11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu
10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı
9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu
9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi
9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır
9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var
9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı
9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA
27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib
16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı
15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!
14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb
12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!
12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?
12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu
12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..
Avropa Şurası Nazirlər Komitəsi 8-10 iyun tarixlərində keçirilən iclaslarında Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra durumunu müzakirə edəcək.
Media Hüquqları Qrupunun rəhbəri Xalid Ağalıyevin verdiyi məlumata görə, gündəlikdə iki qrup işi var – “Xədicə İsmayıl” və “Anar Məmmədli” Qrupları. Birinci qrupa AİHM-nin jurnalistin şikayətləri əsasənda qəbul etdiyi iki qərar aid edilib. Qərarlar ərizəçinin şəxsi həyatın toxunulmazlığı və fikri ifadə etmək azadlığı hüquqlarının pozulması ilə bağlıdır. Toplantıdan əvvəl Azərbaycan hökuməti qərarların icra durumu ilə bağlı təqdimatında AŞ NK-ya bildirib ki, ərizəçiyə qarşı cinayətə yol verənlərin mühakimə edilməsi məqsədilə hökumət zəruri tədbirləri görüb. Amma çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, həmin şəxsləri müəyyənləşdirmək mümkün olmadığından, 17 avqust 2015-ci il tarixdə cinayət işi üzrə icraat dayandırılıb.
Hökumət həmçinin ərizəçiyə qərarlarda müəyyən edilmiş təzminat məbləğlərinin faizləri də hesablanmaqla ödənildiyini bildirib.
Bundan əlavə, qrupa daxil olan qərarlarda üzə çıxarılan ümumi problemlərin həlli ilə bağlı hökumət qeyd edir ki, jurnalistlərin şəxsi və ailə həyatlarının müdafiəsi və onların ifadə azadlığı hüquqlarını sərbəst həyata keçirə bilmələri məqsədilə zəruri addımlar atılıb.
“Hökumətin təqdimatında “Media haqqında” qanunun qəbul edilməsindən geniş bəhs edilir, bu qanunun jurnalist azadlığından yararlanmaq üçün geniş imkanlar açdığı ifadə edilir”.
“Anar Məmmədli” qrupuna gəlincə, burada AİHM-nin hüquq müdafiəçiləri və fəallar: Anar Məmmədli, İntiqam Əliyev, Məmməd Əzizov və Şahin Novruzlu, Qiyas İbrahimov və Bayram Məmmədov, habelə Leyla və Arif Yunusun işləri üzrə hökmlərindən söhbət gedir. Bu işlərdə Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozulduğu qənaətinə gəlinib. Yəni AİHM onların hakimiyyəti tənqid etdiklərinə və siyasi fəaliyyətdə iştirak etdiklərinə görə həbs edildikləri qənaətinə gəlib. Adı çəkilən şəxslərin təqibinin qanunsuz olduğu etiraf olunsa da, Azərbaycan hakimiyyəti hələ də onlara bəraət verməyib.
Hökumət Nazirlər Komitəsinə cavabında bütün ərizəçilərin cinayət tətqibinə artıq xitam verildiyini və onlar üçün artıq heç bir mənfi hüquqi nəticənin qalmadığını vurğulayıb.