10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur
10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı
2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’
30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb
30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib
25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür
25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir
22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir
22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək
22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib
19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur
19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər
17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib
17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’
17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb
16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur
16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur
16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib
12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur
12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir
“Tərtər işi”nin ictimai tədqiqatı ilə məşğul olan hüquqşünas və fəal İlham Aslanoğlu (Təhməzov) iyunun 9-da Yevlax rayon Məhkəməsinin hökmü ilə 6 ay azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib.
Bu barədə onun vəkili Hüseyn Abbasov bildirib. Onun sözlərinə görə, Aslanoğlu vətəndaş Yeganə Ələkbərovanın fərdi cinayət ittihamı qaydasında verdiyi şikayət əsasında mühakimə olunub.
Vəkil qeyd edib ki, məhkəmə prosesi mayın 10-da başlayıb və cəmi dörd iclas keçirilib: “Prosesdə nə mənim, nə də Aslanoğlunun vəsatəti təmin edildi”.
İttihamçı “AzerFreedomTV” YouTube kanalında canlı yayım zamanı təhqir olunduğunu hesab edib. Linqvistik ekspertiza təqsirləndirilən şəxsin əleyhinə rəy verib. Müdafiə tərəfi isə orada heç bir təhqir olmadığını bildirərək təkrar ekspertiza haqqında vəsatət versə də, məhkəmə bunu təmin etməyib.
Aslanoğlu “Tərtər işi”ndə hərbiçilərə, mülki şəxslərə işgəncə verildiyini bildirib, zərərçəkmiş olduğunu söyləyən və işə aidiyyəti olan bəzi insanlarla müsahibələr yayıb.
Bundan əvvəl Aslanoğlu “Tərtər işi” ilə bağlı açıqlamaları ilə əlaqədar bir dəfə də həbs edilib. Bu il yanvarın 28-də Yevlax rayon Məhkəməsi onu CM-in 147.2-ci (ağır cinayət törətmək haqqında böhtan) maddəsi ilə təqsirli bilib və 5 ay müddətinə azadlıqdan məhrum edib. İş üzrə iddiaçı qismində isə 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində həlak olan Vasif Quliyevin atası Tahir Quliyev çıxış edib. İddiaya Aslanoğlunun Quliyevin 2017-ci ildə “Tərtər işi” üzrə istintaq zamanı işgəncə verildiyi bildirilən baş leytenant Adil Sabirlinin ölümündə əli olduğu barədə səsləndirdiyi fikirlərinin səbəb olduğu deyilir. Bu zaman Aslanoğlunun Sabirlinin atasına istinad etdiyi vurğulanır. Amma müdafiə tərəfinin açıqlamasına görə, apellyasiya instansiyasında fərdi ittihamçı şikayətini geri çəkib və martın 5-də məhkəmə onu azad edib.
Halbuki, bu həbslərdən öncə, 2021-ci ilin dekabrında Baş Prokurorluq “Tərtər işi” üzrə istintaqın bərpa edildiyini açıqlamışdı. Prokurorluq sonra da məlumat yaymışdı ki, iş üzrə işgəncələrlə bağlı yeni həbs edilənlər var və zərərçəkənlərin sayı xeyli artıb.