Anons

11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu

10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu

9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi

9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan

9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır

9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var

9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı

9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA

27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı

15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!

14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb

12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!

12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu

12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..

Haqqımızda Əlaqə

İTİRDİYİMİZ MİLYARDLARLA DOLLARLIQ QARABAĞ QIZILI

Tarix:21-01-2023, 13:29 Baxış Sayı:60

İTİRDİYİMİZ MİLYARDLARLA DOLLARLIQ QARABAĞ QIZILI

İşğalı dövründə Azərbaycanda qiymətli və əlvan metal yataqlarının qanunsuz işlənməsində ErmənistanABŞ, Kanada, Hindistan, Rusiya və bir sıra Avropa ölkələrinin şirkətləri iştirak ediblər.

Bunu brifinq zamanı Azərbaycan Ekologiya Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.

Məsələn, “Söyüdlü”, “Vejnəli”, “Dəmirli” və “Qızılbulaq” qızıl və mis-molibden mədənlərində qanunsuz hasilat həyata keçirilib. Bununla Kanadanın Sterlite Gold LTD və First Dynesty Mines; İsveçrənin Base Metals, Vallex Group; Rusiyanın Geopro Mininq Gold Company; İsveç və Lixtenşteyn sahibkarlarının ortaq olduğu Ermənistanın Armenian Copper Programme, Amerikanın Global Gold; Hindistanın Vedanta Resources şirkətləri məşğul olublar.

Artıq beynəlxalq təşkilatlara müvafiq müraciətlər hazırlanıb. Bakı tezliklə bu şirkətlərin dəyən ziyanın ödənilməsi proseduruna başlamağı planlaşdırır.

Amma sual ondadır ki, dəymiş ziyanın ödənilməsi planını nə dərəcədə həyata keçirmək mümkündür? Dünyada uğurlu sonluqla bitən oxşar presedentlər varmı? Yəni, bir dövlətin əvvəllər işğal olunmuş torpaqlarında qeyri-qanuni fəaliyyət göstərən xarici şirkətlərdən itirilmiş təbii sərvətlərin dəyərini pul şəklində geri alması mümkün olubmu? Görünür, bu məsələdə müvafiq beynəlxalq iqtisadi instansiyalarda məhkəmə çəkişmələri olmadan keçinmək mümkün olmayacaq. Azərbaycan tərəfinin təxmini hərəkət ardıcıllığı necə olmalıdır?

Siyasi şərhçi, hüquqşünas, ictimai xadim Fuad Ağayev Press Klubun suallarını cavablandırıb:

 

– Bu, kifayət qədər mürəkkəb siyasi-hüquqi məsələdir. O, beynəlxalq ictimai və beynəlxalq özəl hüququn, qaydaları pozan şirkətlərin aid olduğu dövlətlərin müvafiq hüquq normalarının kəsişməsində yerləşir. Hər bir şirkətin hər bir əməliyyatı ilə bağlı suallar ayrıca nəzərdən keçirilməlidir. Yəni, burada görüləsi çox iş var. Və mütləq şəkildə bu şirkətlərin əsasən fəaliyyət göstərdiyi ölkələri təmsil edən yüksək ixtisaslı hüquqşünaslar cəlb edilməlidir. Burada işin uğurlu nəticəsinin şanslarının nə qədər olduğunu müəyyən etmək lazımdır. Bu da əsasən müəyyən bir ölkədə qüvvədə olan qanunvericilikdən asılıdır. Bunu nə qədər tez etmək olar? Hansı xərclər çıxa bilər?

O ki qaldı bu cür məhkəmə proseslərinin uğur qazanma perspektivinə, təbii ki, müəyyən şanslar var. Burada şablon yanaşma yoxdur. Bir şey göz qabağındadır – bu şirkətlər Azərbaycanın suverenliyinə, Azərbaycan qanunvericiliyinə açıq-aşkar zidd fəaliyyət göstəriblər. Onların qeyri-qanuni yolla əlvan metal ehtiyatlarını, qiymətli metalları çıxarmaları faktı göz qabağındadır.

Növbəti məqam bu sualların hansı məhkəmələrdə qaldırıla biləcəyidir. Bu hallarda uğur şansı nə qədər olacaq. Və bu məsələlər nə qədər tez həll oluna bilər. Yəni, ümumi nəticə budur ki, bəli, heç olmazdansa, gec olması yaxşıdır. Amma burada işə səthi yanaşmaq olmaz. Bu məsələləri qaldırmaq üçün tam “silahlanmaq” lazımdır.

www.az24saat.org

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL