20-06-2022, 17:19- Dələduz qadını sizdə tanıyın...
14-06-2022, 20:47- Legionersiz millinin möhtəşəm uğuru – Onlar kimlərdir?
14-06-2022, 20:46- Venesiya Komissiyası Azərbaycanın Media haqqında qanununu müzakirə edəcək
14-06-2022, 20:45- MTN polkovniki: “Qaralov, Usubov göstəriş verib, icra eləmişəm…”
14-06-2022, 20:44- Dünyəvi dövlətə təhdid kimdir?
14-06-2022, 20:43- Bloqeri öldürmək üçün göndərilən killerlər kimlərdir?
14-06-2022, 20:42- Rusiyanın Ukraynaya qarşı müharibəsi dünyanı necə daha da yoxsullaşdırır: 10 fakt və proqnoz
12-06-2022, 17:27- Sabir
12-06-2022, 17:22- Azərbaycan Qran-prisinin kuboku Şuşa şəhərinə həsr olunub
12-06-2022, 17:18- İlham Əliyev Putini təbrik etdi
12-06-2022, 17:15- Lukaşenkonun oğlu Rusiyanı şoka saldı - VİDEO
12-06-2022, 17:13- İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artıb
12-06-2022, 17:10- DYP-dən valideynlərə “Son zəng”lə bağlı XƏBƏRDARLIQ
12-06-2022, 17:08- Türkiyədə yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var
12-06-2022, 16:52- Şoyqunun qızı azərbaycanlı məşhurun ad günündə: Görün nə hədiyyə etdi - "Dünyanın işləri"
12-06-2022, 16:48- Maks Ferstappen ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub
12-06-2022, 16:43- TƏCİLİ! Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu VƏFAT ETDİ
11-06-2022, 13:21- Gələcək parkinq işarəsi
11-06-2022, 13:16- Sizcə, troll rəssam nə demək istəyir?
11-06-2022, 13:13- İranda 8 nəfərin barmağı kəsilə bilər
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.
Musavat.com xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç.
Dövlət bayramınız – Rusiya Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq və mehriban qonşuluq telləri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının və çoxplanlı əməkdaşlığının davamlı inkişafının etibarlı əsasıdır. Ölkələrimizin ikitərəfli gündəlikdəki məsələlərin geniş spektri üzrə qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur.
Cari ilin fevral ayında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamənin imzalanması son otuz il ərzində yaranmış dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsini təsbit edib.
Əminəm ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər xalqlarımızın və ölkələrimizin rifahı naminə birgə səylərimizlə bundan sonra da durmadan möhkəmlənəcək və genişlənəcək.
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiyanın dost xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm".