Anons

11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu

10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu

9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi

9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan

9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır

9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var

9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı

9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA

27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı

15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!

14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb

12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!

12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu

12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..

Haqqımızda Əlaqə

Rusiya Osetiya müharibəsinə görə Gürcüstana təzminat ödəməlidir

Tarix:1-05-2023, 13:22 Baxış Sayı:61

Rusiya Osetiya müharibəsinə görə Gürcüstana təzminat ödəməlidir

Gürcüstan qərarın icrasını Avropa Şurası Nazirlər Komitəsində davam etdirəcəyini deyir

Rusiya Osetiya müharibəsinə görə Gürcüstana 129 milyondan artıq təzminat ödəməlidir.

Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərar çıxarıb.

Məhkəmə 2021-ci il yanvarın 21-də “Gürcüstan Rusiyaya qarşı” dövlətlərarası şikayəti üzrə də qərarını elan edib.

Gürcüstanın şikayəti 2008-ci ildəki Osetiya müharibəsi ilə bağlıdır.

1992-1993-cü illərdə Gürcüstan ordusu ilə Rusiyanın arxasında dayandığı Abxaziya arasında 13 aylıq müharibə olub.

Daha sonra 2008-ci ildə müharibə yenidən  alovlanıb. Həmin vaxt Abxaziya və Şimali Osetiya müstəqilliklərini elan etmiş, Rusiya isə onların müstəqilliyini tanımışdı.

AİHM 2 il əvvəlki qərarında hadisələrin Rusiyanın yurisdiksiyasından kənarda baş verdiyi qənaətinə gəlmişdi.

Qeyd etmişdi ki, Rusiya qüvvələri prosesdə birbaşa iştirak etməsələr də, əsirlərlə davranışa görə cavabdehlik daşıyıblar.

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

Məhkəmə hesab edib ki, əsirlər Rusiyanın təsir dairəsində olub. Ancaq buna baxmayaraq, Rusiya qüvvələri meydanda olsalar da, işgəncələrə qarşı təsirli tədbirlər görməyiblər.

Konvensiyanın 2, 3, 5 və 8-ci maddələrinin və 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusunu tanıyan AİHM həmin vaxt təzminatla bağlı qərarı başqa vaxta saxlamışdı.

İndi isə təzminatla bağlı qərarını da elan edib.

Qərara əsasən, Rusiya Gürcüstana 16 hərbi əsir – qurbanlara görə 640 min, 23 min Gürcüstan vətəndaşının didərgin salınmasına görə 115 milyon, 412 müharibə qurbanına görə 8 milyon 240 min, 116 nəfər mülki şəxs/qurbana görə 3 milyon 250 min, Sxinvalidə işgəncəyə məruz qalan 166 gürcü vətəndaşa dəymiş mənəvi ziyana görə 2 milyon 697 min 500, ümumilikdə, 129 milyon 827 min avro təzminat ödəməlidir.

Gürcüstanın Ədliyyə Nazirliyi qərarın icrasının Avropa Şurası Nazirlər Komitəsində davam etdiriləcəyini və Rusiya kompensasiyanı ödədikdən sonra pulların zərərçəkənlərə paylanacağını açıqlayıb.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL