11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu
10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı
9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu
9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi
9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır
9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var
9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı
9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA
27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib
16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı
15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!
14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb
12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!
12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?
12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu
12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..
Sakinlər deyir, yaşayış massivinə qəsəbə statusu verilsə də, heç nə dəyişməyib
“Buralar əvvəllər “Avtozavod” yaşayış massivi kimi tanınırdı. Təxminən 10 il əvvəl əraziyə qəsəbə statusu verildi. Sevindik ki, bəlkə qəsəbə olandan sonra yeniliklər baş verər, yollarımız düzələr, məktəbimiz, bağçamız olar. Ancaq köhnə hamam, köhnə tas…”
2012-ci lin fevralında Gəncənin “Avtozavod” kimi tanınan yaşayış massivinə qəsəbə statusu verilib. Beləliklə də, ərazi Gəncədəki beş iri qəsəbədən biri kimi siyahıya düşüb. Sakinlər də bunu sevinclə qarşılayıb. Düşünüblər ki, ölkənin ikinci iri şəhəri olan Gəncənin beş qəsəbəsindən birində yeniliklər baş verəcək, ən azı, ictimai nəqliyyata diqqət yetiriləcək, yollar təmir olunacaq, məktəb, uşaq bağçası tikiləcək.
“Bu boyda qəsəbədə bağça, məktəb yoxdur”
Burada ilk evlər 1993-cü ildə tikilib. Hazırda minlərlə fərdi evin olduğu qəsəbədə hələ də küçələrin çoxuna ad verilməyib. Bu da sakinlərin qeydiyyat, sənəd məsələlərində problemlər yaradır. Qəsəbə statusu almasından 10 ildən çox vaxt ötüb və qəsəbə sakini Elnarə İbrahimovanın deməsinə görə, daş üstə daş da qoyulmayıb:
“Qəsəbəmizin 500 hektara yaxın ərazisi, 5 minə yaxın yaşayış evi var. Gəncədə ən böyük qəsəbələrdən hesab olunur. Ancaq sanki hökumətin yadından çıxmışıq. Kəpəz ərazisinə aid qəsəbədir. Ancaq bu boyda qəsəbədə məktəb, uşaq bağçası yoxdur deyə, uşaqlar Gəncəyə qədər uzun yol qət etməli olurlar. Yay-qış fərq eləmir, körpə uşaqları Gəncədəki bağçaya aparırıq. Yollar bərbad olduğundan qışda taksi də bu tərəflərə gəlmir. İctimai nəqliyyat da yoxdur. Avtobus yarı yoldan geri qayıdır. Uşaqarımız qışda, yağışda 10 kilometrə yaxın yolu məktəbə piyada gedib-gəlməli olurlar”.
Aidiyyəti qurumlara müraciət olunub
Gəncə Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, sakinlərin “Cavadxan qəsəbəsində heç bir iş görülmür” deməsi bir az insafsızlıq olar. Son bir neçə ildə qəsəbəyə su, kanalizasiya, qaz xətləri çəkilib. Küçələrin işıqlandırılması üçün işlər görülür. 28 və 38 saylı marşrut xətləri üzrə hərəkət edən avtobuslar qəsəbənin yolları bərbad olan küçələrinə qədər getməsə də, əsas küçələrdən keçir. Sakinləri narahat edən problemlərin həlli üçünsə aidiyyəti üzrə qurumlara müraciətlər olunub.