Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Talıbovların “məhşər günü” yaxınlaşır

Tarix:21-01-2023, 18:05 Baxış Sayı:17

Talıbovların “məhşər günü” yaxınlaşır

Naxçıvan Muxtar Respublikasında Vasif Talıbovun 30 ildə yaratdığı despot rejimin sökülməsi, onun kadrlarının dövlət qurumlarından təmizlənməsi prosesi davam edir.

 

Dünən “xan”ın daha bir kadrı - Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb. Məhz Talıbovun təyinatı ilə MR-in fövqəladə hallar naziri təyin olunmuş general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub.

 

Onun yerinə artıq təyinat da edilib.

 

Polkovnik Şahin Mirzəyev Naxçıvan MR fövqəladə hallar naziri təyin edilib. Yeni naziri kollektivə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.

 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də təqdimatda iştirak edib.

 

Faktiki olaraq bunadək MR-də fövqəladə hallar naziri postunu da “xan” öz kontrolunda saxlayırdı. Artıq burada idarəçilik mərkəzə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, indiki halda Kəmaləddin Heydərovun nəzarətinə tabe etdirilib.

 

“Xan”ın və komandasının “məhşər ayağına” çəkilməsi prosesi isə hələ qarşıda baş verəcək. O, hələlik biznes obyektlərini təhvil verməkdə və sonun başlanğıcını gözləməkdədir.

 

Hesablama Palatası Naxçıvanda yoxlamalar aparacaq

 

Yaxın zamanlarda isə Hesablama Palatası Naxçıvanda yoxlamalar aparmağa başlayacaq! Bu, 30 ildə ilk dəfədir.

 

Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov açıqlama verib.

 

O qeyd edib ki, qarşıdakı günlərdə bununla bağlı lazımi protokol işləri görüləcək.

 

Bu o deməkdir ki, Talıbovun və onun sülaləsinin, tayfasının dövlətdən nə qədər pul oğurlaması hesablanacaq və geri tələb ediləcək. Şübhəsiz ki, palatanın hesabatı nəticəsində cinayət işi başlayacaq və qandal şaqqıltıları eşidiləcək.

 

Talıbovların mənimsədiklərini əllərindən almaq, milliləşdirmək, xaricə daşıdıqları pulları geri qaytarmaq mümkün olacaqmı? Onun müqavimət göstərmək imkanlarından danışmaq əbəsdir, amma Talıbovlara mümkün qədər güzəşt diləcəyi haqda da danışılır. Qarşıda onları sərt, yoxsa liberal davranış gözləyir?

 

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Vasif Talıbov və övladlarının həbsini gözləmir: “Vasif Talıbov Eldar Mahmudov kimi 1-ci kateqoriya məmurların ranqına aiddir və bu baxımdan onun həbsini gözləmirəm. Amma Vasif Talıbov 30 il ərzində Azərbaycan xalqından oğurladığı milyardların əhəmiyyətli hissəsini geri qaytarmalı olacaq. Təəssüf ki, həmin geri qaytarılan əmlaklar Azərbaycan xalqına qayıtmayacaq, Azərbaycan dövlətinin büdcəsinə daxil olmayacaq. Azərbaycanda uzun illərin praktikası göstərir ki, məmurlar xalqdan oğurladıqlarının bir hissəsini vəzifədən çıxarılandan sonra həbsə düşən zaman verməklə azadlıqda qala bilirlər. Məsələn, Akif Çovdarovu götürək. MTN-də Eldar Mahmudovun nazirliyi dövründə idarə rəisi olub. Eldar Mahmudov işdən qovulandan sonra Akif Çovdarov həbsə alındı, əmlakları üzərinə həbs qoyuldu. Məhkəmələr keçirildi, Akif Çovdarova cəza verildi və əfv olundu. Ardından da 30 milyon manatlıq əmlakının özünə qaytarılması elan olundu. Əmlak özünə qayıdıb-qayıtmayıb, bu məsələ bilinmir. Çünki Azərbaycanda xüsusi müsadirəyə götürülmüş əmlakların "su qiymətinə" satıldığı yenə də elan olunur. Xüsusi müsadirəyə götürülmüş əmlaklar isə faktiki olaraq ələ keçirilir. Oğru məmurun illərlə oğurladığını onun əlindən başqa vəzifəlilər alırlar. Uduzan isə əlbəttə ki, Azərbaycan xalqıdır. Təsəvvür edin ki, Vasif Talıbovun oğurladıqları milyardlarla manatla minlərlə azərbaycanlı  tələbəni xaricə göndərib yüksək səviyyəli təhsil vermək olardı. Həmin tələbələr də qayıdıb Azərbaycanda hüquq-mühafizə sistemində, məhkəmələrdə vəzifə tutub ölkəni sürətlə inkişaf etdirə bilərdilər".

 

Hüquqşünas deyib ki, Hesablama Palatasının Naxçıvanda son 30 ildə yoxlama aparmaması isə dövlət adına böyük utancdır: “Hesablama Palatası dövlət büdcəsindən maliyyələşən istənilən qurumu yoxlamaq səlahiyyətindədir. Bunu etməyiblərsə, günah ilk növbədə bu illər ərzində Hesablama Palatasına rəhbərlik edən şəxslərdədir. Əgər Vasif Talıbov Hesablama Palatasının nümayəndələrini buraxmırdısa, bu zaman Palata rəhbərliyi Milli Məclis qarşısında məsələ qaldırmalı idi. Çünki Hesablama Palatası Milli Məclisin orqanıdır. Parlamentin büdcəyə nəzarətidir. Yəni Milli Məclis Hesablama Palatası üzərindən büdcə pullarının təyinatı üzrə xərclənib-xərclənməməsinə nəzarət edir. Vasif Talıbov Hesablama Palatasının nümayəndələrini Naxçıvana buraxmırdısa, bu haqda Milli Məclisə məlumat verilməli idi və hər bir deputat da bu məsələ ilə maraqlanmalı idi. Vasif Talıbov da həmin Milli Məclisin üzvüdür. Naxçıvanda üzə çıxan cinayətlərdən, korrupsiya cinayətlərindən sonra da o, bu gün də cibində deputat mandatı gəzdirir. Hər bir deputatın Hesablama Palatasının Naxçıvana buraxılmamasının səbəbini öyrənmək imkanı vardı. Ən azı bu məsələni Milli Məclisin iclasında qaldıra bilərdilər. Bu məsələni qaldıran deputat olmayıb. Bundan sonra Hesablama Palatasının Naxçıvanda yoxlama aparması nəyisə dəyişməyəcək. Dəyişən Vasif Talıbovun oğurladığı məbləğin dəqiqləşdirilməsi olacaq. Onun da bir hissəsini alıb Vasif Talıbovu firavan həyat yaşamağa buraxacaqlar”.

 

Hüquqşünas deyir ki, bu gün Vasif Talıbovdan dəyəri 100 milyonlarla manatla ölçülən varidatını hansı mənbədən əldə etməsini kimsə soruşa bilməz: “Çünki Azərbaycanda məmurlar bəyannamə vermirlər. Bunun səbəbi də odur ki, 18 ildir ki, Nazirlər Kabineti icra mexanizmi olan bəyannamə formasını təsdiqləmir. Ötən 18 ildə 3 baş nazir dəyişib, amma bir bəyannamə formasının hazırlanıb təsdiqlənməsi baş tutmayıb. Adi 2 səhifəlik formanı təsdiqləmirlər. Buna görə hər bir baş nazir məsuliyyət daşıyır. Bunu etmədikləri üçün formal cəhətdən Vasif Talıbovdan dəyəri 100 milyonlarla ölçülən əmlakların hansı hesabdan alındığını soruşa bilmərik və müvafiq olaraq ona qarşı tələb irəli sürə bilmərik. Vasif Talıbov deyəcək ki, harada yazılıb ki, mən əmlakımı bəyan etməliyəm? Qanuni yolla biz bunu soruşa bilmərik. Bunu məhkəmə qaydasında etmək olar. Amma inanmıram ki, Vasif Talıbova qarşı cinayət işi başlanacaq. Onun ölkədəki və xaricdəki əmlakları da əlindən alınacaq, amma Azərbaycan xalqının cibindən Vasif Talıbovun oğurladığı pullar geriyə, Azərbaycan xalqının cibinə qayıtmayacaq. Vasif Talıbovun işdən çıxarılmasından Naxçıvanda insanlara xeyir o olacaq ki, onun zülmündən qurtulublar. Onun oğurladıqları isə çətin geri qaytarılar. Beynəlxalq Bank sədri Cahangir Hacıyevin, bu günə qədər həbs olunan 10 yaxın icra başçısının, həbsə alınan nazirlərdən hansı birinin müsadirə olunmuş əmlakları ilə bağlı məlumat verilib? Heç biri ilə bağlı. Çünki oğurluqla əldə olunan əmlakları oğruların əlindən alıb xalqa, dövlət büdcəsinə qaytarmırlar. Vasif Talıbov da, bu gün vəzifədə olan məmurlar da bunu gözəl bilirlər və oğurlamaqda davam edirlər. Bilirlər ki, nə qədər çox oğurlasalar, sonda əllərindən bir hissəsi alınacaq, əldə qalan hissə isə bundan sonrakı 10-15 nəsillərinə də çatar. Bu münasibətlər sistemi Azərbaycan dövlətinin imicinə ciddi zərbədir”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL