Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Venesiya Komissiyası və ATƏT “Siyasi partiyalar haqqında” Qanunu dəyişməyə çağırır

Tarix:14-03-2023, 17:00 Baxış Sayı:16

Venesiya Komissiyası və ATƏT “Siyasi partiyalar haqqında” Qanunu dəyişməyə çağırır

Qanunun beynəlxalq konvensiya və Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil etdiyi bildirilir

“Azərbaycanın Milli Məclisinin qəbul etdiyi “Siyasi partiyalar haqqında” Qanuna ölkədə plüralizmə məhdudlaşdırıcı təsir göstərə biləcək bir sıra yeni problemli müddəalar tətdiq edilib”.

Bu, Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanın “Siyasi partiyalar haqqında” Qanun haqqında birgə rəyində əks olunub.

Məlumatı “Turan” yayıb.

“Siyasi partiyalar haqqında” Qanun 2022-ci ilin dekabrın 16-da Milli Məclisdə III oxunuşdan keçib.

Bu ilin yanvarın 11-də Prezident İlham Əliyev qanunu təsdiqləyib.

Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyində bildirilib ki, sənəddə ən ciddi məhdudlaşıdırıcı məqamlar partiya üzvlərinin minimum sayının 1000 nəfərdən 5000 nəfərə qədər artırılması və qeydiyyatdan keçmiş siyasi partiyaların yenidən qeydiyyata alınması zərurətidir:

Həmçinin siyasi partiyaların yaradılması və qeydiyyatı üçün uzun müddət vaxt götürülməsi, dövlət qeydiyyatı olmadan siyasi partiyanın fəaliyyətinə qadağa qoyulması, partiyadaxili strukturların həddindən artıq tənzimlənməsi, Ədliyyə Nazirliyinin partiya fəaliyyətinə həddindən artıq nəzarəti və siyasi partiya üzvlərinin siyahıları, siyasi partiyanın fəaliyyətini dayandırmaq və ya hətta hüquqi aktların ciddi pozulması ilə əlaqəli olmayan hərəkətlərə görə partiyanı ləğv etmək imkanı partiyaların fəaliyyətinə ciddi maneələr yaradır”.

Rəydə qeyd edilir ki, bu qaydalar həm beynəlxalq insan hüquqları müqavilələri, həm də Azərbaycan Konstitusiyası ilə təmin olunan assosiasiyalar azadlığı hüququnun həyata keçirilməsilə bağlı ciddi narahatlıq doğurur.

Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu xatırladır ki, birləşmə və söz azadlığı hüququ demokratik cəmiyyətin fəaliyyəti üçün əsasdır:

“Siyasi partiyalar kollektiv siyasi ifadə vasitələri kimi bu hüquqlardan tam istifadə etmək imkanına malik olmalıdır. Bu, o deməkdir ki, qeydiyyat tələbləri məqbul olmalıdır. Odur ki, siyasi partiyanın daxili fəaliyyətinə geniş dövlət nəzarəti, o cümlədən öz üzvlərinin siyahılarının dövlətə təqdim edilməsi tələbi zərurət prinsiplərilə bir araya sığmayan həddindən artıq bir tədbirdir. Siyasi partiyaların dayandırılması və buraxılması yalnız normativ hüquqi aktların ən ciddi pozulması halında və digər ifrat hallarda tətbiq oluna bilər”.

Rəydə Rəsmi Bakıya təkliflər də sadalanıb.

“Siyasi partiyaların yaradılmasına və qeydiyyatına xidmət edən tədbirlər (o cümlədən dövlət qeydiyyatı üçün tələb olunan ilkin üzv sayına (1000 üzv) qayıtmaqla) təklif olunur. Partiyaların üzərindən yoxlama üçün dövlət orqanlarına öz üzvlərinin siyahılarını təqdim etmək öhdəliyi qaldırılmalıdır. Əgər bu öhdəlik qalarsa, bunu Ədliyyə Nazirliyi yox, müstəqil orqan etməlidir. Ədliyyə Nazirliyi siyasi partiyalardan üzvlərin bütün siyahısını yox, yalnız qeydiyyatdan keçmək üçün lazım olan minimum üzv sayını tələb edə bilər. Üzvlərin siyahısının partiyanın daxili sənədi olduğu və açıqlanmalı olmaması da qanunda dəqiqləşdirilməlidir. Həmçinin parlamentdə alınan yerlərin əvəzinə siyasi partiyanın seçkilərdə aldığı səslərin sayına daha çox üstünlük verərək dövlət maliyyələşməsinin bölüşdürülməsi formuluna yenidən baxılması təklif olunur”.

“Yalnız ianələri müəyyən normaları keçən sponsorların adlarının açıqlanması tövsiyə olunur. Siyasi partiyalara nəzarət mexanizminə yenidən baxılması və bu funksiyaların müstəqil orqana verilməsi də təkliflər sırasındadır”, – deyə məlumatda vurğulanıb.

“Siyasi partiyalar haqqında” yeni qanun 6 fəsildən, 30 maddədən ibarətdir.

Azərbaycanda “Siyasi partiyalar haqqında” Qanun 1992-ci ildə hazırlanaraq qəbul edilib.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL