Anons

7-12-2022, 17:01- Seymur Talıbovun itinin də villası varmış - FOTOLAR

7-12-2022, 14:55- Günəmuzd işləyən fəhlə sosial yardım ala bilmir, çünki…. - NAZİRİN NƏZƏRİNƏ...

7-12-2022, 13:07- DSX: Özünü odlu silahla vuran hərbçi klinikada vəfat edib

7-12-2022, 13:02- Fransa Ermənistandakı Aİ qrupunun mandatının uzadılmasına çağırır

7-12-2022, 12:58- Vasif Talıbovun yüksək vəzifədə olan qohumları - SİYAHI

7-12-2022, 11:27- Prezident təqaüdü kimlərə verilir? Yazıçı Anar: “Seçim ədalətli aparılır”

7-12-2022, 06:09- Dünya çempionatında 1/4 finalın bütün iştirakçıları məlum olub

6-12-2022, 22:03- Mərakeş İspaniyanı məğlub edərək 1/4 finala vəsiqə qazandı

6-12-2022, 21:59- Parlamentdə əlbəyaxa dava - VİDEO

6-12-2022, 17:27- Çərəkə sakini: “Bələdiyyə barama təsərrüfatı qurduğum torpağı əlimdən alır”

6-12-2022, 17:03- DSX Akademiyasında yanğın…

6-12-2022, 16:50- “Müsəlman Birliyi” Hərəkatının daha iki üzvü həbs edilib

6-12-2022, 16:49- Rusiya Xəzərdən Ukraynanı vurur. Sahilyanı ölkələr niyə susur

6-12-2022, 15:47- Prokurorluq əsgərin özünü güllələyərək öldürdüyünü deyir (yenilənib)

6-12-2022, 09:46- YAP Suraxanı Rayon Təşkilatının Sədri Vüqar Seyidovun Topdağıtmaz Var - Dövlətinin şok siyahısı....

5-12-2022, 11:09- Kanada İrana qarşı sanksiyalar siyahısını genişləndirdi

5-12-2022, 10:53- Vüqar Kərimov bir tərəfdə ağac əkib, toxum səpir, digər tərəfdən isə… - BU NƏDİ BELƏ?

5-12-2022, 09:39- Xanımından Arif Quliyevlə bağlı MÜRACİƏT: - “Xahiş edirik...”

4-12-2022, 10:42- ABŞ kəşfiyyatı Ukraynada hərbi əməliyyatların zəifləyəcəyini proqnozlaşdırır

4-12-2022, 06:41- DÇ-2022: Niderland və Argentina 1/4 finala çıxıb

Haqqımızda Əlaqə

İran Rusiyada pilotsuz aparatlar istehsal edəcək

Tarix:20-11-2022, 15:33 Baxış Sayı:7

İran Rusiyada pilotsuz aparatlar istehsal edəcək

Qəzet Rusiyanın İran PUA və dronlarına lazım olacaq hissələri necə və haradan əldə edəcəyininin məlum olmadığını yazır

 

Moskva ilə Tehran Rusiyada İranın döyüş pilotsuz uçan aparatlarının (PUA) istehsalına dair razılığa gəliblər.

 

Bu barədə ABŞ və müttəfiqlərinin kəşfiyyat məlumatlarına istinadən “The Washington Post” qəzeti yazıb.

 

Nəşrin məlumatına görə, belə bir razılıq noyabrın əvvəlində Tehranda əldə edilib. Qəzet istehsalın “aylar” ərzində başlaya biləcəyini vurğulayır.

 

Qəzetin yazdığına görə, avqust ayından Rusiya ordusu Ukraynaya qarşı İran istehsalı olan 400-ə qədər pilotsuz aparatlardan istifadə edib. Amma buna baxmayaraq həm Moskva, həm də Tehran İranın Rusiyaya silah tədarükünü inkar edir.

 

Nəşr payızda ABŞ-ın bu cür silahlar istehsal edən İran şirkətlərinə qarşı sanksiyalar tətbiq etdiyini xatırladır və qeyd edir ki, PUA istehsalının Rusiyaya ötürülməsi İranı yeni sanksiyalardan qoruya bilər.

 

Amma qəzet onu da vurğulayır ki, rəsmi Tehranın sövdələşmə əvəzində Moskvadan konkret nə gözlədiyi məlum deyil. Jurnalistlərlə danışan bir mənbə deyib ki, Kreml ən azı İran rejiminə beynəlxalq təzyiqləri azaltmaq üçün diplomatik və iqtisadi dəstək təklif edir.

 

Vurulmuş İran pilotsuz aparatlarının qalıqlarının tədqiqi göstərir ki, onlar sanksiyalardan yayınmaq üçün tədarük edilən Qərb istehsalı komponentlərdən geniş istifadə edirlər.

 

Rusiyanın bu komponentləri necə əldə edəcəyi məlum deyil. Qəzet Rusiya müəssisələri tərəfindən hansı dronların istehsal olunacağı barədə məlumat vermir.

 

İndiyə qədər Rusiya Ukraynada İran istehsalı olan “Geran-1” və “Geran-2”, “Şahed-131” və “Şahed-136” kamikadze dronları, “Moxadjer-6” çoxməqsədli pilotsuz uçuş aparatlarından istifadə edib.

 

“Washington Post” Rusiya səfirliyindəki və İranın ABŞ-dakı nümayəndəliyindəki mənbələrdən şərh istəyib. Rusiya diplomatları jurnalistləri Müdafiə Nazirliyinə yönəldiblər , amma oradan nəsə bir cavab almaq mümkün olmayıb. İran nümayəndəliyindən isə bildiriblər ki, Tehranla Moskva uzun müddətdir hərbi, elmi və tədqiqat sahələrində əməkdaşlıq edir. Sözügedən məsələyə gəlincə, İran nümayəndəliyindən suallara cavab verməkdən imtina ediblər.

AzadlıqRadiosu

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL