Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Ramiz Mehdiyevin mirzəsindən faşistcəsinə çağırış

Tarix:24-09-2022, 11:20 Baxış Sayı:22

Ramiz Mehdiyevin mirzəsindən faşistcəsinə çağırış

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Bu gün “Azərbaycan” qəzetinin başsız redaktoru, Parlamentin deputatı Bəxtiyar Sadıqov ölkədə faşizmə çağrış edib. Bu yazı yalnız irqçiliyə deyil, faşizmə çağrışdır. Bu yazı 37-ci ilin yazısıdır. Həm Stalinin Sovetlərində, həm Hitlerin Almaniyasında qəzetlər bax beləcə “Vətən xaini” axtarışına çıxırdılar. Kimdir Bəxtiyar Sadıqov? Bu adam bütün karyerası böyu Ramiz Mehdiyevin mirzəsi olub. Onun Ramiz Mehdiyev haqqında yazdığı cızmaqaraları bir yerə toplsan hər ikisinin birlikdə çəkisindən ağır gələr. İndi dövlətçi olub və dövlətçiliyi faşizmin, onun təbliğat naziri Göbbelsin insana nifrət ideologiyası üzərində qurulub. Maraqlı bir sual qoyub Ramizin Bəxtiyarı: “Niyə on milyon on nəfərin cavabını vermir”. Cavab sadədir! Oğrusunuz, ailə, sülalə feodal hakimiyyəti qurusunuz, kleptokratsınız, ordunun büdcəsini oğurlamısınız, ölkənin müdafiə xərclərini oğurlamısınız, xalqın puluna Londonu məhəllə-məhəllə almısınız, Rusiya və İsraillə ilə silah alverindən “otqat” almısınız, dünyada haranı axtarırlarsa Əliyevlərin oğurluq pulları çıxır, korrupsiyanı idarəçilik şbəkəsinə çevirmisiniz (bu siyahını uzatmaq da olar) və hələ utanıb-qızarmadan sual da qoyursunuz: Niyə on milyon on nəfərin cavabını vermir”. Siz düz olsanız, millətə xidmət etsəniz əlbəttə on milyon içindən sizi müdafiə edən tapılar. Ömrü boyu Ramiz Mehdiyevə mirzəlik edən birisi indi millətdən imdad umur. Niyə bu millət yalanı, nahaqqı, oğrunu, talançını, büdcə siçovullarını müdafiə etməlidir?

Görün bu Ramiz Mehdiyevin mirzəsi rəsmi dövlət qəzetində nə yazır? Əslində nə yazmalıdır? Belə dövlətin belə də mirzəsi olar.

“Rəzalət damğası daşıyanlar

“Erməni qanı” elə bir qandır ki, ondan bircə damcı istənilən adamın damarına düşəndə insanı büsbütün dəyişdirir:

  • Həmin adamda yalançılıq, satqınlıq və riyakarlıq baş qaldırır;
  • Yaltaq və böhtançı olur;
  • Özündən başqa heç kəsi bəyənmir;
  • Özünü ali düşüncəli, ali siyasətçi sayır;
  • Gördüyü hər şeydə pislik axtarır, tapmayanda özündən uydurur;
  • Nankor və qədirbilməzə çevrilir;
  • Millətini və vətənini itirir, özünü “demokrat”, yüksək vəzifə tutmağa “layiq” birisi sayır;
  • Yalan olduğunu bilərəkdən söylədiklərinin həqiqət kimi qəbul edilməsinə çalışır;
  • Türkün və Azərbaycan xalqının düşməninə çevrilir;
  • Ən nəhayət, insanlığını birdəfəlik itirir!

Bu, hazırda “erməni çörəyi” yeyənlərə, antiazərbaycançı şəbəkədən, erməni əsilli milyarderlərin yaratdığı QHT-lərdən maliyyələşənlərə də aiddir.

Bütün bu əlamətləri özlərində ehtiva edənlərə hər gün sosial şəbəkədə rast gəlirik.

Hətta belələrinin ən parlaq təmsilçiləri sayılanların: Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Qubad İbadoğlu, Fuad Qəhrəmanlı, Altay Göyüşov, Tural Sadıqlı, Qabil Məmmədov, Sevinc Osmanqızı, Qənimət Zahid, Manaf Cəlilzadə, Əfqan Muxtarlı və qeyrilərinin mövqelərinə, dediklərinə və həqiqət kimi qələmə vermək istədiklərinə baxanda damarlarında bircə damcı azərbaycanlı qanı qaldığına da heç vəchlə inana bilmirsən! Niyə onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyri-adi qəhrəmanlığını, diplomatiya və informasiya müharibəsində təkbaşına qazandığı qələbələri etiraf və qəbul edə bilmirlər?!.” Əgər son müharibədə qələbəni Müzəffər müəllim qeyri-adi qəhrəmanlığı sayəsində qazanıbsa onda canını vətən uğrunda qurban vermiş 3 mindən artıq şəhid, ondan 3 dəfə artıq yarılı oğullarımızın işi nədən ibarət olub. Adam nə nəqədər vicdansız olmalıdır ki, şəhidlərin haqqına girsin. Adamdan soruşarlar Tofiq Yaqublu, Əfqan Muxtarlı, Əli Kərimli əlində silah bu vətənin müdafiəsi uğrunda döyüşəndə sən harada gizlənmişdin. Biz tələbə dəstələrini Ağdam üzərindən dəlik-deşik olmuş helokopterlərlə Qarabağın azərbaycanlı kəndlərinin müdafiəsinə səfərbər edəndə, o kəndləri bir-bir gəzəndə sən harada gizlənmişdin? Sevinc Osmanqızının atası Qarakənd səmasında həlak olanda sən hansı işlərlə məşğul idin? Mirşahin çağırış etdi, bir şey alınmadı, indi də Ramiz Mehdiyevin bu mirzəsi qələmə sarılıb. Bir özünə sual etmir ki, sənin kimi yalan ruporunun sözünə kim inanacaq?
Sualın ritorikasına baxın!

“Nə üçün Azərbaycanın əleyhinə danışanlar, fəaliyyət göstərənlər birləşə bilir, Vətənini sevənlər isə həqiqəti deməkdən çəkinirlər, internet resurslarında, sosial şəbəkələrdə fəallıq göstərmirlər, şərçilərin ağzından vurmurlar? Niyə həqiqətin nə olduğunu gözəl bilsək də, yalanın ayaq tutmasına, yeriməsinə mane olmuruq, əksinə, susqunluğumuzla buna şərait yaradırıq?!” Siz ona görə birləşə bilmirsiniz ki, oğrusunuz, korrupsienorsiniz, feodal ailə hakimiyyətinin mirzələrisiniz, vətən sizə sağmal inək kimi lazımdır, həqiqətın ağzına daş basırsınız, bu millətlə əsir götürülmüş əhali kimi rəftar edirsiniz. dilinizə düz söz gəlmir, vücudunuz yalandan, yoğrulub, sizin rəhbərlik etdiyin qəzet yalan istehsal edən müəssisəyə çevrilib. Hələ umursunuz millət sizi müdafiə etsin? Əli Həsənov kimi “alın təri ilə varlanmış” birisinin əlinin altında işləmiş, Ramiz Mehdiyevə mirzəlik etmiş birisi indi bizə vətənpərvərlik dərsi vermək istəyir.
P.S. Ramiz Mehdiyevin canlı mirzəsinin yazısının tam mətni şərh bölümündə

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL