Anons

7-12-2022, 17:01- Seymur Talıbovun itinin də villası varmış - FOTOLAR

7-12-2022, 14:55- Günəmuzd işləyən fəhlə sosial yardım ala bilmir, çünki…. - NAZİRİN NƏZƏRİNƏ...

7-12-2022, 13:07- DSX: Özünü odlu silahla vuran hərbçi klinikada vəfat edib

7-12-2022, 13:02- Fransa Ermənistandakı Aİ qrupunun mandatının uzadılmasına çağırır

7-12-2022, 12:58- Vasif Talıbovun yüksək vəzifədə olan qohumları - SİYAHI

7-12-2022, 11:27- Prezident təqaüdü kimlərə verilir? Yazıçı Anar: “Seçim ədalətli aparılır”

7-12-2022, 06:09- Dünya çempionatında 1/4 finalın bütün iştirakçıları məlum olub

6-12-2022, 22:03- Mərakeş İspaniyanı məğlub edərək 1/4 finala vəsiqə qazandı

6-12-2022, 21:59- Parlamentdə əlbəyaxa dava - VİDEO

6-12-2022, 17:27- Çərəkə sakini: “Bələdiyyə barama təsərrüfatı qurduğum torpağı əlimdən alır”

6-12-2022, 17:03- DSX Akademiyasında yanğın…

6-12-2022, 16:50- “Müsəlman Birliyi” Hərəkatının daha iki üzvü həbs edilib

6-12-2022, 16:49- Rusiya Xəzərdən Ukraynanı vurur. Sahilyanı ölkələr niyə susur

6-12-2022, 15:47- Prokurorluq əsgərin özünü güllələyərək öldürdüyünü deyir (yenilənib)

6-12-2022, 09:46- YAP Suraxanı Rayon Təşkilatının Sədri Vüqar Seyidovun Topdağıtmaz Var - Dövlətinin şok siyahısı....

5-12-2022, 11:09- Kanada İrana qarşı sanksiyalar siyahısını genişləndirdi

5-12-2022, 10:53- Vüqar Kərimov bir tərəfdə ağac əkib, toxum səpir, digər tərəfdən isə… - BU NƏDİ BELƏ?

5-12-2022, 09:39- Xanımından Arif Quliyevlə bağlı MÜRACİƏT: - “Xahiş edirik...”

4-12-2022, 10:42- ABŞ kəşfiyyatı Ukraynada hərbi əməliyyatların zəifləyəcəyini proqnozlaşdırır

4-12-2022, 06:41- DÇ-2022: Niderland və Argentina 1/4 finala çıxıb

Haqqımızda Əlaqə

İran öz içindən çökür !

Tarix:26-09-2022, 08:57 Baxış Sayı:5

İran öz içindən çökür !

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı

İranda etirazlar səngimək bilmir. Hər bir qeyri-demokratik rejimin süqutunu şərtləndirən başlıca amil, ənənəvi olaraq tətbiq olunan gücün, zorakılığın əks nəticə verməsi və insanlarda qorxu yarada bilməməsidir. İnsan haqları təşkilatları bu günə qədər 40 – a qədər etirazçının öldürüldüyünü bildirirlər. Ancaq bu qədər böyük qəddarlıq nəinki narazılıqları boğmağa, etirazların qarşısını kəsməyə yetmir, əksinə, proses get – gedə daha kütləvi xarakter alır, genişlənir.
İranın dini rejimi həm də mənəvi baxımdan çox pis yerdə ilişib. Çünki bir qayda olaraq, zorakı rejimlər ölkə içi etirazları xarici düşmən qüvvələrə bağlamaqla, öz naqisliklərini gizlətməyə, xalqın narazılığına səbəb olan siyasətlərindən diqqəti yayındırmağa çalışırlar. Bu dəfə isə baş qaldıran etirazları xarici qüvvələrə bağlamaq cəhdi alınmadı. Çünki xalq etirazlarına səbəb zorakı İran rejiminin Mehsa Əmini adlı qızı qəddarcasına döyərək öldürməsi olub. Baş verənlərinnbir günahkarı varsa o da, rejimin öz qəddarlığıdır.
Digər bir nüans da, qadınların bu etiraz dalğasında ön planda olması və kütləvi şəkildə zorakılığa məruz qalmalarıdır. Qadınlara qarşı törədilən zorakılıq, qəddarlıq İslamın humanizm dəyərlərinə qarşıdır və bu da rejimin vəhşi, anti insani mahiyyətini daha qabarıq göstərərək onun əleyhinə ictimai nifrəti xüsusi ilə qızışdırır. Bu, həm də qadın həmrəyliyi prinsipi ilə ictimai müqaviməti daha da genişləndirir. Xüsusi ilə dünənki aksiyada Hadisə Nəcəfinin 6 güllə vurularaq qəddarlıqla öldürülməsi, misli görünməmiş bir vəhşilik kimi böyük ictimai qəzəb yaradıb. Bu baxımdan bəzi Latın Amerikası ölkələrində bir vaxtlar geniş vüsət alan qadın hərəkatlarının ən qəddar rejimləri belə məğlub etməsi ilə bağlı örnəklər olduğunu xatırlamaq da yerinə düşər.
Hazırkı etiraz aksiyaları bu yaxınlarda İranda rejim dəyişikliyinə səbəb olmasa belə, onun ideoloji təməllərini ciddi şəkildə sarsıdaraq sosial dayaqlarına böyük zərbə vurdu. Bu isə gələcəkdə teokratik rejimin süqutunu mümkün edəcək daha kütləvi bir inqilabın yaranmasının siyasi və mənəvi- psixoloji zəminin yaranması deməkdir. Cəmiyyətin nifrətini qazanmış, islahatlar yolu ilə problemləri həll etmək iqtidarında olmayan və ölkəni dünyadan təcrid etmiş İran rejiminin bu gün qarşılaşdığı etiraz dalğası, onun tam tükəndiyini, legiitimliyino itirdiyini və ömrünə çox qalmadığını göstərir. Bu halda xalqla rejim arasında uçurum getdikcə daha dərinləşəcək, vaxtaşırı meydana çıxan qığılcımlar səbəbindən ölkədə iğtişaş və xaoslar daha da genişlənəcək.
Onu da vurğulayaq ki, bu ərəfədə İran irticaçı rejiminin bütün Rusiyaya hərbi dəstək göstərməsi, dronlar verməsi, öz aqibətini aparıb Putinin hakimiyyətinin ayağına bağlamaq deməkdir. Bu səbəbdən indi dünyada İran hakimiyyətinə təkcə azadlıqları boğan despotik rejim kimi deyil, həm də faşizmin dayağı, Putinin hərbi müttəfiqi kimi baxılır.
Son olaraq qeyd edək ki, bu gün İranda yaşanan olaylar demokratiya , milli azadlıq istəyən cəmiyyətin rejimə qarşı başlatdığı inqilabi prosesin başlanğıc fazasıdır və bu proses Tehran hakimiyyətinin süqutuna qədər enmə qalxmalarla davam edəcək.

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL