Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

“Polislərin etinasız davranışı nəticəsində həyat yoldaşımın vəziyyəti pisləşdi”

Tarix:28-01-2023, 16:41 Baxış Sayı:28

“Polislərin etinasız davranışı nəticəsində həyat yoldaşımın vəziyyəti pisləşdi”

Kamal Əzizov deyir ki, yol polisi onu heç bir əsas olmadan saxlayıb

Masallı rayon Bədəlan kənd sakini Kamal Əzizov deyir ki, hamilə həyat yoldaşının vəziyyəti Dövlət Yol Polisi əməkdaşlarının etinasız yanaşması, səhlənkarlığı nəticəsində pisləşib.

Heç bir əsas olmadan yol polislərinin onu narkoloji müayinəyə aparıb vaxtını aldığını, bu müddətdə həyat yoldaşının durumunun ağırlaşdığını vurğulayan Kamal Əzizovun sözlərinə görə, yol polisləri qanunsuz əməllərini ört-basdır eləməkdən ötrü üstəlik, onu əsassız olaraq, kəmərdən istifadə etməmək iddiasıyla cərimələyiblər.

“Dedim ki, heç bir pozuntuya yol verməmişəm, maşında hamilə yoldaşım var”

Hadisə yanvarın 21-də Masallı və Lənkəranın arasındakı ikinci dərəcəli magistral yolda baş verib.

Kamal Əzizov danışır ki, həmin vaxt şəxsi avtomobiliylə hamilə həyat yoldaşını Lənkəranda yerləşən xəstəxanaya aparırmış. Bu zaman yol polisləri ona işarə verərək, avtomobili saxlamağı tələb ediblər.

Kamal Əzizovun dediyinə görə, həmin vaxt o, heç bir qayda pozuntusuna yol verməmişdi:

“Yol polisinə yaxınlaşıb dedim ki, mən heç bir qayda pozuntusuna yol verməmişəm. Üstəlik, maşında hamilə həyat yoldaşım var, onu təcili xəstəxanaya çatdırmalıyam. Gecə yoldaşımın ağrıları olmuşdu, yatmamışdıq. Gözlərimdən yorğunluq, yuxusuzluq tökülürdü. Polislər yoldaşımın vəziyyətinə əhəmiyyət vermədilər, dedilər ki, narkoloji müayinəyə getməlisən…”

Kamal Əzizovun sözlərinə görə, onun etirazına baxmayaraq, narkoloji müayinəyə aparıblar. Yoxlama nəticəsində məlum olub ki, o, narkotik maddədən istifadə etməyib.

Akt

“Bu cür davranış polisə yaraşmaz”

Masallı sakini deyir ki, bu cavabdan sonra yol polisi müayinənin cavabı olan sənədi ona vermək istəməyib. Lakin o, cavabı almaqda israr edib:

“Məni şantaj elədilər ki, yoxsa sənə cərimə yazacağıq. Təkid eləyib, cavabı aldım. Evə gələndən sonra mənə mesaj gəldi. Məlum oldu ki, kəmərdən istifadə etməməyə görə 40 manat cərimələnmişəm. Halbuki bu, əsassız və qanunsuz idi…”

Kamal Əzizov əlavə edib ki, həmin gün yol polislərinin onları yubatması, hamilə qadının durumuna etinasız münasibəti nəticəsində həyat yoldaşının vəziyyəti ağırlaşıb:

“Bizi nə qədər yubatdılar. Halbuki, hamilə qadına yardım eləmək nəinki polislərin, hər bir normal insanın mənəvi borcudur. Bur cür davranış polisə yaraşmaz…”.

DİN: “Şübhə yaranıb…”

Daxili İşlər Nazirliyinin (DİN) Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə nəqliyyat vasitəsi saxlanılıb.

Bu zaman sürücünün zahiri görünüşündən spirtli içki və ya narkotik vasitənin sərxoşluğu altında olmasına dair şübhə yaranıb. Bu səbəbdən onun o, tibbi müayinədən keçirilib.
“Müayinənin nəticəsi neqativ olduğuna görə onun yol verdiyi qayda pozuntusu ilə bağlı – təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün inzibati qaydada protokol tərtib edilib və sürücü yoluna davam edib”, – DİN rəsmisi belə deyib.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL