10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur
10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı
2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’
30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb
30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib
25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür
25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir
22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir
22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək
22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib
19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur
19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər
17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib
17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’
17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb
16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur
16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur
16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib
12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur
12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir
Ağdam rayon Güllücə kənd sakini Aytən Qurbanova qeysəriyyə üsulu ilə dünyaya gətirdiyi övladının vəziyyətinin ağır olmasında həkimləri günahkar bilir.
xeberfakt.az bildirir ki, “Qafqazinfo”ya müraciət edən vətəndaşın sözlərinə görə, 7 ay boyunca normal hamiləlik keçirib. Müalicələrini Bərdə rayonunda alan anaya hamiləlik müddətində və son dopler müayinəsində doğuşun 11-18 yanvar arası baş tutacağı deyilsə də, Səbinə adlı həkim məsləhət görüb ki, qeysəriyyə əməliyyatını 29 dekabrda etdirsinlər: “Hamiləlik vaxtı nə məndə, nə də körpəmdə heç bir problem olmayıb. 27 dekabrda həkim müayinəsində oldum. Səbinə həkimi çox tərifləyirdilər. Yaxşı həkim olduğunu deyirdilər. Buna görə mən də istədim ki, əməliyyatımı o etsin. Səbinə xanım isə heç bir kağızıma baxmadan məndən 600 manat pul istədi. Biz bununla bağlı narazılığımızı bildirdik. Daha sonra bizi şöbə müdiri Şəhla adlı həkimin yanına göndərdi. Həmin həkim isə bayram tətilində Bakıda olacağını bildirirərək, əməliyyatı dekabrın 29-na təyin etdi. Bayrama qədər əməliyyatı planladılar və 29 dekabrda məni Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada əməliyyat etdilər”.
Aytən Qurbanova deyir ki, əməliyyatdan sonra uşağın atasına və nənəsinə bildirilib ki, körpənin ciyərləri açılmayıb, reanimasiyada kuvezə yerləşdiriblər: “Buna görə də nənədən 350 manat pul da alıblar. Ayın 2-nə qədər uşağı orada saxladılar. Bununla da daha ağır vəziyyətə gətiriblər. Dünən bildiriblər ki, “əlimizdən başqa heç nə gəlmir, hara istəyirsiz körpəni aparın”. Uşağı OMD-yə gətirdik. Ancaq baş həkimdən öyrəndik ki, sepsis olan körpənin vəziyyəti çox ağırdır, yaşasa belə, əngəlli olacaq”.
Şikayətçi onu da bildirir ki, həkimlər aldıqları 350 manat pulu da geri qaytarıblar.
Məsələ ilə bağlı Gəncə şəhər Abbas Səhət adına xəstəxanaya sorğu ünvanladıq. Xəstəxanadan sorğumuza belə cavab verildi: "Gəncə şəhər sakini Qurbanova Aytən Adil qızı 29.12.2022-ci il tarixində 38 həftəlik hamiləlik və uşaqlıqda ağır çapıq şikayətləri ilə Abbas Səhhət adına xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət edib. Həkim-ginekoloq Səbinə Quliyeva doğuşu sonlandırma zərurəti olduğundan (xəstəyə müvafiq hazırlıqlar görüldükdən sonra) hamilə qadın qeysəriyyə əməliyyatı olunub. 3 200 qr çəkisi olan uşaq dünyaya gəlib. Əməliyyat fəsadsız keçib. Uşağa bütün reanimasyon tədbirlər görülüb və o süni tənəffüs aparatına qoşulub. Müalicəsini davam etdirmək üçün körpəni Respublika Perinatal Mərkəzə təxliyyə olunması məsləhət görülüb. Lakin ailə uşağı Elmi-Tədqiqat Pediatriya İnstitutuna aparıb. Qeyd edək ki, bu qadının ikinci hamiləliyi olub".