Anons

27-03-2023, 18:22- Baba Rzayev Qarabağ Qazilərinə SAVAŞ ELAN ETDİ - BUNUN BAŞQA ADI YOXDUR...

25-03-2023, 23:07- Səs-küydən təngə gələn Gəncə sakinləri məhkəməyə üz tutmaq fikrindədir

25-03-2023, 22:44- Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl - VİDEO

25-03-2023, 21:16- SEPAH Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə toplayıb

25-03-2023, 15:16- NEFTÇALA XƏSTƏXANASINDA BAŞ HƏKİMƏ ETİRAZ – Həkimlər işə çıxmaqdan imtina etdi…

25-03-2023, 15:03- Agentlikdə kök salmış Qasımovlar klanı

25-03-2023, 14:25- Ermənistan Putini həbs edə biləcək?

25-03-2023, 09:40- Bəraət alan “Tərtər məhbusları” kompensasiya tələb edir

23-03-2023, 19:58- Budapeşt Putini həbs etməyəcəyini açıqlayıb

23-03-2023, 19:33- Rəqs videosu yayılan 5 iranlı qız həbs olundu - Üzr istətdilər (VİDEO)

23-03-2023, 16:55- Azərbaycan bu dəfə də ABŞ Demokratiya Sammitinə dəvət olunmadı

23-03-2023, 14:54- "Ovçular Ət və Ət Məhsulları" MMC ilə AQTA işbirliyi ifşa edilir - ŞOK İDDİALAR

23-03-2023, 13:46- Naxçıvanda “Cahan Holdinq” ÖZBAŞINALIĞI... - İşçilər ÇARƏSİZ DURUMDA...

22-03-2023, 17:32- ‘Ermənistanın 10 minlik ordusu hələ də Azərbaycandadır’

22-03-2023, 16:52- Məşhur icra başçısı yola salınır - FOTO

22-03-2023, 14:19- İranda etirazlar bayram günlərində də zorakılıqla yatırdılıb

22-03-2023, 12:48- DÜNYANIN ƏSL XƏSTƏLİYİ: SEVGİSİZLİK

22-03-2023, 11:45- Göyçay sakini icra hakimiyyətindən narazıdır: Köşkümü bağlayıb, məni borca saldılar

22-03-2023, 11:02- “İş olmayanda balalarımın üzünə baxa bilmirəm”

22-03-2023, 09:01- Pakistan və Əfqanıstanda ölənlərin sayı artdı - YENİLƏNİB

Haqqımızda Əlaqə

Tarixçi alim: ‘Ramiz Mehdiyevə dedim, əncam çəksin, o da belə elədi…’

Tarix:16-03-2023, 18:12 Baxış Sayı:3

Tarixçi alim: ‘Ramiz Mehdiyevə dedim, əncam çəksin, o da belə elədi…’

Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış vəsaitlərin yeyintisində ittiham olunan tarixçi alim Səbuhi Hüseynov deyir ki, ekspedisiya məqsədilə tədqiqatçılara ayrılan pulun 50 faizini rəhbərlik onlardan tələb edirdi. Onun sözlərinə görə, elmi işçisi olduğu Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundakı korrupsiya haqda o zaman Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə məktub yazıb. İddia edir ki, bu şikayətlərinə görə, sonradan özü də, həyat yoldaşı da şərlənib və hazırda məhkəmə qarşısına çıxarılıblar.

“Ramiz Mehdiyevə dedim ki, əncam çək. Göründüyü kimi, o da belə əncam çəkdi…”, – Hüseynov martın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadəsində belə deyib.

41-yaşlı tarixçi alim həyat yoldaşı Gülüstan İsayeva ilə birlikdə mühakimə olunur. İsayeva Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda kadrlar şöbəsinin müdiri işləyib. O, həyat yoldaşına 92 min 700 manat vəsaitin mənimsənilməsinə yardım etməkdə suçlanır.

Lakin ər-arvadın heç biri özlərini təqsirli bilmir.

“Dedi ki, 30 faizi onlara, 20 faizi mühasibatlığa verilməlidir”

Martın 15-də məhkəmədə ifadə verən Hüseynov danışır ki, 2011-ci ildən arxeoloji qazıntılarla, bu istiqamətdə kəşfiyyat işlərilə məşğuldur. 44 günlük müharibədən sonra Qarabağ zonasına bir dəfə getdiyini deyən təqsirləndirilən alimin sözlərinə görə, onda da həm Mədəniyyət, həm də Daxili İşlər nazirliklərindən icazə alıb, 10 gün orada işlər görüb.

Ekspedisiyaya görə ilk dəfə 2019-cu ildə hesabına vəsait köçürüldüyünü deyən Hüseynovun sözlərinə görə, o pul ekspedisiya rəhbərinə və 25 nəfər işçiyə əməkhaqqı kimi verilməliydi:

“Pul köçəndən sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun o vaxtkı direktoru Maisə Rəhimova faiz tələb elədi. Dedi ki, 30 faizi onlara, 20 faizi mühasibatlığa verilməlidir. Mən etiraz etdim. Bildirdim ki, köçürülən pul işçilərə çatmalıdır. Hər ekspedisiyaya gedəndə mənə 1200 manat, bir də benzin pulu verilirdi”.

İnstitutun direktoru Rəhimova isə Mədəniyyət Nazirliyinə Hüseynovun görülən işlər haqda hesabat verməməsindən şikayət göndərib. Lakin o, bununla razılaşmır, vaxtında hesabat vermədiyini deyir. Onun sözlərinə görə, verdiyi şikayətlər qəsdən gizlədilib:

“Mən korrupsiyaya etiraz etdiyimə görə aramızda problem başladı, məhkəmə çəkişmələrimiz oldu. Məhkəmədə biz qalib gəldik, işə bərpa olundum”.

Həyat yoldaşının da ona görə cəzalandırıldığını vurğulayan Hüseynovun sözlərinə görə, il ərzində 60 ekspedisiya keçirilir. Bu isə 10 milyondan çox vəsait deməkdir. Təqsirləndirilən alim iddia edir ki, ekspedisiya adı altında institutda milyonlarla vəsait mənimsənilirdi, o da buna göz yummaq istəmirdi.

Ekspedisiya vaxtı istirahətdə olublar

Bakı Ağır Cinayətlər Məhkəməsində bu cinayət işini araşdıran hakim Azad Məcidov proses iştirakçılarına məlumat verib ki, adları ekspedisiyada iştirak edib, pul alanlar siyahısında olan şəxslərin əslində, həmin vaxt Almaniyada, İtaliyada olduğunu təsdiqləyən faktlar var: “Dövlət Sərhəd Xidmətindən sorğuya gələn cavablardan məlum olur ki, həmin şəxslər ekspedisiyada iştirak etdiyi göstərildiyi vaxt Almaniyada və İtaliyada istirahətdə olublar. Bütün bu məsələlər araşdırılmalıdı…”

Hüseynov və İsayeva Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onlar hazırda həbsdə deyil.

Ramiz Mehdiyev AMEA prezidentliyindən öncə Azərbaycan Respublikası Prezident Administrasiyasina rəhbərlik edib. O, ötən ilin fevralında vəzifəsindən azad olunmasıyla bağlı ərizə yazıb.

Azadlıq radiosu

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL