30-07-2023, 17:12- Moskvaya yenə dron hücumları olduğu bildirilir
27-07-2023, 15:31- Cəbhəçiyə 3 ay həbs verildi
26-07-2023, 19:10- Cəbhəçi həbs edilib, DİN-dən izah
26-07-2023, 13:31- REKTOR XOFU
25-07-2023, 14:14- ABŞ səfirliyi: Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun hüquqlarını qorumağa çağırırıq
24-07-2023, 16:25- ‘Hürriyyət’ qəzetinin baş redaktoru həbs olunub
22-07-2023, 13:48- Azərbaycan mətbuatı 148 yaşında
22-07-2023, 11:03- ABŞ kəşfiyyatı Rusiyanın nüvə silahlarının Belarusda olduğunu təsdiqləyir
21-07-2023, 18:09- Söyüdlüdəki vəziyyəti araşdırmaq üçün komissiya yaradıldı
21-07-2023, 16:22- Söyüdlü kənd sakinlərinin sağlamlığı və müraciətləri araşdırılacaq
20-07-2023, 13:00- Türkiyədə gün ərzində 7-ci ZƏLZƏLƏ
20-07-2023, 11:58- Britaniya Rusiyaya qarşı sanksiyaların nə qədər davam edəcəyini açıqladı
19-07-2023, 20:36- Azərbaycanın daha bir hərbçisinin özünü güllələdiyi bildirilir
19-07-2023, 16:49- Qarabağ əlili: “Ayaqlarım başıma bəla olub”
17-07-2023, 17:26- Avropa Parlamenti NATO-nu Ukraynanı alyansa qoşulmağa dəvət etməyə çağırır
17-07-2023, 10:08- Fazil Mustafa manatlıq taksilərə dəstək verdi — "İnsanlar kefindən istifadə etmir ki..."
17-07-2023, 10:07- Hərbçimiz cəbhədəki SON VƏZİYYƏTDƏN danışdı: "Bir neçə gündür..."
16-06-2023, 20:26- Jurnalist polisin aksiyada ona qəsdən xəsarət yetirdiyini deyir
15-06-2023, 22:27- Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb, onu 12 ilədək həbs gözləyir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat şöbəsinin üzvü Elxan Əliyevi Sabunçu rayon Polis İdarəsi saxlayıb.
AXCP-dən verilən məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Partiyadan bildirilib ki, ittiham funksionerin siyasi fəaliyyəti ilə bağlıdır və siyasi təzyiq xarakterlidir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Elxan Əliyevin saxlanmasını təsdiqləyiblər.
Nazirliyin vurğulamasına görə də, daha iki şəxs dələduzluqda şübhəli sayılır.
DİN-in mətbuat xidmətindən bildirib ki, onlar Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini saxta sənədlə vətəndaşa 57 min manata satmaqda günahlandırılırlar. Hər 3 şəxsin şübhəli şəxs qisimində saxlandığı bildirilir: “Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.”
Mətbuat xidmətindən əlavə edilib ki, Əliyevin sosial şəbəkələrdə paylaşdığı görüntülər özünü sığortalamaq məqsədindən irəli gəlir, həqiqəti əks etdirmir.
Elxan Əliyev saxlanmazdan əvvəl Facebook-da videomüraciət paylaşaraq hakimiyyətin oyunu ilə üzləşə biləcəyindən ehtiyatlandığını dilə gətirmişdi.