özünə məxsus hörməti və məhəbbəti necə qazandığını araşdırmağa çalışacağıq.
Ilk öncə onu qeyd etmək lazımdır ki, tələbələrin bu dərəcə rəğbətini qazanmaq, özü - özlüyündə, mahiyyət etibarı ilə, analoqu olmayan, heç bir yerdə nümunəsi belə göstərilə bilinməz bir fenamendir.
Yalnız, ali məktəb haqqında ilk mənbədən, sosial şəbəkədən alınan məlumatlar oxucular üçün bu hadisələr, olaylar, insanlar haqqında dolğun və düzgün informasiyaya çevrilir. Bu yazılar adətən insanların səmimi qəlbdən gələn ürək sözləridir. ADAU-nun rektoru, professor İbrahim Cəfərovdan başqa heç bir rektor ictimaiyyətlə belə bir sıx əlaqəyə malik deyildir. Bu, həm qürurverici haldır, həm də onu ictimaiyyətə sevdirən, onu insanlara olduğu kimi tanıtdıran bir cəhətdir.
Təhsil portalının fəaliyyət göstərdiyi qısa bir müddətdə Azərbaycan Dövlət Aqrar Universiteti, eləcə də bu universitetin rektoru ilə bağlı artıq yüzlərlə yazı dərc olunun. Çünki, Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil ocaqları ilə bağlı ən maraqlı məlumatlar, ən sevindirici xəbərlər yalnız bu təhsil ocağı ilə bağlı olmuşdur. Universitetin uğurlu işi, eləcə də hörmətli rektor İbrahim Cəfərovu ictimaiyyətə sevdirən bütün xarakterik cizgiləri kütləvi informasiya vasitələrində dərc olunan yazılarda asanlıqla anlamaq mümkündür. Biz tək Etmtv. news portalında yer almış məlumatları müəyyən ardıcıllıqla verməklə İbrahim Cəfərovun nə üçün tələbələr və ictimaiyyət tərəfindən belə sevildiyini nəzərinizə çatdırmağa çalışacağıq.
“Bizim rektor əsl şəxsiyyətdir! Var olun, hörmətli rektorumuz İbrahim Cəfərovdur!


Hər baycamda olduğu kimi, Novruz qabağı Çərşənbə bayramları Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə evində böyük səmimiyyət və coşqu ilə qeyd edildi. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun şənliyə qatılması, övladları qədər əziz bildiyi tələbələri ilə bayram süfrəsində əyləşməsi, onlara arzu və təbriklərini söyləməsi isə bayram şənliyini daha yadda qalan etdi. Şən müsiqilər, bir - birindən gözəl rəqslər bayram gecəsinə xüsusi təmtəraq verib.
“Rektor universitetin qapılarını ictimaiyyətin üzünə açıb - Buyurun gəlin!”
ADAU - nun rektoru, AMEA - nın müxbir üzvü, professor İbrahim Cəfərov ictimaiyyətə səslənərək rəhbərlik etdiyi təhsil olcağına dəvət edib.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektorun sosial səhifəsində yerləşdirdiyi dəvəti sizə təqdim edirik:
Əziz dostlar, Azərbaycan Dövlət Aqrar Universiteti olaraq aqrar sahənin inkişafında maraqlı olan bütün tərəflərı – şirkətləri, fermerləri, istehsalçıları, müxtəlif elmi-tədqiqat institutlarının alimlərini, valideynləri, kütləvi informasiya vasitələrinin nümayəndələrini tədris prosesinə dəvət edirik.
Şəffaf və dünyəvi tədris prosesinə nail olmaq, bazarın tələbatına uyğun müasir düşüncə tərzinə malik, xarici dillərdən birini mükəmməl bilən, kompyuter bilikləri olan Azərbaycan vətəndaşı və aqrar mütəxəssis yetişdirmək hədəfimizdir.
Bu nöqteyi nəzərdən dünyanın müxtəlif universitetləri ilə əmədaşlıq tellərimiz mövcuddur, hər il onlarla tələbələrimiz Erasmus proqramı çərçivəsində Avropanın və Türkiyənin universitetlərində təhsil alır, müxtəlif proqramlar çərçivəsində alimlər universitetimizə dəvət olunur, mühazirələr oxuyur, praktiki dərslər keçirlər.
Tələbələrimiz də bu istiqamətdə tam səfərbər olunmalı və öhdəliklərinə, yəni normal təhsil almalarına köklənməlidirlər. Hamımıza uğurlar arzusu ilə səsimə səs verməyə, universitetlə bir yerdə olmağa çağırıram!!!
“ADAU-unun fakültələrində “Rektora Məktub” qutuları”
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov fakültələrdə tələbələrlə mütəmadi olaraq görüşür, onların rəy və təklifləri dinləyir ki, bu da tədrisin, maddi-texniki təchizatın, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətinin qiymətləndirilməsində və daha səmərəli qərarların qəbul olunmasında mühüm rol oynayır. Bu tədbirlərlə yanaşı, rektorun göstərişi ilə fakültələrdə “Rektora məktub” qutuları qoyulub. Tələbələr, eləcə də müəllimlər və digər əməkdaşlar öz rəy və təkliflərini bu qutular vasitəsilə də rektora ünvanlaya bilərlər.
“ADAU-nun rektoru “Qızıl Buta” mükafatı ilə təltif olundu”

 26 - Dekabrın 2018 - ci ildə, Bakı Biznes Mərkəzində Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin (DAİM) təsis etdiyi “Qızıl Buta” milli mükafatının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bu dəfə keçirilən sorğu, anket - sorğu formasında sosial şəbəkələrdə, həmçinin DAİM - in koordinatorları tərəfindən respondentlər arasında aparılıb. Sosial şəbəkələrdə aparılan sorğulara əsasən qaliblər müəyyən olunub.
“Dünya Azərbaycanlıları” İctimai Maarif Mərkəzi, respondentlər arasında keçirilən rəy sorğusunun nəticələrinə görə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov təhsil müəssisəsində yeni təhsil sisteminin yaradılmasında xidmətlərinə görə “QIZIL BUTA” mükafatı ilə təltif olunmuşdur.
“Bizim ictimaiyyətdən gizlədiləsi heç nəyimiz yoxdur”
İbrahim Cəfərov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru
Əziz tələbə, Sizlərin nəzərinə çatdırmaq istəyirəm ki, imtahan prosesində Sizlər tək deyilsiniz, mən aqrar universitetinin rektoru olaraq hər dəqiqə, hər an yanınızdayam. Sizlərin qaldırdıqları istənilən ədalətli problem dərhal həllini tapacaqdır. Biz universitet olaraq Azərbaycan dövləti qarşısında məsuliyyətimizi anlayırıq və Sizlərin bazar rəqabətli, innovativ düşüncəli gənclər kimi yetişməyiniz üçün əlimizdən gələn hər şeyi edəcəyik.
“Ibrahim Cəfərov 5 - ci dəfə ilin ən yaxşı rektoru seçildi”
Qafqazın ən böyük təhsil Facebook səhifəsi olan “Azərbaycan Universitetleri” səhifəsi tərəfindən keçirilən “2018 - ci ilinin ən yaxşı rektoru” sosial tələbə sorğusu yekunlaşıb.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 176 min istifadəçi arasında keçirilən sosial tələbə sorğusunda səslərin 53 % - ni toplayıb, 5 - ci dəfə qalib olaraq ən yaxşı rektor adına layiq görülüb.
Təhsil müəssisəsinin mətbuat xidmətindən bildirilib ki, səhifənin rəhbəri Zöhrab Süleyman yarışmanın mükafatını professor-müəllim, tələbə heyətinin iştirakı ilə İbrahim Cəfərova təqdim edib.
İbrahim Cəfərov sözün həqiqi mənasında tələbələri üçün yaşayan, çalışan, daim onların yanında olan rektordur. O, digər universitetin tələbələri tərəfindən də sevilir. Beləcə bu keyfiyyətlərə malik rektora görə ADAU tələbələrinə qibtə edirlər. Bununla yanaşı sosial məsələlərin həlli, müəllim tələbə münasibətinin səmimiliyi, şəffaflıq, həyata keçirilən islahatlar bu gün tələbənin təhsil və tədqiqat imkanlarını çox genişləndirib. Dövlətin dəstəyi ilə həyata keçirilən böyük layihələr əslində aqrar kadr hazırlığına ən samballı töhfədir. Təbii ki, bu imkanlara malik tələbə də səsvermə zamanı ona yaradılan şəraiti- İbrahim Cəfərovu dəstəkləyib.

 

 

“Mən Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olduğum üçün fəxr edirəm!”

Dövlət Aqrar Universitetinin bütün tələbələrinin eyni fikirdə olmasıda bir ayrı fünomen fakdir.
Azərbaycan Dövlət Aqrar Universiteti hər keçən gün daha da inkişaf edir.
Azərbaycan Dövlət Aqrar Universiteti Əsas Binası, Aqrar İqtisadiyyat, Aqrotexnologiya, Mühəndislik, Aqronomluq, Baytarlıq təbabəti və Zoomühəndislik fakultələrindən ibarətdir. Həmin tədris korpuslarında kənd təsərrüfatının bütün sahələrinə aid müasir laboratoriya, tədqiqat mərkəzləri qurulub, auditoriya və tədris otaqları yaradılıb, laboratoriyalar müasir avadanlıq və cihazlarla təchiz edilib. Tələbələrin nəzəri bilikləri ilə yanaşı, praktik bacarıqlarının da artırılması üçün universitetdə müasir heyvandarlıq və istixana kompleksi, atçılıq, quşçuluq, arıçılıq mərkəzləri, bildirçin və balıqyetişdirmə təsərrüfatları, bitki və heyvan klinikaları yaradılıb. Universitetin müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları - traktor, kombayn və digər qoşqu vasitələri ilə təchiz edilmiş müasir maşın parkı tələbələrin istifadəsinə verilib. Azərbaycan Dövlət Aqrar Universitetində hər biri 500 nəfərlik yataq yeri olan iki yataqxana korpusu fəaliyyət göstərir. Bunlarla yanaşı, universitetin müasir laboratoriya və tədris otaqları, müxtəlif ölkələrin aqrar ixtisaslı universitetlərinin kitabxanalarına çıxışı olan elektron kitabxanası var. Müasir kənd təsərrüfatı texnikası və avadanlıqları ilə təchiz olunması tədris prosesinin yüksək keyfiyyətini təmin edir. Universitetin beynəlxalq əlaqələrinin inkişafı nəticəsində tələbələr dünyanın bir sıra aqrar universitetlərində təhsillərini və tədqiqatlarını davam etdirə bilirlər.
Aqrar sektorun ali təhsilli kadrlara olan ehtiyacını təmin etmək üçün bu universitetə göstərilən hərtərəfli dövlət dəstəyi Azərbaycan Dövlət Aqrar Universitetini hazırda nəinki respublikamızın, eləcə də Qafqaz regionunun, MDB və Şərqi Avropa ölkələrinin bu profil üzrə fəaliyyət göstərən ən mükəmməl elm - təhsil komplekslərindən birinə çevirib”.
Redaksiyamızın adından Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, XXI - əsrin ən gözəl nümunəvi müəllimi İbrahim Cəfərov başda olmaqla, Azərbaycan Dövlət Aqara Universitetinin İbrahim Cəfərov kimi qiymətli insanın qədrini bilən, dəyərli müəllim və tələbələrin qarşıdan gələn növruz bayramını təbrik edərək, işlərində müvəffəqiyyətlər və yeni - yeni uğurlar arzu edirik

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL