Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

PA-nın sektor müdiri “bandotdel”in müstəntiqinə 100 min pulu niyə göndərib

Tarix:11-06-2022, 13:04 Baxış Sayı:50

PA-nın sektor müdiri “bandotdel”in müstəntiqinə 100 min pulu niyə göndərib

Türkiyə vətəndaşları Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin sektor müdiri (artıq bu vəzifədə çalışmır-red.) Arif Novruzovdan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib, ondan 2 milyon dollar pullarının geri qaytarılmasını tələb ediblər. Novruzov isə cinayət məsuliyyətinə cəlb olunmamaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi Vüsal Salehova 100 min manat pul göndərib. Bunu özü də ifadəsində təsdiqləyib.

Türkiyə vətəndaşları Hakan DoyğunHümeyra Genç və digərlərinin şikayəti əsasında Novruzovun kürəkəni Azər Əsgərov ötən ilin mayında həbs olunub. Özü isə sözügedən cinayət işi üzrə şahid qismində dindirilib. Doyğun və Genç iddia edib ki, onlara qarşı dələduzluqda Novruzovun da iştirakı olub və onun məsuliyyətə cəlb olunmasını tələb edirlər. Bu iş üzrə məhkəmə araşdırmaları gedir.

“Düşündüm ki, mənə də problem yaranar”

Novruzovun verdiyi 100 minə gəlincə, özü ifadəsində deyib ki, bu işi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində həll etməyə kömək göstərə biləcək adam axtarıb: “Düşündüm ki, onların şikayəti əsasında mənə də problem yaranar, məsuliyyətə cəlb olunaram, yaxud işdən çıxarılaram”.

Kərim Bayramov ona özünü Müdafiə Nazirliyinin vəzifəlisi kimi təqdim edib, deyib ki, polisdə, o cümlədən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tanışları var. Şamil Baxşəliyevi də bu idarənin əməkdaşı kimi təqdim edib. Üstəlik, “Seyid” adlandırdıqları daha bir nəfəri də götürüb, gedib Novruzovla görüşüblər. Seyidin isə vaxtilə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, mərhum general Emin Şəkinskinin köməkçisi olduğunu söyləyib.

100 min necə çatdırılıb

Novruzov deyir ki, həmin görüşdə Baxşəliyevə qarşı inamsızlıq yaranıb, ona görə çıxıb getmək istəyib. Amma Bayramov onu inandırıb ki, Seyidin əlaqələri güclüdür, bu işi həll edə biləcək. O, 100 min manat verməyə razılaşıb, amma bir şərtlə ki, özü də pulu aparanda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olacaq.

Onlar ötən ilin sentyabrında bu idarənin qarşısında görüşüblər. Prezident Administrasiyasının sektor müdiri 95 min manatı Bayramova təqdim edib. Qalan 5 min manatı isə qısa zamanda çatdıracağına söz verib. Bayramov ona deyib ki, müstəntiq onun yanında pulu götürməyəcək, ona görə özü içəri daxil olub, əmanəti verib qayıdacaq. Əvvəlcədən hazırlanan plan üzrə idarənin Nəzarət-Buraxılış Məntəqəsində Baxşəliyev onu gözləyib, o da gedib, pulu ona verib qayıdıb. Sonradan Novruzov qalan 5 min manatı da metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında Bayramova çatdırıb.

Cinayət işinin materiallarına əsasən, Prezident Administrasiyasının sektor müdirindən alınmış 100 min manatın 45 mini Bayramova, 35 mini Baxşəliyevə, 20 mini isə “Seyid” ləqəbli şəxsə çatıb. İddia olunur ki, Seyid baş Dövlət Yol Polisi İdarəsində işləyib. Lakin onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Daha iki nəfərə qarşı dələduzluq

Bayramov sektor müdirindən başqa daha iki nəfərə qarşı da dələduzluqda suçlanır. İttihama görə, o, Rövşən Məhərrəmovdan qızını Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə işə düzəltmək, hərbi xidmətə gedən oğlunu isə Milli Qvardiyanın hərbi hissələrindən birinə saldırmaq adıyla ümumilikdə 25 min 700 manat (15 min 700 və 10 min olmaqla) pul alıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasından işdən çıxarılmış daha bir nəfəri işinə qaytarmaq adıyla isə ondan 11 min alıb. Bu şəxslər rüşvət verdiklərinə görə işdə zərərçəkən kimi deyil, şahid kimi tanınıblar.

Bayramov aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyini, Məhərrəmovdan alınan vəsaitin 18 min 700 manatını qaytardığını bildirib.

Bugünlərdə çıxarılan hökmlə 34-yaşlı Bayramov 8 il 6 ay, 41-yaşlı Baxşəliyev isə 8 il azadlıqdan məhrum edilib.

Arif Novruzov əvvəllər Prezident Administrasiyasında baş məsləhətçi işləyib. Sonradan Ərazi-Təşkilat Məsələləri şöbəsinin sektor müdiri olan Novruzov bir neçə rayon icra hakimiyyətlərinin (Ağdaş, Göygöl, Goranboy, Tərtər və s.) kuratoru vəzifəsində çalışıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar gedən ərəfədə – 2022-ci ilin aprelində vəzifəsindən azad edilib.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL