30-07-2023, 17:12- Moskvaya yenə dron hücumları olduğu bildirilir
27-07-2023, 15:31- Cəbhəçiyə 3 ay həbs verildi
26-07-2023, 19:10- Cəbhəçi həbs edilib, DİN-dən izah
26-07-2023, 13:31- REKTOR XOFU
25-07-2023, 14:14- ABŞ səfirliyi: Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun hüquqlarını qorumağa çağırırıq
24-07-2023, 16:25- ‘Hürriyyət’ qəzetinin baş redaktoru həbs olunub
22-07-2023, 13:48- Azərbaycan mətbuatı 148 yaşında
22-07-2023, 11:03- ABŞ kəşfiyyatı Rusiyanın nüvə silahlarının Belarusda olduğunu təsdiqləyir
21-07-2023, 18:09- Söyüdlüdəki vəziyyəti araşdırmaq üçün komissiya yaradıldı
21-07-2023, 16:22- Söyüdlü kənd sakinlərinin sağlamlığı və müraciətləri araşdırılacaq
20-07-2023, 13:00- Türkiyədə gün ərzində 7-ci ZƏLZƏLƏ
20-07-2023, 11:58- Britaniya Rusiyaya qarşı sanksiyaların nə qədər davam edəcəyini açıqladı
19-07-2023, 20:36- Azərbaycanın daha bir hərbçisinin özünü güllələdiyi bildirilir
19-07-2023, 16:49- Qarabağ əlili: “Ayaqlarım başıma bəla olub”
17-07-2023, 17:26- Avropa Parlamenti NATO-nu Ukraynanı alyansa qoşulmağa dəvət etməyə çağırır
17-07-2023, 10:08- Fazil Mustafa manatlıq taksilərə dəstək verdi — "İnsanlar kefindən istifadə etmir ki..."
17-07-2023, 10:07- Hərbçimiz cəbhədəki SON VƏZİYYƏTDƏN danışdı: "Bir neçə gündür..."
16-06-2023, 20:26- Jurnalist polisin aksiyada ona qəsdən xəsarət yetirdiyini deyir
15-06-2023, 22:27- Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb, onu 12 ilədək həbs gözləyir
Komissiya tullantıxana sahəsində monitorinq aparacaq
Gədəbəyin Söyüdlü kəndindəki vəziyyəti araşdırmaq üçün komissiya yaradılıb.
Bu barədə Azərbaycan Nazirlər Kabinetinin məlumatında bildirilib.
Komissiya Söyüdlü kəndindəki tullantıxana sahəsində monitorinq aparacaq.
Komissiyaya rəhbərliyi ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev edəcək.
Eyni zamanda, komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı da daxildir.
“Komissiya Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini təmin edəcək. Sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılması təmin ediləcək”, – deyə bildirilir.
Bundan əlavə, məlumatda qeyd edilir ki, komissiya monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflər hazırlamalı, sonda bunu Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
İcra başçısı: “Söyüdlüdə ikinci süni göl yaradılmayacaq”
Etiraz edən kənd sakinlərinin qarşısında çıxış edən Gədəbəy rayonunun icra başçısı Orxan Mürsəlov isə bildirib ki, kəndin ərazisində ikinci süni göl yaradılmayacaq.
Gədəbəydə iyunun 20-də başlayan etiraz aksiyası növbəti gün də davam edib.
Söyüdlü kəndinin sakinləri evlərinin yaxınlığında qızıl mədənləri üçün salınacaq süni gölə etiraz ediblər.
Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.
Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.
Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlığına zərər vurur.
Sakinlər həmçinin, bir gün öncəki aksiyada həbs edilən, cərimələnən gənclərin sərbəst buraxılmasını da tələb ediblər.
Həbs edilənlərə 20 sutka inzibati cəza verilib…
İyunun 20-dən başlayan aksiyada polis insanlara xəsarət yetirib, onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Günün sonunda 5 nəfərin həbs edildiyi açıqlanıb.
Yerli sakinlər deyiblər ki, həmin beş nəfər 20 sutka müddətinə inzibati qaydada həbs olunub.
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə polisin yerli sakinlərə şiddət göstərməsi ilə bağlı yayılan görüntülərdən sonra açıqlama verib.
Həmin videoların birində onsuz da geri dönən kənd sakininin gözünə polis gözyaşardıcı qaz sıxır.
Digər bir görüntüdə isə polis başqa bir qadına qarşı güc tətbiq edir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, video araşdırılır, bunun üçün nazirliyin bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam edilib:
“Həmin fakt üzrə xidməti yoxlama aparılır”.
Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.
Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.
Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.
Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.