11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu
10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı
9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu
9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi
9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır
9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var
9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı
9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA
27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib
16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı
15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!
14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb
12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!
12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?
12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu
12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..
ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu
Hesablamalar göstərir ki, Dövlət Neft Fondunun əmlaka birbaşa sərmayədən 60 milyon dollardan çox zərərə düşüb.
Neft Fondunun açıqlamasına görə, daşınmaz əmlaka investisiya qoyuluşunda əsas məqsəd, onun uzun müddət ərzində dəyərini qoruyub saxlaması, eləcə də orta və uzun müddətdə yüksək gəlirlilik potensialına malik olmasıdır. Əslində bu sahədə siyasət düzgün qurularsa və şəffaf olarsa buna nail olmaq mümkündür. Dünyanın bır sıra şirkətləri əmlakdan böyük qazanclar əldə etdiyi halda Azərbaycan Dövlət Neft Fondu sahibi olduğu ofis binalarına investisiyalardan bütövlükdə itkilərə məruz qalıb. Xüsusilə də böyük itkilər Neft Fondunun Londonda və Moskvada sahib olduğu əmlakın yenidən qiymətləndirilməsində üzə çıxıb. Belə ki, bu iki əmlakın alış qiyməti ilə hazırkı bazar dəyəri arasında 205,5 milyon dollar fərq yaranıb.
Hesablama Palatasının rəyində bildirilir ki, 2018-ci il 31 dekabr tarixinə Neft Fondunun daşınmaz əmlak portfeli 2 142 392 602 ABŞ dolları təşkil edib. Daşınmaz əmlak portfelinin cari hesablarda pul vəsaitlərinin qalıqları nəzərə alınmaqla xüsusi çəkisinin 47,4 %-i birbaşa investisiyaların, 2,7 %-i borc
fondlarına edilən investisiyaların, 34,5%-i fond investisiyaların və 15,4 %-i müştərək investisiyaların payına düşüb. Daşınmaz əmlaka bir başa investisiya həcmlərinin xüsusi çəkisinin digər subportfellərlə müqayisədə daşınmaz əmlak portfelində
daha yüksək (47,4%) olmasına baxmayaraq gəlirlik faizi əhəmiyyətli dərəcədə aşağı olub.
Göründüyü kimi, neft gəlirlərinin uğursuz idarəçiliyinin bir göstəricisi də əmlak bazarında sərmayələrdən zərərlərdir. Əslində əmlak bazarına investisiyalardan itkilər çox nadir hallarda qeydə alınır, təbii ki, Dövlət Neft Fondunun bu bazardakı əməliyyatlarından qazananlar da vardır, amma onun nə Fonda, nə də xalqa dəxli var, qazananlar, xüsusilə də törəmə müəssisələrin sahibləri barədə məlumatlar hələ də ictimaiyyətdən gizli saxlanılır.