1-02-2023, 12:51- Müxalifət partiyaları Rəsulzadənin Novxanı kəndindəki abidəsini ziyarət ediblər
1-02-2023, 10:03- Gəncədə ADAU-nun dekanı korrupsiyaya görə saxlanılıb
1-02-2023, 07:31- Kəfənin qiymətində artım yoxdur? - Məşhur aparıcıdan etiraz
31-01-2023, 21:58- AXCP üzvü “Azərişıq”la bağlı etirazından sonra həbs olundu
31-01-2023, 20:51- Cavadxan qəsəbəsi: Adsız, işıqsız küçələr, palçıqlı yollar…
31-01-2023, 16:22- DİN əməliyyat keçirdi, saxlanılanlar var
31-01-2023, 14:54- İranla sərhəddə: ‘İki-üç gündür nə ora gedən var, nə də gələn’
31-01-2023, 06:47- QAX SAKİNİ: “ƏMLAK KOMİTƏSİ ELEKTRON XƏRİTƏDƏ PAY TORPAQLARIMIZI AZ GÖSTƏRİR”
30-01-2023, 20:38- Vəkili Bəxtiyar Hacıyevin səhhətinin kəskin pisləşdiyini deyir
30-01-2023, 17:04- Ukraynada müharibəni dayandırmaq Putinə çətindir
30-01-2023, 15:45- İsrailin döyüş dronları İranın hərbi fabriklərini bombalayıb, zəlzələ isə Xoy şəhərini dağıdıb
30-01-2023, 14:01- 24 HAKİM, BİR QƏRAR
30-01-2023, 13:21- Bəxtiyar Hacıyevin 13 kloqramdan çox çəki itirdiyi deyilir
30-01-2023, 13:09- Goranboyda kimlər kəndçinin DİZİNİ YERƏ QOYUR? - NARAZILIQ VAR!
30-01-2023, 09:54- "Qaradağın Sultan Süleyman"ı və onun qara xəzinədarları
28-01-2023, 18:57- Kooperasiya Universitetində “YIĞIM MÖVSÜMÜ”: Şöbə müdiri qiymət üçün magistrlərə neçə manat “oxuyur?” – FOTO
28-01-2023, 17:53- Vəkillərinə Bəxtiyar Hacıyevlə görüş verilməyib
28-01-2023, 16:41- “Polislərin etinasız davranışı nəticəsində həyat yoldaşımın vəziyyəti pisləşdi”
28-01-2023, 13:31- SMDT: "2022-ci ildə sərbəst toplaşmaq azadlığı, ifadə azadlığı kimi hüquqların pozulması üstünlük təşkil edib"
28-01-2023, 10:57- Məhkəmə 19 gündür aclıq edən Bəxtiyar Hacıyevi həbsdə saxlayıb
AZOROMO-nun (Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) Avstriyadakı təmsilçisi Ramin Şükürov Qubanın icra başçısı Ziyəddin Əliyevin bu ölkədəki 3.6 milyon avroluq biznesini idarə edir. Söhbət S.M.A.N BUSİNESS SOLUTİONS GMBH-dən gedir.
Ramin Şükürov Azərbaycanda müəmmalı tenderlərin də açar isimlərindəndir. Məsələn, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Bakı Nəqliyyat Agentliyinə konsultativ xidmətlərə görə milyonlarla manatlıq tenderlər əldə edən 10-20 manatlıq şirkətlər Vyana üzərindən idarə olunur. BNA-dan iki il əvvəl 2.14 milyon manatlıq tender əldə edən “ALPİNA PARKİNG CONSULTİNG” MMC Avstriyada ALPINA PARKİNG GMBH Almaniya şirkəti ilə ortaq yaradılıb. Şirkət Bakıda NƏSİMİ RAYONU, ELDAR TAĞIZADƏ, ev 18A ünvanında hüquqi qeydiyyatdadır.
Burada qeydiyyatda olan digər şirkət – ORN GROUP MMC ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 4 milyon 144 min manatlıq tender əldə edib. ORN GROUP 2004-cü ildə Bakıda, onun uzantısı ORN GMBH isə 2008-ci ildə Avstriya paytaxtında yaradılıb.
ORN GMBH (https://www.orn-group.com/)
Vyanada Reisnerstraße 61 ünvanında yerləşir. Əvvəllər şəxsən Ziyəddin Əliyevin özünün təsis etdiyi, sonradan oğlu Nicat Əlibəylinin idarəçiliyinə verilən S.M.A.N Business Solutions GMBH də burada fəaliyyət göstərir.
Şirkətin adı təsisçilərin adlarının baş hərflərindən (Orxan, Ramin, Nicat) götürülüb. Ziyəddin Əliyevin oğlu Nicat Əlibəyli Vyanada “Kenny” restoranlar şəbəkəsinə də 25 faizlik payla şərikdir.
Vyanadakı iri şirkətlərdən olan PKE Holding AG ORN GROUP-un tərəfdaşıdır və onun hüquqi qeydiyyatda olduğu ünvanda PKE CASPİAN MMC adı ilə özünün Azərbaycandakı qolunu təsis edib.
Avstriya paytaxtında “ESPRESSO MOBİL” brendi ilə yeni-yeni təşəkkül tapmağa başlamış eyni adlı şirkət də Ziyəddin Əliyevin meneceri sayəsində Azərbaycanda “ESPRESSO MOBİL AZE” MMC adı ilə NƏSİMİ RAYONU, ELDAR TAĞIZADƏ, ev 18A ünvanında qeydiyyatdan keçib.
Qubanın icra başçısının Ukraynada sahib olduğu asfalt zavodu və bu ölkəyə rəsmi investisiya şəklində yatırdığı 7 milyon avronun mənbəyi ilə bağlı indiyədək heç bir aydınlıq yoxdur.
P.S Yazı araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Facebook səhifəsindən götürülüb