Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Müxalifət partiyaları Rəsulzadənin Novxanı kəndindəki abidəsini ziyarət ediblər

Tarix:1-02-2023, 12:51 Baxış Sayı:38

Müxalifət partiyaları Rəsulzadənin Novxanı kəndindəki abidəsini ziyarət ediblər

Yanvarın 31-də müxalifət partiyaları Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu ildönümünü münasibəti ilə Bakının Novxanı kəndindəki abidəsini ziyarət ediblər.

Kəndin girişindən heykələ qədər davam edən yürüşdə, “Azərbaycan”, “Müsavat”, “Məhəmməd Əmin Rəsulzadə” şüarları səsləndirilib.

Anım tədbirində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, onların dövlətçilik tarixindəki rolundan danışılıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı.Müsavat Partiyasının başqanı Arif Hacılı.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, ölkədə Məhəmməd Əmin Rəsulzadə ideologiyası qalib gələcək və Azərbaycanda demokratik, hüquqi dövlət qurulacaq:

“Biz Müsavat Partiyası olaraq artıq 30 ilə yaxındır ki, hər dəfə 31 yanvarın burada, böyük Məhəmməd Əmin Rəsulzadənin doğulduğu müqəddəs torpaqda, Novxanı kəndində qeyd edirik. Məhəmməd Əmin Rəsulzadənin doğum günü təkcə şimali Azərbaycanda yaşayan soydaşlarımız üçün yox, dünyanın hər yerində yaşayan 50 milyondan çox soydaşlarımız üçün böyük bir bayramdır”.

Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası da Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib.

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli.Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli.

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli çıxışı zamanı qeyd edib ki, hazırki hökumət Rəsulzadəni unutdurmağa çalışır:

“Sovet dövründə, 70 il Sovetlər bütün strukturları ilə bu böyük şəxsiyyətə qarşı mübarizə aparıb, bir şey əldə edə bilmədilər. Rəsulzadənin adı və ideyaları ona qarşı mübarizə aparanlardan daha uzunömürlü oldu. Bildiyiniz kimi, bu gün Rəsulzadənin abidəsi yalnız bir kənddə olsa da, onun adı və parlaq xatirəsi bizim insanlarımızın qəlbindədir. Bu adı xalqın, millətin içindən heç kim çıxara bilməz.”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli.Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan dövlətinin qurucusu olduğunu bildirib:

“Biz yaxşı bilirik ki, Xalq Cümhuriyyətinin qurulması, yüzlərlə böyük mütəfəkkirin əziyyərinin nəticəsi idi. Biz yaxşı bilirik ki, minlərlə azərbaycanlının özünü qurban verməsinin nəticəsi idi bu cümhuriyyət. Amma biz simvol olaraq Rəsulzadənin simasında bütün Azərbaycan davasının iştirakçılarını nəzərə alırıq. Onların xatirəsini uca tuturuq. Onlara hörmətimiz ifadə edirik. nəyə görə məhz Rəsulzadənin işığında bunu edirik? Çünki Azərbaycan ideyasını muxtariyyətdən dövlət müstəqilliyinə qədər gətirib çıxaran bu şəxsiyyətdir. Çünki Azərbaycanı bütün dünyaya müstəqil dövlət kimi bəyan etmiş, Azərbaycan Milli Şurasının sədri bu şəxsiyyətdir”.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

O, Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olub. Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib.

Mühacirətdə olarkən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Amerikanın Səsi radiosu vasitəsilə Azərbaycan xalqına müraciət edib.

Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Ankara Əsri qəbristanında dəfn edilib.

Amerikanın səsi

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL