Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Vətəndaş və İnkişaf Partiyasın bəyanat yayıb...

Tarix:8-06-2022, 12:35 Baxış Sayı:67

Vətəndaş və İnkişaf Partiyasın bəyanat yayıb...

Vətəndaş və İnkişaf Partiyasının Bəyanatı 

Bu gün Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə verdiyi xüsusi ittiham qaydasında  şikayəti əsasında məhkəmə iclası keçirilib. Qeyd edək ki, bu, 2021-ci ilin dekabrından etibarən, Əli Əliyevə qarşı məhkəmə icraatına götürülən xüsusi ittiham qaydasında sayca 3-cü şikayətdir. Onlardan 2-si – Dövlət Sərhəd Xidmətinin (DSX) zabitləri polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun Cinayət Məcəlləsinin 147.1-ci maddəsi üzrə şikayətləri əsasında Yasamal Rayon Məhkəməsində bu il yanvarın 13-ü və aprelin 15-də Əli Əliyevin müvafiq olaraq, 5 ay və 1 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair qanunsuz hökm çıxarılıb. Hakimiyyət VİP sədrinə qarşı davam etdirdiyi təzyiqlərin nəticəsiz qalması və Əli Əliyevin hər hansı pərdəarxası “anlaşma”ya razılıq verməməsi səbəbindən onun həbs müddətini artırmaq üçün bu dəfə cəmiyyətdə bəlli reputasiyaya malik Ramiz Göyüşovun iştirakı ilə yeni saxta “hüquqi” prosesə start verib. 

Gözlənildiyi kimi, Göyüşovun iddiası üzrə keçirilən iclaslar da DSX zabitlərinin şikayətıələri üzrə baş tutmuş iclaslardan nəinki fərqlənmədi, hətta neqativ planda onları kölgədə qoydu. Saat 14-00-da başlayacaq iclasa Əli Əliyevin səhər saat 8-də gətirilməsi, iclas başlayana qədər su və qida ilə təmin edilməməsi hakimiyyətin “humanizmi”, həmçinin VİP sədrinə yönəlik münasibəti haqqında tam təsəvvür yaradır. Hakim Rəşad Cavadzadə də həmkarları Hüseyn Səfərov və Rauf Daşdəmirovun davranışlarını təkrarlayaraq, Əli Əliyevlə vəkillərinin tutarlı arqumentlərə əsaslanan vəsatətlərini qəbul etməməklə yanaşı, bir qədər də irəli gedərək iclasın qapalı keçirilməsinə, bununla da ictimaiyyətin oradakı gedişatdan xəbərsiz qalmasına qərar verdi. Bütün bu qanunsuzluqlara etiraz edən Əli Əliyev məhkəmə zalında aclıq aksiyasına başladığını bəyan edərək, pozulmuş hüquqlarının bərpası üçün bu qədər radikal və sağlamlığına zərbə vuran addım atmaq məcburiyytində qaldı. Qapalı keçirilən məhkəmə iclası isə növbəti dəfə qeyri-müəyyən müddətə təxirə salındı. Vətəndaş və İnkişaf Partiyası (VİP) hakimiyyətin partiyanın sədri Əli Əliyevə qarşı süni “hüquq” müstəvisində təzyiqləri davam etdirməsini qətiyyətlə pisləyərək, artıq siyasətçinin sağlamlığını təhlükə altına alan aramsız basqılara son qoyulmasını, VİP lideri əleyhinə başladılan saxta prosesin təcili dayandırılmasını və onun ən qısa müddətdə azadlığa buraxılmasını tələb edir. VİP bəyan edir ki, həbsxanada aclıq aksiyasına başlayan Əli Əliyevin səhhətində yaranacaq problemlərə və bununla bağlı mümkün arzuedilməz nəticələrə görə məsuliyyət buirmənalı şəkildə hakimiyyətin üzərində olacaq. VİP Əli Əliyevin qanunsuz həbsdən tezliklə azad olunması üçün bütün qanuni vasitələrlə mübarizəni davam etdirəcəyini bəyan edir.

 VİP mətbuat xidməti 

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL